Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Maraqlı

    XVI-XVII əsr dövlətlərində kəşfiyyatla bağlı maraqlı məlumatlar

    9 Noyabr 2025 12:46
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    Bakı, AzerVoice

    Kəşfiyyat savaşları hər zaman aktual olub və bundan sonra da aktuallığını qoruyub saxlayacaq. Hazırki dövrdə olduğu kimi keçmiş əsrlərdə də kəşfiyyat savaşları olub.
    AzerVoice oxuyularına XVI-XVII əsr dövlətlərində mövcud olan kəşfiyyat qurumları ilə bağlı məlumatları təqdim edir.

    İtaliya şəhər dövlətləri

    Milan hersoqluğu
    Son orta əsrlər dövründə Milan kəşfiyyat xarakterli məlumatları toplaya bilən ən yaxşı şəhər dövlətlərindən biri idi. Milan, xüsusilə, sözün əsl mənasında "signore di novelle" (xəbərlərin ustası) olan Françesko Sforzanın rəhbərliyi altında diplomatlar və kəşfiyyat məlumatları toplayanlardan ibarət effektiv şəbəkə yaradaraq Françeskonu "xəbərlərin ustası" etməyə çalışırdı. Bundan əlavə, müharibələr və diplomatik əlaqələrin zəiflədiyi zaman fasilələrə baxmayaraq, Sforza bütün İtaliya şəhər dövlətlərinə, o cümlədən Neapol, Roma, Florensiya və Venesiyaya, elçilər göndərib.

    Florensiya
    Florensiyada kəşfiyyat və casusluq şəbəkəsi taxt mübarizəsində öldürülən Alessandro de Medicinin yerinə V Karl tərəfindən seçilən 17 yaşlı I Kosimo tərəfindən sistematik şəkildə inkişaf etdirilib. I Kosimo Böyük Toskana Hersoqluğunun qurucusu idi. Paolo Preto keçmiş İntibah dövrü Florensiyasının kəşfiyyat şəbəkəsinin, əsasən, Venesiya və digər böyük Avropa dövlətlərinin kəşfiyyat şəbəkələrinə bənzədiyini iddia edib.

    Genuya
    Genuya qısa zamanda hər yerdə casusların şübhəli hadisələrə nəzarət etdiyi şəbəkə dövləti halına gəlmişdi. Hökumətin devrilməsi təhlükəsinin qarşısını almaq üçün vətəndaşların şəhərdəki xarici səfirlərin iqamətgahlarına girişi və çıxışı qadağan edilmişdi.

    Vatikan
    XVI əsrin sonunda İtaliya şəhər dövlətlərinin tədricən tənəzzül mərhələsinə keçdiyi vaxtda Vatikan bürokratiyanın və yeniliklərin zirvəsi kimi təcil qazandı. Bu təsadüfi deyildi, çünki Katolik Kilsəsinin burada böyük rolu var idi və nəticədə erkən müasir dünyada ən yaxşı formada təşkil edilən kəşfiyyat sistemlərindən biri meydana gəldi.

    İspaniya
    I Flipp dövrünün ən tanınmış hökmdarı kimi müasirləri arasında məşhur idi. O, sarayını ziyarət edən xarici səfirləri cari hadisələrlə bağlı onları təəccübləndirmək üçün öz biliklərini nümayiş etdirməkdən həzz alırdı. Flipp casusların işə götürülməsindən və pul ödənişlərindən tutmuş kəşfiyyat əməliyyatlarının ən xırda təfərrüatlarına qədər hər şeyə çox diqqətli şəkildə nəzarət edərək, mütləqiyyətçi şövqlə kəşfiyyat işini izləyirdi.

    İngiltərə - Tudorlar
    Qeyd etmək lazımdır ki, Erkən Müasir İngiltərədə kəşfiyyat xarakterli məlumatların toplanılması Krallığın xidmətində olan hər hansı məmurun səlahiyyəti deyildi. Məxfi məlumatlar monarxa müxtəlif mənbələrdən, o cümlədən Nazirlər Kabineti, Şəxsi Palata və Frensis Uolsinqem kimi peşəkar kəşfiyyat rəhbərlərinin unikal casus şəbəkələrindən daxil olurdu. Erkən Müasir İngiltərənin əsas xüsusiyyəti bəzi güc sahibləri və ictimaiyyətdən gizli saxlanılmalı olan geniş məxfi məlumatlar üzərində Parlament və Krallıq arasında şiddətli rəqabətə əsaslanırdı.

    Fransa – Burbonlar
    Fransa kralı XIV Lüdovikin (Günəş Kralı) casusluq fəaliyyəti ilə bağlı apardığı geniş həcmli araşdırmada bir çox fransız casusları sadalanır. Bunları beş kateqoriyada ümumiləşdirmək olar; Döyüş bölgələrinə göndərilən agentlər (indiki fransız diplomatları), saraylarda və ya mühüm şəhər mərkəzlərində fəaliyyət göstərən həvəskarlar və “noms de guerre” arxasında gizlənərək kəşfiyyat məlumatları ötürən xarici diplomatlarla işləyən “köstəbək”lər, Kralın hüquqları üçün mübarizə apararaq öz casus şəbəkələrini yaradan peşəkar casuslar və kəşfiyyat rəhbərləri.
    XIV Lüdovikin agentləri Avropanın əsas nöqtələrində, Aralıq dənizində Marseldən Venesiyaya, Baltikyanı ərazilərdə Kopenhagen və Danziqə, Şimal dənizində isə Hamburq və Amsterdama qədər böyük ərazilərdə yerləşdirilmişdi.

