Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Cəmiyyət

    Hicab və təhsil

    25 Yanvar 2026 13:57
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email
    Bizi buradan izləyin və Bizə yazın

    BAKI, AzerVoice, Azər Hüseynov Tarixçi, İstanbul Zaim Universitetinin Tarix və Mədəniyyət Bölümü Doktorantı, Qafqaz Etno-Sosial Araşdırmalar Mərkəzinin eksperti, xüsusi olaraq AzerVoice üçün.

    Bu yaxınlarda mətbuatda bir yazıya rast gəldim. Yazının başlığı təqribən belə idi: “Hicabı buraxın, təhsilə yönəlin.”

    Bu cür ifadələr, ilk növbədə, vətəndaşların qanunvericiliklə təmin olunmuş hüquqlarına qarşı hörmətsiz yanaşmanı əks etdirir. Lakin məsələ təkcə hüquqi aspektlə məhdudlaşmır; burada daha dərin bir zehni problem mövcuddur.

    Hicab insanların etiqadından doğan dini bir tələbatdır. İstəyən bu tələbə əməl edər, istəməyən etməz. Bu seçim insanın vicdanı və inancı ilə bağlıdır. Qurani-Kərim bu prinsipial azadlığı açıq şəkildə ifadə edir: “De: Haqq Rəbbinizdəndir. Kim istəsə iman etsin, kim istəsə küfr etsin” (Kəhf, 18/29). Bu ayə göstərir ki, iman da, onun zahiri təzahürləri də məcburiyyətin deyil, iradənin nəticəsidir.

    Bu baxımdan hicabla təhsil arasında süni qarşıdurma yaratmaq nə məntiqə, nə də sağlam ictimai düşüncəyə uyğundur. İnsan inandığını seçir və bu inancın tələblərinə uyğun yaşayırsa, üstəlik bu yaşam tərzi ictimai asayişə, təhlükəsizliyə və başqalarının hüquqlarına zərər vermirsə, bu seçimlə təhsil arasında hansı ziddiyyətdən danışmaq olar? Quranda başqa bir yerdə açıq şəkildə bildirilir ki, “Dində məcburiyyət yoxdur” (Bəqərə, 2/256). Bu prinsip təkcə ibadət azadlığını deyil, dini kimliyin ifadə edilməsini də əhatə edir.

    Əksinə, hicab ictimai mühitdə ehtirası və şəhvani stimulları artırmır, insanların diqqətini intellektual və estetik dəyərlərdən yayındırmır. Belə olduğu halda onu təhsilin alternativi kimi təqdim etmək, əslində, dini dəyərlərlə elmi inkişafı qarşı-qarşıya qoyan səthi yanaşmanın məhsuludur. Halbuki İslam düşüncəsində elm və iman bir-birini inkar etmir, əksinə, tamamlayır.

    Əgər vətəndaşın dini vacibatları digər insanların təhlükəsizliyinə təhdid yaratmırsa və ictimai qaydanı pozmursa, dövlətin və cəmiyyətin vəzifəsi onun təhsil hüququnun qarşısında maneə yaratmamaqdır. Qurani-Kərimdə insanın seçimlərinə hörmət prinsipi bu cür ifadə olunur: “Sizin dininiz sizə, mənim dinim mənədir” (Kafirun, 109/6). Bu ayə fərqli seçimlərin zorla eyniləşdirilə bilməyəcəyini açıq şəkildə ortaya qoyur.

    Əgər cəmiyyətdə stereotiplərdən və şəxsi qənaətlərdən doğan qeyri-rəsmi qadağalar mövcuddursa və bu, hicablı şəxslərin təhsil və inkişaf imkanlarını məhdudlaşdırırsa, bu vəziyyət hicablı insanın deyil, həmin zehniyyətin problemidir. Çünki Qurani-Kərimdə insanın ləyaqəti onun zahiri görkəmi ilə deyil, seçimləri və məsuliyyəti ilə ölçülür.

