Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Yaxın Şərq

    Britaniya İsraili Qəzza yardımını gecikdirdiyinə görə tənqid edib

    3 Dekabr 2025 04:00
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    Bakı, AzerVoice, Orxan Qədirzadə

    Böyük Britaniya Qəzzaya humanitar yardımın çatdırılmasında yaranan ləngimələrə görə İsrailə kəskin etirazını bildirib. BBC-nin məlumatına görə, Londondan göndərilən 1 100-dən çox çadırdan ibarət yardım yükünün Qəzzaya çatması bir ildən çox vaxt alıb.

    AzerVoice xəbər verir ki, Böyük Britaniyanın xarici işlər naziri Yvet Kuper bildirib ki, İsrail–HƏMAS atəşkəsi qüvvədə olsa da, London tərəfindən maliyyələşdirilən digər humanitar yardım hələ də fələstinlilərə çatdırılmayıb. BMT isə xəbərdarlıq edir ki, Qəzzada 1,5 milyon insan təcili qış sığınacağına ehtiyac duyur.

    Britaniyanın çadır partiyası Qəzzaya yalnız bazar ertəsi daxil olub. Hər biri beş nəfərlik ailəni yerləşdirməyə imkan verən bu çadırların növbəti hissəsinin həftə ərzində gəlməsi gözlənilir. Rəsmi London yardımın ümumilikdə 12 minədək fələstinlinin qış aylarını daha təhlükəsiz keçirməsinə imkan yaradacağını bildirir.

    Nazir Kuper əlavə edib ki, bundan sonra humanitar yardımın qarşısının alınması və giriş-çıxış məntəqələrində ləngimələr qəbuledilməzdir. O, Qəzzaya bütün keçidlərin açılmasını və yardımın maneəsiz çatdırılmasını tələb edib.

    “Qəzzadakı vəziyyət kritik olaraq qalır. İki ildən çox davam edən müharibə, infrastrukturun dağıntıları və indi də ağır hava şəraiti fələstinlilərin vəziyyətini daha da çətinləşdirir,” – deyə Kuper bildirib.

    Onun sözlərinə görə, valideynlər övladlarını dağılmış damların altında və açıq havada soyuqdan qorumağa çalışır. “Bu çadırlar minlərlə insana sığınacaq verəcək, onları küləkdən və yağışdan qoruyacaq.” - nazir deyib.

    BMT-nin son statistikasına əsasən, Qəzzada 2023-cü ilin oktyabrından bəri əhalinin 90%-i, yəni təxminən 1,9 milyon insan məcburi köçkünə çevrilib.

    UNICEF-in Fələstin üzrə xüsusi nümayəndəsi Conatan Veiç qeyd edib ki, çətin hava şəraiti fələstinli ailələrin vəziyyətini daha da ağırlaşdırır. “Atəşkəs qüvvədə olsa belə, Qəzzada uşaqlar üçün gündəlik həyat inanılmaz dərəcədə çətindir. Britaniyanın maliyyələşdirdiyi çadırların daxil olması vacib addımdır, lakin daha çox yardıma ehtiyac var.”- nümayəndə deyib.

    #Britaniya Qəzza yardımının gecikməsinə görə İsraili tənqid etdi #Qəzzaya göndərilən Britaniya çadırları bir ildən sonra çatdı #BMT: Qəzzada 1 #5 milyon insan qış sığınacağına ehtiyac duyur #London: Yardımın qarşısı alınmamalıdır #keçidlər açılmalıdır #UNICEF: Qəzzada uşaqlar ağır şəraitdə yaşayır #Britaniyanın Qəzzaya yardımı niyə bir ildən sonra çatdı? #Qəzzada ağır qış: 12 min insana sığınacaq veriləcək #Kuper: Yardım gecikmələri qəbuledilməzdir #BMT-dən Qəzza ilə bağlı ciddi xəbərdarlıq #UNICEF: Daha çox humanitar yardım lazımdır
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    130-dan çox ölkədə böhran vəziyyəti elan edilib - UNICEF

    11 Fevral 2026 09:13

    Qəzzada atəşkəs dövründə 573 nəfər həlak olub

    10 Fevral 2026 14:23

    Səudiyyə Ərəbistanı və Suriya XİN rəhbərləri Suriyanın təhlükəsizliyi və iqtisadiyyatını müzakirə ediblər

    10 Fevral 2026 12:52

    İordan çayının qərb sahilində iqtisadi çöküş: 100 min fələstinli işsiz və ac qalıb

    10 Fevral 2026 10:17

    Britaniya şəhzadəsi Səudiyyə Ərəbistanına səfər edib

    9 Fevral 2026 23:13

    "Əl-Camaa əl-İslamiyyə" partiyası rəhbəri İsrail xüsusi təyyinatlıları tərəfindən qaçırılıb

    9 Fevral 2026 22:32

    İsraildə fələstinli məhbuslar üçün edam hazırlığı: Xüsusi kameralar tikilir

    9 Fevral 2026 15:55

    İsrail atəşkəs dövründə Qəzzada 1500-dən çox hücum həyata keçirib

    9 Fevral 2026 13:22

    İlin əvvəlindən bəri Qəzzada 37 fələstinli uşaq həyatını itirib - UNICEF

    7 Fevral 2026 13:12

    UNICEF Qəzzada uşaq ölümləri ilə bağlı dünyanı təcili hərəkətə keçməyə çağırıb

    21 Yanvar 2026 11:40

    Qəzzada atəşkəs dövründə 100-dən çox uşaq həlak olub

    13 Yanvar 2026 16:10

    Qəzzada 1,6 milyon insan kəskin ərzaq təhlükəsizliyi ilə üzləşir - BMT

    19 Dekabr 2025 20:10
    Demo
    XƏBƏR LENTİ

    İsrailin Qərb Sahilində addımları beynəlxalq hüquqa ziddir - BMT

    Türkiyə ilə əməkdaşlıq üçün konkret təkliflərə açığıq - Sərdar Berdiməhəmmədov

    AYNA bir sıra müntəzəm avtobus marşrutlarını yeni daşıyıcılara təhkim edib

    Türkiyə limanlarında rekord yük axını – 32 milyon tonu keçdi

    Türkiyənin yeni daxili işlər naziri Mustafa Çiftçi kimdir?

    Yunanıstanın Baş naziri Türkiyəyə rəsmi səfər edəcək

    İndoneziyanın Semeru dağında beş püskürmə baş verib.

    Prezident İlham Əliyev: Son dövrdə Azərbaycan-İran münasibətlərinin dinamikasının artması məmnunluq doğurur

    Prezident İlham Əliyev Məsud Pezeşkiana təbrik məktubu ünvanlayıb

    Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında ABŞ-nin Vitse-prezidenti ilə görüşündən görüntülər paylaşılıb

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.