BAKI, AzerVoice
Səudiyyə Ərəbistanının vəliəhdi, Nazirlər Şurasının sədri şahzadə Məhəmməd bin Salman Suriyanın prezidenti Əhməd əş-Şəraa ilə telefon danışığı aparıb.
AzerVoice xəbər verir ki, telefon danışığı zamanı tərəflər Səudiyyə Ərəbistanı ilə Suriya arasında ikitərəfli əməkdaşlığın müxtəlif sahələrdə inkişaf etdirilməsi imkanlarını müzakirə ediblər. Eyni zamanda, bölgədə mövcud vəziyyət və qarşılıqlı maraq doğuran bir sıra regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Görüş zamanı tərəflər regionda sabitliyin və təhlükəsizliyin gücləndirilməsinin vacibliyini vurğulayıb, dialoq və əməkdaşlığın davam etdirilməsinin əhəmiyyətini qeyd ediblər.