Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    AzerVoice təhlil mərkəzi

    İsrailin öldürdüyünü elan etdiyi “Qəssam” rəhbəri haqqında nə bilinir?

    14 Dekabr 2025 10:03
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,AzerVoice Analitik Təhlil Mərkəzi

    Onilliklərlə davam edən təqibdən sonra İsrail şənbə günü Fələstinin “HƏMAS” hərəkatının tanınmış simalarından olan Raid Səədin Qəzza şəhərinə endirilən zərbə nəticəsində öldürüldüyünü açıqlayıb. İsrail ordusu Səədi “HƏMAS” üçün “döyüş vasitələrinin yenidən istehsalını bərpa etməyə çalışan” şəxs kimi ittiham edib. Ordu onu “HƏMAS”da silah istehsalı qüvvəsinin rəhbəri” adlandırıb. “HƏMAS”dakı mənbələr isə onu hərəkatın hərbi qanadı olan “İzzəddin əl-Qəssam briqadaları”nın rəhbərliyində İzzəddin əl-Həddaddan sonra “ikinci şəxs” kimi təqdim ediblər.

    Raid Səəd kim idi?

    2024-cü ilin martında İsrail ordusu, səhvən Səədin “Şifa tibb kompleksi”ndə saxlanıldığını elan etmişdi. Lakin sonradan onun həbs olunmadığı məlum oldu.

    Həmin vaxt “Şərq əl-Əvsət”ə danışan mənbələr bildirirdi ki, Səəd həmin gecə İsrailin “yerli hakimiyyətlər” qurmaq planı çərçivəsində cəlb etməyə çalışdığı muxtar və nüfuz sahibləri ilə keçirilən görüşdə iştirak edib və hücumdan əvvəl yeri tərk edib.

    O vaxt Raid silah istüehsal bölməsinə cavabdeh idi. O, uzun illər Qəzza zolağında “Qəssam”ın əməliyyat bölməsinə də rəhbərlik edib. Səəd ümumi hərbi şuranın üzvüdür, Məhəmməd əd-Deyf, Məhəmməd əs-Sinvar və digər yüksək vəzifəli komandirlərə yaxın olub, bir neçə il Qəzza briqadasının komandiri kimi fəaliyyət göstərib və briqadaların keçmiş komandanı Əhməd əl-Cəbəri ilə çox yaxın münasibətlərə malik olub.

    Onilliklərlə davam edən sui-qəsd cəhdləri

    Hazırkı müharibə dövründə Səəd ən azı 4 sui-qəsd cəhdindən sağ çıxıb. Onlardan biri Qəzza zolağının şimalında Cəbəliyə əl-Bələd bölgəsində baş verib. Digər bir cəhd isə onun doğulub böyüdüyü Qəzza şəhərinin qərbindəki Şati düşərgəsində qeydə alınıb: hərbi təyyarə onu öldürmək məqsədilə yaşayış məhəlləsində bütöv bir kvartalı ağır zərbə endirib, lakin sonradan məlum olub ki, Səəd hücumdan bir neçə dəqiqə əvvəl ərazini tərk edib.

    Səəd onilliklər ərzində dəfələrlə sui-qəsd cəhdlərinə məruz qalıb. Onlardan ən diqqətçəkənlərindən biri 2003-cü ildə Şeyx Rədvan məhəlləsində, Məhəmməd əd-Deyf və hərbi şura ilə birlikdə olduğu bir evin vurulmasıdır. Həmin hücumda Səəd yaralanıb, əd-Deyf də onunla birlikdə xəsarət alıb.

    Mənbələr qeyd edir ki, Səəd 2000-ci ilin sonunda başlayan İkinci İntifada zamanı, Fələstin Administrasiyasının həbsxanalarından qaçdıqdan, bir sıra əməliyyatlara nəzarət edib. Bu əməliyyatlar nəticəsində çoxlu israil əsgəri öldürülüb. Eyni zamanda, o, qeyri qanuni inşa edilən İsrail məskənlərinə yönəlmiş raket hücumlarının hazırlanması və “Qəssam”ın hərbi gücünün onilliklər boyu formalaşdırılması prosesində rol oynayıb.

    “2005 nəsli Qrupu”

    İsrail mediasına görə, Səəd İsrail kəşfiyyatının “2005 nəsli” adlandırdığı qrupun bir hissəsi olub. Bu, Birinci İntifada dövründə önə çıxmış, İsrail və Fələstin həbsxanalarında illərlə qalmış və İkinci İntifada zamanı sahə təcrübəsi qazanmış komandirlərdən ibarət qrupdur.

    “Yediot Ahronot” qəzetinin yazdığına görə, bu nəsil 2005-ci ildə İsrailin Qəzza zolağından çıxmağa məcbur edilməsini öz uğuru hesab edir və bunun “HƏMAS”ın sektora nəzarət etməsi, İsrailə hücum məqsədilə hərbi güc qurması üçün yol açdığını düşünür.

    “Qəssam” rəhbərləri və fəalları arasında Səəd “Şeyx” ləqəbi ilə tanınırdı. O, hərəkatın qurucusu Şeyx Əhməd Yasinə çox yaxın olub və illərlə onun ofisində çalışıb. Həmçinin “HƏMAS”ın önəmli liderlərindən İbrahim əl-Məqadimə ilə yaxın olub, onun qızı ilə evlənib. Ona “Əbu Muaz” da deyilir. Müxtəlif səviyyələrdə “HƏMAS” və “Qəssam” rəhbərləri ilə güclü əlaqələri var idi.