    Şükürlər olsun ki, Azərbaycan Respublikasının qanunvericiliyi baxımından hicabla təhsil arasında heç bir hüquqi ziddiyyət yoxdur. Dövlətin hüquqi sistemi təhsil alma hüququ ilə dini mənsubiyyəti ifadə etmə azadlığı arasında məhdudiyyət qoymur. Belə bir reallıq fonunda insanların dini hisslərini hədəf alan çağırışlar nə hüquqi, nə də mənəvi baxımdan əsaslıdır.

    Biz fikir azadlığının tanındığı bir ölkədə yaşayırıq; qiyafət seçmək azadlığı da bu azadlıqların tərkib hissəsidir. Bu iki azadlıq arasında süni ziddiyyət yaratmaq cəhdləri isə hüquqi savadsızlıqla yanaşı, cəmiyyətdə lazımsız gərginlik yaratmaqdan başqa bir nəticə vermir.

    #Hicab və təhsil: süni qarşıdurmanın mahiyyəti #Hicabla təhsil arasında ziddiyyət varmı? #Dini seçim və təhsil hüququ: hüquqi baxış #Hicab məsələsinə hüquqi və ictimai yanaşma #Təhsil hüququ və dini kimliyin ifadəsi #Hicab çağırışları və hüquqi reallıq #Başörtüsü ve eğitim tartışması #Eğitim hakkı ve dini tercih #Başörtüsü üzerinden algı oluşturma #Din özgürlüğü ve eğitim hakkı #Başörtüsü karşıtlığının hukuki boyutu #Eğitimde dini kimlik meselesi
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Hicab və təhsil

    25 Yanvar 2026 13:57

    2025-ci ildə kəsilən qurbanlıq ətlər Qəzzada ehtiyac sahiblərinə çatdırılıb

    24 Yanvar 2026 21:21

    SPECA iqlim dəyişikliyi üzrə dayanıqlı şəhərlər forumu yaradacaq

    24 Yanvar 2026 14:43

    Ötən il KOB evlərində sahibkarlara 543 mindən çox xidmət göstərilib

    24 Yanvar 2026 12:24

    Ötən il DOST mərkəzlərində 887 min vətəndaşa xidmət göstərilib

    24 Yanvar 2026 11:48

    Nazirliyin süni intellekt layihələri beynəlxalq “GovMesh Horizons” hesabatına daxil edilib

    23 Yanvar 2026 22:21

    “Bakı Metropoliteni” və “Stadler Rail Group” arasında əməkdaşlıq perspektivləri müzakirə olunub

    23 Yanvar 2026 19:48

    Nazir Məcnun Məmmədov Oğuzda vətəndaşları qəbul edib

    23 Yanvar 2026 18:30

    Azərbaycanın nonkonformist təsviri sənətinin təbliğinə mühüm töhfə verilib

    23 Yanvar 2026 18:20

    Bakıda IV Vergi Mühasibatlıq Zirvəsi keçiriləcək

    23 Yanvar 2026 16:14

    Mədəniyyət naziri Ağsu rayonunda vətəndaşları qəbul edib

    23 Yanvar 2026 16:08

    Daxili İşlər Nazirliyində 2025-ci ilin yekunları müzakirə edilib

    23 Yanvar 2026 15:40
    Demo
    XƏBƏR LENTİ

    Özbəkistanın Ən Qədim Universiteti: Mirzə Uluqbəy adına Milli Universitet haqqında hər şey

    Keçən il Türkiyədən Özbəkistana sement ixracı 23 milyon dolları keçib (ÖZƏL)

    Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib

    Keçən il Türkiyədən Misirə dəri məhsulları ixracı artıb (ÖZƏL)

    Hicab və təhsil

    Osman Qazi nə zaman öldü? Tarixçilərin fərqli mövqeləri

    “Bornmut” braziliyalı hücumçu Rayanın transferini rəsmiləşdirib

    Keçən il Türkiyədən Səudiyyəyə xalça ixracı 299 milyon dolları keçib (ÖZƏL)

    Misli Premyer Liqasında XVII turun son oyunları bu gün keçiriləcək

    Keçən il Türkiyədən Rusiyaya polad ixracı 77 milyon dolları keçib (ÖZƏL)

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.