Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Maraqlı

    Qadınlar niyə kişilərdən daha uzun ömürlüdür?

    5 Oktyabr 2025 15:30
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,AzerVoice, Fərid Mikayılov

    Yeni elmi araşdırmaya görə, qadınların kişilərdən daha uzun yaşaması təkcə insanlara xas xüsusiyyət deyil. Genetik fərqlər, evrim prosesi və həyat tərzi amilləri bu fərqin əsas səbəbləri arasında göstərilir.

    Science Advances jurnalında dərc edilən genişmiqyaslı tədqiqatda alimlər min 176 müxtəlif növü — şimpanzelər, gəmiricilər, marallar və bir çox quş növlərini — həm vəhşi təbiətdə, həm də zooparklarda müşahidə ediblər.

    Nəticələr göstərib ki, məməli növlərinin 72 faizində dişilər erkəklərdən orta hesabla 12 faiz daha uzun ömür sürür, quş növlərinin 68 faizində isə əksinə, erkəklər dişilərdən təxminən 5 faiz daha çox yaşayır.

    Alimlər bu fərqi cinsiyyət xromosomları ilə izah edirlər. Məməlilərdə dişilərdə iki X xromosomu, erkəklərdə isə bir X və bir Y xromosomu var. Bu, dişilərə “zərərli genetik mutasiyalardan qorunma” baxımından üstünlük verir. Quşlarda isə vəziyyət tərsinədir: dişilər fərqli (ZW), erkəklər isə eyni (ZZ) xromosomlara sahibdir, bu da erkəklərə daha çox yaşama üstünlüyü yaradır.

    Araşdırma göstərir ki, genetik fərqlər, cinsi seçmə strategiyaları, valideyn qayğısı və mühit amilləri birlikdə həm insanlarda, həm də digər növlərdə uzunömürlülükdə cinsiyyət fərqini formalaşdırır.

    Ümumilikdə, təkcinsli (monoqam) növlərdə ömür fərqi daha az, lakin erkəklərin çoxsaylı partnyorla əlaqədə olduğu növlərdə erkəklər daha erkən ölürlər.

    Hətta zoopark kimi təhlükəsiz mühitlərdə belə bu fərq davam edir. Alimlər hesab edirlər ki, dişilərin uzunömürlülük üstünlüyü evrim nəticəsində formalaşıb və insan növü bu baxımdan tamamilə unikal deyil.

    #Elmi araşdırma #elmi tədqiqat #Bunu bilirsinizmi? #uzunömürlülük #qadınların ömrü #kişilərin ömrü #evrim #genetik fərqlər #cinsiyyət xromosomları #X və Y xromosomu #dişi və erkək fərqləri #məməlilər
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Qucaqlamaq stressi niyə azaldır?

    30 Dekabr 2025 11:49

    Qış tətilinin ekran qarşısında keçirilməsi uşaqlarda psixoloji və fiziki problemləri artırır

    25 Dekabr 2025 11:55

    Z nəsli dünyanı “qorxuducu bir yer” kimi görür

    16 Dekabr 2025 11:28

    İşçilərin gizli böhranı - səssiz çatlama nədir?

    12 Dekabr 2025 17:23

    Elm adamları: Tənhalıq beyni sürətlə qocaldır

    11 Noyabr 2025 20:30

    Beyni daha güclü edən qidalar məlum oldu

    11 Noyabr 2025 14:24

    XVI-XVII əsr dövlətlərində kəşfiyyatla bağlı maraqlı məlumatlar

    9 Noyabr 2025 12:46

    9 yaşında taxta çıxan, 18 yaşında sirli şəkildə ölən firon: Tutanxamonun müəmmalı həyatı

    9 Noyabr 2025 09:26

    Alkoqol xərçəngin yaranmasına səbəb olan əsas amillərdən biridir

    19 Oktyabr 2025 13:45

    Yeni elmi tədqiqat süni səs klonlarının real səslər qədər inandırıcı olduğunu göstərib

    19 Oktyabr 2025 12:00

    İngiltərədə sağlam qidalanma problemləri artmaqdadır

    12 Oktyabr 2025 14:00

    Dietik içkilər qaraciyər xəstəlikləri riskini artırır

    12 Oktyabr 2025 13:00
    Demo
    XƏBƏR LENTİ

    Tarixdə bu gün – 15 yanvar

    Qəzza atəşkəs planının ikinci mərhələsinə keçir - ABŞ rəsmisi

    Venezuelada buraxılan məhbusların sayında ziddiyyətlər var

    Danimarka Qrenlandiyanın müdafiəsini gücləndirir

    Fransa miqrant qayıqlarını hədəfləyən britaniyalı ifrat sağçı fəallara qadağa qoydu

    Mədəniyyət Nazirliyində “Yüksəliş” müsabiqəsinin qalibi ilə görüş keçirilib

    Starlink İranda ödənişsiz elan edildi

    Qəzza zolağının idarəsi ilə bağlı razılaşma əldə edildi - Misir XİN

    Geo-iqtisadi qarşıdurma dünyanın əsas təhlükəsinə çevrilib

    XİN: TRIPP marşrutu ticarət və bağlantıların şaxələndirilməsi baxımından vacibdir

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.