Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Maraqlı

    Alimlər kainatın başlanğıcı ilə bağlı yeni model təqdim edib

    5 Oktyabr 2025 12:00
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice, Fərid Mikayılov

    Elmi ictimaiyyətdə maraq doğuran yeni araşdırma kainatın başlanğıcına dair ənənəvi nəzəriyyəni yenidən gündəmə gətirib.

    "Physical Review D jurnalında" dərc olunan məqalədə bildirilir ki, Böyük Partlayış (Big Bang) əslində bir “Böyük Sıçrama” (Big Bounce) ola bilər.

    İngiltərənin Portsmut Universitetindən professor Enrike Qastanyaqanın rəhbərlik etdiyi tədqiqatda irəli sürülən hipotezə görə, kainatın başlanğıcı nəhəng bir qara dəliyin çökməsi və müəyyən həddə çatdıqdan sonra geri sıçraması ilə yaranıb. Bu proses, kosmoloqların Böyük Partlayışdan sonra baş verdiyini düşündükləri sürətli genişləməyə bənzər şəkildə yeni bir kainat formalaşdırıb.

    Yeni nəzəriyyəyə görə, bizim kainatımız bir qara dəliyin içində yerləşə bilər və müşahidə edilən digər qara dəliklərin də özlərinə məxsus “kiçik kainatları” ola bilər. Qastanyaqa bu vəziyyəti “matruşka kuklaları kimi iç-içə dünyalar” şəklində təsvir edir.

    Model həmçinin standart kosmologiyada izahı çətin olan bəzi məsələlərə cavab verir. Ənənəvi yanaşmaya görə, kainatın yaranması üçün sürətli inflyasiya dövrü və hazırkı genişləməni izah etmək üçün “qaranlıq enerji” anlayışına ehtiyac var. Qara dəlik modeli isə bu prosesi sadəcə cazibə qüvvəsi və kvant mexanikası ilə izah etməyə çalışır.

    Alimlər bildirirlər ki, nəzəriyyə müəyyən müşahidələrlə yoxlanıla bilər. Əsas proqnozlardan biri kainatın tamamilə düz deyil, azacıq əyri — kürə formasında olmasıdır. Bu istiqamətdə Avropa Kosmik Agentliyinin Euclid peyki hazırda ən dəqiq ölçmələri aparır və nəticələrin 2030-cu ildə açıqlanacağı gözlənilir.

    Model həmçinin, kainatın əvvəlki çöküş mərhələsindən qalma “qalıcı qara dəliklər” və “neytron ulduzları”nın bu gün də mövcud ola biləcəyini, onların qalaktikaların formalaşmasında iz buraxdığını ehtimal edir.

    #Bunu bilirsinizmi? #kainatın başlanğıcı #Böyük Partlayış #Big Bang #Böyük Sıçrama #Big Bounce #qara dəlik nəzəriyyəsi #kainatın yaranışı #qara dəliyin içində kainat #kosmik genişlənmə #Enrike Qastanyaqa #kosmos araşdırmaları
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Elm adamları: Tənhalıq beyni sürətlə qocaldır

    11 Noyabr 2025 20:30

    Beyni daha güclü edən qidalar məlum oldu

    11 Noyabr 2025 14:24

    XVI-XVII əsr dövlətlərində kəşfiyyatla bağlı maraqlı məlumatlar

    9 Noyabr 2025 12:46

    9 yaşında taxta çıxan, 18 yaşında sirli şəkildə ölən firon: Tutanxamonun müəmmalı həyatı

    9 Noyabr 2025 09:26

    Alkoqol xərçəngin yaranmasına səbəb olan əsas amillərdən biridir

    19 Oktyabr 2025 13:45

    İngiltərədə sağlam qidalanma problemləri artmaqdadır

    12 Oktyabr 2025 14:00

    Dietik içkilər qaraciyər xəstəlikləri riskini artırır

    12 Oktyabr 2025 13:00

    Yeni nəsil kitabdan uzaqlaşır - Uşaqlar ekran qarşısında daha çox vaxt keçirir

    12 Oktyabr 2025 10:00

    Şəxsiyyət xüsusiyyətləri uzunömürlülüyün açarı ola bilər

    11 Oktyabr 2025 12:00

    Qadınlar niyə kişilərdən daha uzun ömürlüdür?

    5 Oktyabr 2025 15:30

    İnsan sümüklərində mikroplastik izləri aşkarlanıb

    4 Oktyabr 2025 12:00

    Əməvilərdən Osmanlıya: Abbasilərin Beş Əsrlik Hakimiyyət Yolu

    3 Oktyabr 2025 18:02
    Demo
    XƏBƏR LENTİ

    Türkiyədən Rusiyaya xalça ixracı 17 milyon dolları keçib (ÖZƏL)

    Zədələnmiş nüvə obyektlərinin yoxlanılması hazırda risklidir - Əraqçi

    ABŞ-la danışıqlar dayandırılıb, Vaşinqton real iradə nümayiş etdirmir - İran XİN

    Azərbaycan–İordaniya sənədləri imzalanıb

    Bakıda Azərbaycan və İordaniya Hökumətlərarası Komissiyasının IV iclası keçirilir

    İsrail ordusu Qəzza və ətrafına hava hücumları təşkil edib

    Prezident İlham Əliyev “AZWOOL” mineral daş yunu zavodunun açılışında iştirak edib

    Oktyabr ayında Türkiyənin xarici ticarət dövriyyəsi 55 milyard dolları keçib (ÖZƏL)

    Azərbaycanın turizm imkanları Yaxın Şərqdə nümayiş etdirilib

    Kipr türklərinin hüquq və maraqlarını qorumağa davam edəcəyik - Türkiyə XİN

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2025 Azervoice.
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.