BAKI, AzerVoice, Nailə Babazadə
2025-ci ilin dekbar ayında Türkiyənin Adnan Menderes Hava Limanına gələn sərnişinlərin sayı 2024-cü ilin eyni dövrü ilə müqayisədə 10 faiz artaraq, 12 milyon 660 min 80 nəfər olub.
Bu barədə AzerVoice -ə Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib.
Nazirlikdən verilən məlumata görə, 2025-ci ilin dekabr ayında hava limanının daxili reyslər üzrə sərnişin daşıma 2024-cü ilin analoji dövrü ilə müqayisədə 13 faiz artaraq, 7 milyon 586 min 752 nəfər, beynəlxalq reyslər üzrə isə 5 faiz artaraq 5 milyon 73 min 328 nəfər təşkil edib.
2025-ci ilin dekabr ayında hava limanının yük daşınması 2024-cü ilin eyni dövrü ilə müqayisədə 1 faiz artaraq 163 min 96 ton təşkil edib. Bununla yanaşı, 2025-ci ilin dekabr ayında hava limanının daxili reyslər üzrə yük daşınması 2024-cü ilin eyni dövrü ilə müqayisədə 0,3 faiz artaraq, 84 min 790 ton, beynəlxalq reyslər üzrə yük daşınması isə eyni dövrlə müqayisədə 1 faiz artaraq, 78 min 306 ton təşkil edib.
Məlumata əsasən, hava limanından 2025-ci ilin dekabr ayında həyata keçirilən uçuşların sayı 2024-cü ilin dekabr ayı ilə müqayisədə 8 faiz artaraq, 84 min 826 olub. Bununla yanaşı, daxili reyslər üzrə yerinə yetirilən uçuşların sayı 11 faiz artaraq, 49 min 756, beynəlxalq reyslər üzrə isə 5 faiz artaraq 35 min 70 olub.
2025-ci ilin dekabr ayında Türkiyənin bütün hava limanlarında sərnişin daşınması 247 milyon 17 min 152 nəfər, yük daşınması isə 5 milyon 149 min 714 ton təşkil edib.
Xatırladaq ki, 2024-cü ildə Türkiyənin bütün hava limanlarında sərnişin daşınması 220 milyon 987 min 163 nəfər, yük daşınması isə 4 milyon 941 min 729 ton təşkil edib.