Əsas səhifə » Moskvanın irəli sürdüyü təkliflər Kiyev üçün gerçəkçi deyil - Zelenski

Moskvanın irəli sürdüyü təkliflər Kiyev üçün gerçəkçi deyil - Zelenski

BAKI, AzerVoice

İstanbulda keçirilən Rusiya-Ukrayna danışıqlarında Rusiya nümayəndə heyətinin irəli sürdüyü təkliflər Kiyev üçün gerçəkçi deyil.

AzerVoice xəbər verir ki, bu sözləri Ukryayna prezidenti Volodimir Zelenski Roma şəhərində ABŞ-ın vitse-prezidenti Cey Di Vens və dövlət katibi Marko Rubio ilə görüşündə deyib.

Zelenski, həmçinin, Rusiya ilə münaqişənin həlli üçün istənilən formatda dialoqa hazır olduğunu vurğulayıb.

Bununla yanaşı Zelenski, yeni Roma Papası XIV Lev ilə görüş zamanı ona təşəkkürlərini bildirib.

“Vatikanın Ukrayna ilə Rusiya arasında birbaşa danışıqlar üçün platforma olmağa hazır olmasına görə təşəkkür edirəm. Real nəticələr naminə istənilən formatda dialoqa hazırıq” - deyə, Zelenski Telegram kanalında yazıb.

Xatırladaq ki, mayın 16-da İstanbulda Rusiya və Ukrayna nümayəndə heyətləri arasında görüş keçirilib. Görüşün nəticəsi olaraq Moskva və Kiyev “1000-ə qarşı 1000” formulu ilə əsir mübadiləsi aparmaq, atəşkəs mübadiləsi aparmaq və danışıqlar prosesini davam etdirmək barədə razılığa gəliblər. Rusiya nümayəndə heyətinin rəhbəri, Prezidentin köməkçisi Vladimir Medinski görüşdən razı qaldıqlarını bildirib.

Digər Kateqoriyalar

2025 © Azervoice