Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Maraqlı

    Dietik içkilər qaraciyər xəstəlikləri riskini artırır

    12 Oktyabr 2025 13:00
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,AzerVoice, Fərid Mikayılov

    Yeni bir araşdırma göstərir ki, şəkərli və süni dadlandırıcılarla hazırlanmış diyet içkilər qaraciyər sağlamlığı üçün zərərlidir. Araşdırmaya görə, gündə yalnız bir qutu belə içmək, metabolik disfunksiya ilə əlaqəli qaraciyər yağlanması xəstəliyi (MASLD) riskini əhəmiyyətli dərəcədə artırır.

    Berlin şəhərində keçirilən Avropa Qastroenterologiya Həftəsində təqdim olunan tədqiqatda qaraciyər xəstəliyi olmayan 123 min 788 İngilis iştirakçı 10 il ərzində izlənilib. Bu müddətdə min 178 nəfər MASLD xəstəliyi inkişaf etdirib, 108 nəfər isə qaraciyər ilə bağlı səbəblərdən həyatını itirib.

    Tədqiqatın nəticələrinə görə, şəkərli içkilər xəstəlik riskini 50 faiz, diyet və ya sıfır şəkərli içkilər isə 60 faiz artırır. Süni dadlandırıcı ilə hazırlanmış içkilərin həmçinin qaraciyər səbəbli ölüm riskini də artırdığı müəyyən edilib.

    Araşdırmanın rəhbəri Lihe Liu qeyd edib ki, diyet içkilər adətən “daha sağlam” kimi qəbul edilir, lakin bu fikir yanlışdır: “Gündə yalnız bir qutu belə MASLD riskini yüksəldə bilər. Bu nəticələr, bu içkilərin zərərsiz olduğu ilə bağlı geniş yayılmış inancı sual altına alır.”

    MASLD, qaraciyərdə yağ yığılması nəticəsində meydana gəlir və iltihab, ağrı, yorğunluq və iştahsızlıq kimi simptomlara səbəb ola bilər. Bundan əlavə, ürək-damar xəstəlikləri, tip 2 diabet və böyrək problemləri üçün də əhəmiyyətli risk faktoru sayılır. 2025-ci ildə aparılmış meta-təhlil göstərir ki, dünya əhalisinin 38 faizi MASLD-dən əziyyət çəkir.

    Tədqiqatda qeyd edilib ki, şəkərli içkilər qan şəkərini və insulin səviyyəsini sürətlə artıraraq qaraciyərdə yağ yığılmasına səbəb olur; süni dadlandırıcı ilə hazırlanmış içkilər isə bağırsaq mikrobiyotunu pozaraq və şirin istəyi artıraraq qaraciyərə mənfi təsir göstərir.

    Alimlər su istehlakını artırmağı, sağlam çəki qorumağı, müntəzəm idman və balanslı qidalanma ilə MASLD riskinin ciddi şəkildə azaldıla biləcəyini vurğulayırlar.

    #Bunu bilirsinizmi? #Sağlam qidalanma #Qaraciyər xəstəlikləri #MASLD #Diyet içkilər #Şəkərli içkilər #Qaraciyər yağlanması #Qaraciyər sağlamlığı
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Qucaqlamaq stressi niyə azaldır?

    30 Dekabr 2025 11:49

    Qış tətilinin ekran qarşısında keçirilməsi uşaqlarda psixoloji və fiziki problemləri artırır

    25 Dekabr 2025 11:55

    Z nəsli dünyanı “qorxuducu bir yer” kimi görür

    16 Dekabr 2025 11:28

    İşçilərin gizli böhranı - səssiz çatlama nədir?

    12 Dekabr 2025 17:23

    Elm adamları: Tənhalıq beyni sürətlə qocaldır

    11 Noyabr 2025 20:30

    Beyni daha güclü edən qidalar məlum oldu

    11 Noyabr 2025 14:24

    XVI-XVII əsr dövlətlərində kəşfiyyatla bağlı maraqlı məlumatlar

    9 Noyabr 2025 12:46

    9 yaşında taxta çıxan, 18 yaşında sirli şəkildə ölən firon: Tutanxamonun müəmmalı həyatı

    9 Noyabr 2025 09:26

    Alkoqol xərçəngin yaranmasına səbəb olan əsas amillərdən biridir

    19 Oktyabr 2025 13:45

    İngiltərədə sağlam qidalanma problemləri artmaqdadır

    12 Oktyabr 2025 14:00

    Yeni nəsil kitabdan uzaqlaşır - Uşaqlar ekran qarşısında daha çox vaxt keçirir

    12 Oktyabr 2025 10:00

    Şəxsiyyət xüsusiyyətləri uzunömürlülüyün açarı ola bilər

    11 Oktyabr 2025 12:00
    Demo
    XƏBƏR LENTİ

    Eduard Bernays qadınları siqaretə necə yönəltdi?

    Bu gün Malkolm X-in qızı saxlanıldı

    Bu gün Haitidə dağıdıcı zəlzələ oldu

    Tarixdə bu gün – 12 yanvar

    Osmanlıda senzura mexanizmi: II Əbdülhəmid dövrünün mətbuat qaydaları

    Qəddafi ailəsinin taleyi: Aişə Qəddafinin həyatı və sürgün illəri

    Qara Qarayev Azərbaycanın U-21 millisində işləyəcək

    Cüzam: qorxu ilə gerçəklik arasında bir xəstəlik

    İran hökuməti zəruri məhsullara ayırdığı xarici valyutanın qarşılığını birbaşa şəkildə vətəndaşlara verir - Pezeşkian

    Pezeşkian: İran hökuməti vətəndaşların dəstəyi ilə iqtisadi problemləri aradan qaldırmağa çalışır

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.