Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Fələstin

    Netanyahu ilə Baş Qərargah rəisi Zamir arasında Qəzza planı üzrə gərgin mübahisə yaranıb

    5 İyul 2025 09:21
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,AzerVoice

    İsrail mediasının bu gün yaydığı məlumata görə, baş nazir Benyamin Netanyahu ilə İsrail Ordusunun baş qərargah rəisi Eyəl Zamir arasında ötən gecə keçirilən təhlükəsizlik müşavirəsində Qəzzanın gələcəyi ilə bağlı planlara dair kəskin söz atışması yaşanıb.

    AzerVocie xəbər verir ki, Netanyahu Qəzza əhalisinin böyük əksəriyyətinin cənuba köçürülməsi planının hazırlanmasını əmr edib. Lakin bu təklif İsrail ordusunun rəhbərliyində ciddi narazılıq yaradıb.

    "Hərbi idarəetməmi istəyirsiniz? İki milyon insana kim nəzarət edəcək?" – bu sualla Zamir Netanyahunun planını sorğulayıb. "Times of Israel" portalının yaydığı məlumata görə, Netanyahu bu sual qarşısında səsini yüksəldərək Zamirə belə cavab verib:

    "Mən hərbi idarəetmə istəmirəm. Amma HƏMAS-ı heç bir halda arxamızda qoymağa hazır deyiləm. Mən buna icazə verməyəcəyəm!"

    Netanyahu əlavə edib ki, əgər köçürmə planı həyata keçirilməzsə, alternativ bütün zolağın işğalı və tam nəzarətə alınması olacaq – bu isə girovların öldürülməsi deməkdir.
    "Bu mənim istədiyim deyil, mən buna hazır deyiləm."-deyə o qeyd edib.

    Zamir isə buna cavab olaraq xəbərdarlıq edib və bildirib ki,"Bu məsələni ciddi müzakirə etməliyik. Biz bu planı təsdiqləməmişik. Ac və qəzəbli insanlara nəzarət cəhdləri tam nəzarət itkisinə səbəb ola bilər və nəticədə bu insanlar İsrail ordusuna qarşı çıxa bilərlər."

    Müzakirənin sonunda Netanyahu əmrini təkrarlayaraq, "Köçürmə planını hazırlayın. Vaşinqtondan qayıdanda onu görmək istəyirəm."- deyib

    Bu gərginlik, İsrail hökuməti daxilində Qəzza ilə bağlı gələcək strategiyanın müəyyənləşdirilməsində ciddi fikir ayrılıqlarının olduğunu ortaya qoyur.

    #Fələstin #Fələstin məsələsi #İsrailin Fələstin siyasəti #Fələstin-İsrail münaqişəsi #İsrail Fələstin münaqişəsi #Fələstin Muxtariyyəti böhranı #Fələstin liderliyi böhranı #Fələstin seçkiləri və Abbasın gələcəyi #Ərəb ölkələrinin Fələstin planı #Fələstin humanitar yardımı #Netanyahu 7 Oktyabr istintaqı #Netanyahu məsuliyyətdən yayınır #Netanyahu siyasi böhran #Netanyahu niyə 7 Oktyabr istintaqını qəbul etmir? #Netanyahu 7 Oktyabr hadisələrində günahkardırmı? #Netanyahu hökumətinin istintaq komissiyası barədə mövqeyi nədir? #Benyamin Netanyahunun Şabak qərarı #Netanyahu niyə Ronen Barı vəzifədən çıxardı? #Benyamin Netanyahu HƏMAS siyasəti #Eyal Zamir #Netanyahunun Bakı səfəri #Netanyahu və ordu rəhbərliyi arasında gərginlik #Əhməd Şəraa və Netanyahu görüşü #Netanyahu və Suriya danışıqları #Netanyahunun ərəb şüuru planı #Netanyahu HƏMAS açıqlaması #Netanyahu İran siyasəti #Netanyahunun regional siyasəti #Netanyahuya Trampdan təzyiq
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Türkiyə və İordaniya Fələstin məsələsini müzakirə edib

    13 Fevral 2026 14:56

    İsrail ordusu atəşkəsə baxmayaraq Qəzza zolağında hücumlarını davam etdirir

    7 Fevral 2026 11:57

    MİT Türkiyədə MOSSAD casuslarını zərərsizləşdirib

    6 Fevral 2026 09:15

    Rəfah keçidi yenidən açıldı

    2 Fevral 2026 11:49

    İsrailin Qəzzaya hücumları nəticəsində 12 fələstinli həlak oldu

    31 Yanvar 2026 11:23

    UNRWA-nın Şərqi Qüdsdəki qərargahı yandırılıb

    26 Yanvar 2026 10:03

    Netanyahu ABŞ-ın Sülh Şurasına qoşulmağa razılıq verdi

    21 Yanvar 2026 13:49

    Fələstin məsələsi Yaxın Şərq üçün əsas prioritet olaraq qalır - Sisi

    21 Yanvar 2026 13:33

    Səudiyyə Ərəbistanı və Fələstin xarici işlər nazirləri Davosda Qəzza böhranını müzakirə ediblər

    21 Yanvar 2026 10:04

    Fələstin rəhbərliyi Trampın Qəzza planını məcburiyyət qarşısında qəbul edib

    19 Yanvar 2026 11:53

    Səudiyyə Ərəbistanı Qahirədə Fələstinə böyük yardım payı göndərib

    16 Yanvar 2026 17:25

    Qəzza zolağının idarəsi ilə bağlı razılaşma əldə edildi - Misir XİN

    14 Yanvar 2026 19:57
    XƏBƏR LENTİ

    836 uşaq övladlığa verilib, dövlət uşaq müəssisələrindən 854 uşaq ailələrinə qaytarılıb

    Rəşad Mustafayev Biləsuvar rayonunda vətəndaşları qəbul edib

    Prezident İlham Əliyev Münxendə Bolqarıstan Prezidenti ilə görüşüb

    Prezident İlham Əliyev Münxendə Bundestaqın xarici siyasət komitəsinin sədri ilə görüşüb

    Yaşlanma hər il deyil, iki böyük dalğa ilə gəlir

    Yanvarda Yunanistandan Türkiyəyə 695 min ton yük çatdırılıb (ÖZƏL)

    İsrail ordusu Qəzzada atəşkəs rejimini növbəti dəfə pozub

    Fələstin xalqının məhvinə son qoyulmalıdır - Aİ

    ABŞ Cənub Komandanlığı Karib dənizində əməliyyat keçirdi

    Bu il “Məşğulluğa Dəstək Layihəsi”nin daha 250 benefisiarına biznesini genişləndirmək üçün əlavə dəstək veriləcək

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.