Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Türkiyə

    Kızılelma döyüş təyyarəmiz dünya aviasiyasında tarixi dönüş yaratdı - Ərdoğan

    2 Dekabr 2025 21:21
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    Bakı, AzerVoice, Orxan Qədirzadə

    Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin Ankara Beştəpədə keçirilən iclasından sonra verdiyi açıqlamada ölkənin müdafiə sənayesində əldə olunan irəliləyişləri, xüsusilə də “Kızılelma” pilotsuz döyüş təyyarəsinin dünya aviasiyasındakı “tarixi nailiyyətini” diqqətə çatdırıb.

    AzerVoice xəbər verir ki, prezident bildirib ki, qlobal sistemdəki çatların dərinləşdiyi, bölgədə müharibə, siyasi və iqtisadi dalğalanmaların ara vermədiyi bir dövrdə Türkiyə sabitlik, sülh və təhlükəsizlik adası olaraq mövqeyini qorumağı bacarır. Onun sözlərinə görə, Türkiyə ətrafındakı qeyri-sabitlik fonunda region proseslərinin mərkəzində yerləşir və bütün çağırışlara baxmayaraq inkişaf xəttini davam etdirir.

    Ərdoğan çıxışı zamanı milli müdafiə sənayesində əldə edilən uğurları xüsusi vurğulayaraq bildirib:
    “Keçən həftə sonu ‘Kızılelma’ pilotsuz döyüş təyyarəmiz dünya aviasiyası tarixində tarixi bir irəliləyişə imza atdı.”

    Türkiyə lideri həmçinin iqtisadi göstəricilərə toxunaraq ölkədə ümumi inkişaf dinamikasının gücləndiyini qeyd edib. O bildirib ki, milli gəlirin 238 milyard dollardan 1,5 trilyon dollara yüksəlməsi ölkənin son illərdəki ən böyük iqtisadi sıçrayışlarından biridir. 2028-ci il üçün hədəfin 1,9 trilyon dollarlıq ÜDM olduğunu qeyd edən Ərdoğan TÜİK-in elan etdiyi 3,7 faiz üçüncü rüb artımının doğru istiqamətdə irəlilədiklərini göstərdiyini deyib.

    Prezident əlavə edib ki, hökumət terrorun aradan qaldırılması istiqamətində qətiyyətini davam etdirir və bunun ölkənin iqtisadi yüksəlişi, ictimai barış və qardaşlıq üçün ən böyük maneələrdən birini aradan qaldıracağına inanır.

    Avropa İttifaqına üzvlüklə bağlı danışan Ərdoğan bildirib ki, bütün maneələrə baxmayaraq, tamhüquqlu üzvlük Ankaranın strateji prioriteti olaraq qalır.

    Regiondakı təhlükəsizlik məsələlərinə də toxunan dövlət başçısı Rusiya–Ukrayna müharibəsinin Qara dənizdə gəmiçilik təhlükəsizliyinə ciddi təhdid yaratdığını bildirib:
    “Xüsusi iqtisadi zonamızda ticarət gəmilərinə edilən hücumlar vəziyyətin təhlükəli şəkildə kəskinləşdiyini göstərir. Bu hücumları heç bir şəkildə qəbul edə bilmərik.”

    Ərdoğan çıxışını Türkiyənin həm regional, həm də qlobal çağırışlar qarşısında güclənərək irəlilədiyini vurğulayaraq tamamlayıb.

    #Ərdoğan: KIZILELMA dünya aviasiyasında tarixi dönüş yaratdı #Türkiyə Prezidenti: Sabitlik adası olaraq yolumuza davam edirik #Ərdoğan müdafiə sənayesində tarixi nailiyyəti elan etdi #Ərdoğan: Türkiyənin ÜDM-i 1 #5 trilyon dollara yüksəldi #Prezident Ərdoğan Qara dənizdəki hücumlarla bağlı xəbərdarlıq etdi #Ərdoğan KIZILELMAnın dünya aviasiyasında yaratdığı tarixi nailiyyəti açıqladı #Türkiyə iqtisadiyyatı 21 rübdür böyüyür – Ərdoğan detalları açıqladı #Prezident: Türkiyə bölgədə sabitliyin mərkəzidir #Qara dənizdə gəmilərə hücumlar – Ərdoğan ciddi xəbərdarlıq etdi #Müdafiə sənayesində yeni dövr: KIZILELMA tarixi imza atdı #Эрдоган: KIZILELMA совершил исторический прорыв в авиации #Турция увеличила ВВП до 1 #5 трлн долларов — заявление Эрдогана #Эрдоган осудил атаки на суда в Черном море #Президент Турции: регион охвачен нестабильностью #Эрдоган подтвердил приоритет полного членства в ЕС
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Türkiyə Alyans üçün son dərəcə vacib müttəfiqdir - NATO baş komandanı

    4 Dekabr 2025 22:00

    Ankara Moskva ilə qaz sazişini yeniləyib

    4 Dekabr 2025 21:38

    Türkiyənin yeni pilotsuz sistem sınağı uğurla başa çatıb

    4 Dekabr 2025 16:32

    Türk Silahlı Qüvvələri hər cür təhlükəni dəf edəcək güc və iradəyə malikdir - Türkiyə MN

    4 Dekabr 2025 13:27

    Türkiyə 2026-cı ildə üç beynəlxalq zirvəyə ev sahibliyi edəcək

    4 Dekabr 2025 12:26

    Zəngəzur dəhlizi Türk dünyasının iqtisadi inteqrasiyasını gücləndirəcək - Səlahiyyətli nümayəndə

    3 Dekabr 2025 22:33

    Avropada qurulacaq sülh yeni təhlükəsizlik sistemini formalaşdıracaq - Fidan

    3 Dekabr 2025 21:39

    Ərdoğan və Finlandiya Prezidenti Stubb telefon danışığı aparıb

    3 Dekabr 2025 21:11

    Türkiyədə 30 ay sonra aylıq inflyasiya 1 faizdən aşağı düşüb

    3 Dekabr 2025 20:00

    Hakan Fidan ATƏT XİN Şurasının Vyana toplantısında iştirak edəcək

    3 Dekabr 2025 18:42

    Hakan Fidan və NATO Baş katibi Ukrayna müharibəsi və Qara Dənizin təhlükəsizliyini müzakirə edib

    3 Dekabr 2025 13:58

    Ərdoğan və Makron Ukrayna, Qafqaz və Yaxın Şərqdə sülh yolunu müzakirə ediblər

    3 Dekabr 2025 11:52
    Demo
    XƏBƏR LENTİ

    İsraillə danışıqların növbəti raundu 19 dekabrda başlayacaq - Cozef Aun

    Bu gün SSRİ və Əfqanıstan “dostluq müqaviləsi” imzaladı

    Tarixdə bu gün – 5 Dekabr

    Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyi, DTX və XRİTDX birgə məlumat yayımlayıb

    BMT Təhlükəsizlik Şurası Suriya-Livan missiyasına başlayıb

    İsrail Livana hava zərbələri endirib

    Türkiyə Alyans üçün son dərəcə vacib müttəfiqdir - NATO baş komandanı

    Ankara Moskva ilə qaz sazişini yeniləyib

    Azərbaycan xalqına qarşı çoxsaylı cinayətlərin törədilməsində təqsirləndirilən şəxslərin məhkəməsinin növbəti iclasının vaxtı açıqlanıb

    Ermənistan vətəndaşlarının məhkəməsində təqsirləndirilən şəxslərin vəkillərinin müdafiə çıxışı yekunlaşıb

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2025 Azervoice.
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.