Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    İqtisadiyyat

    BƏƏ ilə ticarət və investisiya əlaqələrini genişləndirmək məqsədilə Birgə İşgüzar Şuranın yaradılmasını planlaşdırırıq - Mikayıl Cabbarov

    2 Dekabr 2025 23:14
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    Bakı, AzerVoice

    “Bu ilin sentyabrında Əlahəzrət Şeyx Məhəmməd bin Zayed Əl Nəhyanın Qarabağa tarixi səfəri bizim dostluğumuzu, həmrəyliyimizi və strateji tərəfdaşlığımızı əyani şəkildə nümayiş etdirdi. Səfər zamanı əməkdaşlığımızı yeni mərhələyə qaldıran bir sıra mühüm sənədlər imzalanıb, Azərbaycan ilə Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) arasında hərtərəfli strateji tərəfdaşlıq münasibətləri haqqında Birgə Bəyannamə xüsusi əhəmiyyət kəsb edən sənədə çevrilib”.

    AzerVoice xəbər verir ki, bu fikirləri Bakıda BƏƏ-nin Müstəqillik Günü ilə bağlı keçirilən tədbirdə Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.

    O, bildirib ki, iki ölkə arasında bütün sahələrdə, o cümlədən iqtisadi-ticari sahədə əməkdaşlıq uğurla davam edir və hər iki ölkə bu münasibətləri inkişaf etdirmək niyyətindədir.

    “İnvestisiya sahəsində əməkdaşlığımız xüsusi əhəmiyyət kəsb edir. 1 milyard ABŞ dolları maliyyə imkanlarına malik Birgə İnvestisiya Fondu bu baxımdan əsas alətlərdən biridir. Hazırda Fond çərçivəsində bir sıra investisiya layihələri üzrə danışıqlar aparılır. Bu ilin sentyabrında Bakıda keçirilən Birinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu zamanı “Modon Holding” ilə şəhərsalma üzrə 5 milyard dollarlıq investisiya layihəsi üzrə əməkdaşlıq sazişi imzalanıb. Neft və qaz sektorunda tərəfdaşlığımız SOCAR və ADNOC arasında uğurlu əməkdaşlıq sayəsində inkişaf etməkdə davam edir. Eyni zamanda, yeni layihələrə əməkdaşlığa marağın artdığını müşahidə edirik. BƏƏ-dən olan şirkətlər Azərbaycanda bərpaolunan enerji layihələrində strateji tərəfdaş və əsas investor kimi çıxış edirlər. Ölkəmizdə istifadəyə verilən ilk Günəş elektrik stansiyasının tikintisi Birləşmiş Ərəb Əmirliklərinin dəstəyi ilə həyata keçirilib. Digər tərəfdən, ticarət və investisiya əlaqələrini genişləndirmək məqsədilə Birgə İşgüzar Şuranın yaradılmasını planlaşdırırıq. Bu yeni institusional mexanizm biznes icmalarımız arasında əməkdaşlığı daha da yüksək səviyyəyə qaldırmağa kömək edəcək”, - deyə M.Cabbarov əlavə edib.

    #Azərbaycan və BƏƏ strateji tərəfdaşlığı yeni mərhələyə keçir – Cabbarovdan mühüm açıqlamalar #Cabbarov: Qarabağ səfəri Azərbaycan–BƏƏ münasibətlərində dönüş nöqtəsi oldu #Bakı və Əbu-Dabi investisiya əməkdaşlığını genişləndirir #Azərbaycan–BƏƏ arasında 5 milyard dollarlıq yeni layihə imzalandı #Azərbaycan–BƏƏ əlaqələri sürətlə genişlənir: Yeni müqavilələr və iri investisiyalar #Cabbarov: BƏƏ ilə strateji əməkdaşlıq tarixən ən yüksək səviyyədədir #Qarabağ səfəri iki ölkə arasında yeni dövrün başlanğıcı oldu #BƏƏ şirkətləri Azərbaycanda enerji və şəhərsalma layihələrinə sərmayəni artırır #Cabbarov: Azərbaycan və BƏƏ arasında strateji tərəfdaşlıq güclənir #Qarabağ səfəri Bakı–Əbu Dabi münasibətlərinə yeni dinamika verdi #Azərbaycan və BƏƏ 1 milyard dollarlıq Birgə İnvestisiya Fondu üzrə layihələri genişləndirir #Modon Holding Bakıda 5 milyard dollarlıq layihə imzaladı
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Türkiyənin polad ixracı 15 milyard dolları keçib (ÖZƏL)

    4 Dekabr 2025 17:35

    Türkiyənin dəri məhsulları ixracı 1 milyard dolları keçib (ÖZƏL)

    4 Dekabr 2025 14:54

    D-8 İqtisadi Əməkdaşlıq Təşkilatının ticarət nazirlərinin 4-cü iclasında iqtisadi əməkdaşlığın genişləndirilməsi müzakirə edilib

    4 Dekabr 2025 14:30

    Türkiyənin mebel ixracı 7 milyard dolları keçib (ÖZƏL)

    4 Dekabr 2025 13:59

    Türkiyənin tekstil ixracı 8 milyard dolları keçib (ÖZƏL)

    4 Dekabr 2025 12:45

    Vergilərin 73,1 faizi qeyri-neft-qaz sektorunun payına düşüb

    4 Dekabr 2025 12:31

    Bakıda Azərbaycan Karbon Bazarı üzrə Vorkşop keçirilib

    4 Dekabr 2025 11:21

    Sahibkarların fəaliyyət mühitinin yaxşılaşdırılması ilə bağlı ictimai müzakirə keçirilib

    4 Dekabr 2025 10:18

    BƏƏ ilə ticarət və investisiya əlaqələrini genişləndirmək məqsədilə Birgə İşgüzar Şuranın yaradılmasını planlaşdırırıq - Mikayıl Cabbarov

    2 Dekabr 2025 23:14

    Energetika naziri Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin rəhbəri ilə görüşüb

    2 Dekabr 2025 19:18

    Türkiyə ilə əczaçılıq sənayesi üzrə əməkdaşlıq müzakirə olunub

    2 Dekabr 2025 19:02

    Nağdsız ödənişlər sahibkarların vergi yükünü azaldacaq - Günay Vəliyeva

    2 Dekabr 2025 11:09
    Demo
    XƏBƏR LENTİ

    İsraillə danışıqların növbəti raundu 19 dekabrda başlayacaq - Cozef Aun

    Bu gün SSRİ və Əfqanıstan “dostluq müqaviləsi” imzaladı

    Tarixdə bu gün – 5 Dekabr

    Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyi, DTX və XRİTDX birgə məlumat yayımlayıb

    BMT Təhlükəsizlik Şurası Suriya-Livan missiyasına başlayıb

    İsrail Livana hava zərbələri endirib

    Türkiyə Alyans üçün son dərəcə vacib müttəfiqdir - NATO baş komandanı

    Ankara Moskva ilə qaz sazişini yeniləyib

    Azərbaycan xalqına qarşı çoxsaylı cinayətlərin törədilməsində təqsirləndirilən şəxslərin məhkəməsinin növbəti iclasının vaxtı açıqlanıb

    Ermənistan vətəndaşlarının məhkəməsində təqsirləndirilən şəxslərin vəkillərinin müdafiə çıxışı yekunlaşıb

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2025 Azervoice.
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.