    Osmanlı dövləti

    Osmanlı dövlətinin kəşfiyyatla bağlı əsas xüsusiyyəti sultanların və onların əsas idarə mərkəzi olan Topqapı Sarayının (Bab-ı Əli) XVIII əsrə qədər xaricdə daimi səfirliklər yaradılmasına qəti qarşı olması idi. Bunun iki səbəbi var idi: Birincisi, Avropa güclərinin Sultanın razılığını tələb etməsi və buna görə də Osmanlı paytaxtında öz nümayəndələrini yerləşdirmək istəmələri Osmanlı üçün qürur idi, ikincisi, dövlətin xidmətində mərkəzi kansler olan dövlət bürokratiyasının olmaması.

    Osmanlıda kəşfiyyat şəbəkələri Avropa dövlətlərinin işləri ilə bağlı mühüm məlumatları dövlətin nüfuzlu şəxsləri və onların rəhbərlərinə çatdırmaqda çox peşəkar idi. Məhz bu qarışıq quruluş Osmanlı İmperatorluğuna Bab-ı Əliyə çatan məlumatları müxtəlif yollarla müqayisə etmək imkanı verirdi.
    Lakin Osmanlıların kəşfiyyat fəaliyyətinin təsirini azaldan əsas səbəb səfirliklər vasitəsilə birbaşa diplomatik əlaqələr yaratmaq istəməmələri və xarici ölkənin dini, mədəniyyəti və dil xüsusiyyətləri ilə bağlı məlumatların toplanmasına cavabdeh diplomatik heyətin olmaması idi.

    #Osmanlı dövləti tarixi #Roma #Vatikan #Bunu bilirsinizmi? #Venesiya #Genuya #Milan hersoqluğu #Florensiya #Neapol #Osmanlı dövləti #Bab-ı Əli
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Reklam nədir və necə yaranıb? Qısa tarixi icmal

    1 Fevral 2026 17:01

    Osmanlı bəyliyinin böyümə sirri: Tarixçilərin qızğın mübahisəsi

    1 Fevral 2026 13:54

    Dimbos zəfəri necə qazanıldı, səfərin məqsədi nə idi?

    31 Yanvar 2026 13:35

    Osmanlı dövləti nə vaxt quruldu? 1299 mübahisəsi və yeni yanaşmalar

    28 Yanvar 2026 13:52

    Osman Qazi və Orxan Qazinin ilk qalibiyyətləri: Sakaryadan Qara Tiginə

    27 Yanvar 2026 13:38

    ABŞ İtaliyadan Qəzza münaqişəsinin həllində kömək istəyib

    24 Yanvar 2026 15:52

    Soyqırımlar, işğallar, deportasiyalar: Rusiya cinayətlərinin tarixi

    20 Yanvar 2026 08:00

    Osmanlı dövlətinin ilk böyük mühasirələri: Bursa, İznik və İzmitin fəthi

    18 Yanvar 2026 13:41

    Dünya niyə düşündüyümüzdən daha sürətlə isinir?

    15 Yanvar 2026 12:54

    Azərbaycan-İtaliya çoxölçülü strateji tərəfdaşlıq əlaqələri müzakirə edilib

    13 Yanvar 2026 17:35

    Azərbaycan ilə İtaliya 2026-2027-ci illərdə 65 tədbir həyata keçirəcək

    13 Yanvar 2026 12:12

    Bakıda Azərbaycan–İtaliya Hökumətlərarası Komissiyanın VI iclası keçirilir

    13 Yanvar 2026 11:25
    Demo
    XƏBƏR LENTİ

    Epşteyn cinayətləri və kapitalizmin maskasız siması: Kasıblardan qurtulmaq planı

    Əlcəzair Birləşmiş Ərəb Əmirlikləri ilə hava nəqliyyatı sazişini ləğv etməyə hazırlaşır

    8 Fevral: Rusiyanın Elm Günü, İraqda Qanlı Çevriliş və Qaziantepin hadisəsi - Tam Xronika

    Netanyahu Vaşinqton səfərində Trampla İranla danışıqları müzakirə edəcək

    İranda PKK-nın İran qolu ilə əlaqəli 11 nəfər saxlanılıb

    Səudiyyə Ərəbistanı ilə Suriya arasında 2 milyard dollarlıq saziş imzalanıb

    Təhsil və fürsətlər düzgün dəyərləndirilməlidir - “Invest Time” podkastının növbəti qonağı deputat Ceyhun Məmmədov oldu

    Türkiyə-İordaniya münasibətlərini gücləndirəcək mühüm qərarlar qəbul etdik - Ərdoğan

    Niyə Səudiyyə Ərəbistanı İrana qarşı eskalasiyadan imtina edir?

    Özdemir Bayraktarın həyat yolu sənədli filmə çevrildi

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.