Əsas səhifə » Cin sözünün mənası nədir?

Cin sözünün mənası nədir?

Bakı,AzerPress


Ərəb sözü olan cin sözü “c-n-n” kökündən götürülüb və örtmək, üstünü bağlamaq, bağlı mənalarını verməkdədir.Eyni zamanda bu söz müxtəlifliyi də ifadə etməkdədir.

Digər bir tərəfdən qəlbə də bəzən “canan” deyilir.

Ərəb dilində qalxana “micennə”, ağlını itirənə “məcnun” ana bətnində olan dölə də “cənin” deyilməkdədir ki, bütün bunlar eyni  kökdən götürülüb. Ayrıca cənnətə nemətləri sirli olduğu üçün məhz bu ad verilib.

Cinlər isə duyqu orqanları ilə hiss edilmədiyi üçün onlara bu ad verilib. Onlar gizli, pərdələnmiş ruhani varlıqlardır.
Ayrı bir təsnifata görə, insan gözünə görünməyən varlıqlar iki sinifə bölünür: yaxşılar mələklərdir; pislər şeytandır, həm yaxşılar. Özündə həm yaxşılığı həm də pisliyi cəm edən varlıqlar isə üç yerə bölünür ki onlardan biri də cinlərdir.

Cin sözü Quranda 40 dəfə müxtəlif versiyalarda işlədilir.

Digər Kateqoriyalar

2025 © Azervoice