    İkinci İntifadanın əvvəlində Fələstin Administrasiyası Əbdüləziz ər-Rəntisinin evinə hücum etməyə cəhd göstərdikdən sonra, onun mühafizəsi üçün xüsusi hərbi qüvvə də hazırlayıb.

    Mənbələr əlavə edirlər ki, müharibədən sonra o, “istehsal bölməsini” yenidən qurmaq, inzibati və struktur baxımından səliqəyə salmaq üzərində çalışıb. Bununla yanaşı, bəzi növ partlayıcı qurğuların və “minaatan” mərmilərinin istehsalı da yenidən bərpa olunmağa başlayıb.

    İsrailin 7 oktyabr 2023 hücumu ilə bağlı “Erixo divarı” və ya “Qiyamət” kimi tanınan plan haqqında Səədin roluna dair versiyası barədə mənbələr bildiriblər ki, Səəd əməliyyatlar bölməsinə rəhbərlik etdiyi vaxtlarda hücumun illər öncədən planlaşdırılmasında iştirak edənlərdən biri olub və onu daha erkən həyata keçirmək üçün hazırlıq görüb, lakin həmin vaxt buna şərait yaranmayıb.

    İsrail mediasına görə, Səədin strateji çəkisi Təl-Əvivin onun tutulmasına aparan məlumat verən şəxsə 800 min dollar mükafat təyin etməsi ilə də görünür. Bu məbləğ bəzi digər böyük liderlər, o cümlədən İzzəddin əl-Həddad üçün ayrılan mükafatlardan daha yüksəkdir və Məhəmməd əs-Sinvar üçün müəyyən edilmiş mükafata bərabərdir.

    #Qəzza #Qəzza zolağı #HƏMAS #Qəzza hücumu #Qəzza münaqişəsi #Qəzza müharibəsi #İsrail cinayətləri #Qəzza blokadası #Ərəb dövlətləri və Qəzza #İsrail-HƏMAS atəşkəsi #Qəzzanın işğalı #Qəzza sakinlərinin köçü #Qəzza və Livanda AI texnologiyaları #AzerVoice Analitik Təhlil Mərkəzi #Beynəlxalq Cinayət Məhkəməsinin İsrail rəhbərliyinə qarşı qərarları
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    İsrail ordusu Qəzzada 70 min fələstinlinin öldüyünü ilk dəfə etiraf etdi

    29 Yanvar 2026 14:13

    Türkiyədə 2026-cı ilin ilk Milli Təhlükəsizlik Şurası iclası keçirilib

    28 Yanvar 2026 22:04

    Türkiyə və Səudiyyə Ərəbistanı XİN rəhbərləri Suriya və Qəzza məsələsini müzakirə edib

    28 Yanvar 2026 16:03

    ABŞ İtaliyadan Qəzza münaqişəsinin həllində kömək istəyib

    24 Yanvar 2026 15:52

    Bilal Ərdoğan da daxil olmaqla 29 Türkiyə vətəndaşının ölkəyə girişi qadağan edilib - İsrail mediası

    24 Yanvar 2026 09:18

    Si Cinpin Trampın “Sülh Şurası” təşəbbüsünə qarşı çıxaraq BMT-nin mərkəzi rolunu müdafiə edib

    23 Yanvar 2026 12:57

    İsrail ordusu atəşkəsə baxmayaraq Qəzza zolağına hücumlarını davam etdirir

    23 Yanvar 2026 11:37

    Davosda Prezident İlham Əliyevlə Prezident Donald Tramp arasında səmimi dialoq

    22 Yanvar 2026 15:50

    Qəzzanı yenidən inşa edəcəyik - Tramp

    22 Yanvar 2026 14:49

    Atəşkəsə baxmayaraq İsrail ordusu Qəzzanın müxtəlif bölgələrinə hava zərbələri endirib

    22 Yanvar 2026 12:31

    Netanyahu ABŞ-ın Sülh Şurasına qoşulmağa razılıq verdi

    21 Yanvar 2026 13:49

    Prezident İlham Əliyev: Azərbaycan Sülh Şurasına qoşularaq, onun nəcib missiyasını paylaşacaq

    21 Yanvar 2026 13:29
    Demo
    XƏBƏR LENTİ

    2026-cı ildə dünyanın ən güclü tank orduları açıqlanıb

    Bu gün Mahatma Qandi qətlə yetirildi

    Tarixdə bu gün - 30 yanvar

    Azərbaycanın hava məkanı İrana qarşı hərbi əməliyyatlar üçün istifadə edilməyəcək - Ceyhun Bayramov

    Türkiyənin İzmit neft emalı zavodunda partlayış baş verib

    İran SEPAH-ın terror siyahısına salmasını riyakarlıq adlandırıb

    ABŞ-ın Yaxın Şərqdəki döyüş gəmilərinin sayı ona çatıb - Tramp İrana qarşı təzyiqləri gücləndirir

    Tramp Putindən atəşkəs pauzası istəyib – Ukrayna şəhərlərinə zərbələr müvəqqəti dayandırıla bilər

    Rusiya İrandakı Atom Elektrik Stansiyasını təxliyə edə bilər

    Ərdoğan və Özbəkistan Prezidenti birgə mətbuat konfransında çıxış edib

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.