Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Yaxın Şərq

    Qətər, İran və Oman XİN-ləri İran-ABŞ danışıqlarını müzakirə ediblər

    18 May 2025 20:53
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice

    Qətər hökumət başçısı və xarici işlər naziri şeyx Məhəmməd bin Əbdürrəhman Əl-Tani Tehranda İran və Oman xarici işlər nazirləri Abbas Əraqçi və Bədr əl-Busaidi ilə görüşüb.

    AzerVoice xəbər verir ki, bu barədə Qətər Xarici İşlər Nazirliyi bəyanat yayıb.

    Bəyanata görə, görüşdə Omanın vasitəçiliyi ilə ABŞ və İran arasında aparılan danışıqlardakı irəliləyişlər müzakirə olunub. Nazir Əl Tani, ABŞ və İranın region və dünya üçün təhlükəsizliyi gücləndirəcək ədalətli, dayanıqlı və məcburi xarakter daşıyan bir razılaşmaya nail olacağına ümid etdiyini bildirib.

    Qətər Baş naziri İranda səfəri çərçivəsində İran Prezidenti Məsud Pezeşkiyan tərəfindən də qəbul edilib.

    Xatırladaq ki, mayın 15-də ABŞ Prezidenti Donald Tramp, Fars körfəzi ölkələrinə etdiyi səfər çərçivəsində Dohada bəyan edib ki, İrana qarşı hərbi zərbə endirilməsinin qarşısını almaq üçün Qətər əmiri şeyx Təmim bin Həməd Əl-Taninin rolu önəmlidir.

    “İran bəxtəvərdir ki, onun tərəfində ABŞ-ın zərbə endirməsini istəməyən Qətər əmiri var” - deyə, Tramp bildirib.

    Qeyd edək ki, mayın 11-də İran və ABŞ, Omanın vasitəçiliyi ilə Tehranın nüvə proqramına dair danışıqların dördüncü raundunu keçiriblər. İran tərəfini xarici işlər naziri Seyid Abbas Araqçi, ABŞ tərəfini isə Donald Trampın xüsusi nümayəndəsi Stiven Uitkoff təmsil edib. Araqçi bu raundun əvvəlkilərdən daha ciddi keçdiyini, tərəflərin mövqelərinin yaxınlaşdığını bildirib. Mayın 16-da isə Tramp, Tehrana vəziyyətin nizamlanmasına dair yazılı təklif göndərildiyini bəyan edib.

    #İran #ABŞ #Qətər #Oman #nüvə proqramı #Seyid Abbas Araqçi #Bədr əl-Busaidi #İran–ABŞ danışıqları #Şeyx Məhəmməd bin Əbdürrəhman Əl-Tani
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Zelenski Trampın ultimatumuna cavab verib - Kifayət qədər kompromis edilib

    14 Fevral 2026 16:36

    ABŞ Yaxın Şərqdə hərbi mövcudluğunu artırır

    14 Fevral 2026 15:50

    ABŞ aralıq seçkilərə hazırlaşır

    14 Fevral 2026 09:14

    Tehran danışıqların davamı üçün balanslı mövqe istəyir

    13 Fevral 2026 14:42

    Doha Livan ordusuna dəstək üzrə beynəlxalq hazırlıq görüşünə ev sahibliyi edəcək

    13 Fevral 2026 13:31

    BMT maliyyə böhranı təhlükəsi ilə üz-üzə qalıb

    13 Fevral 2026 12:43

    Parlamentdə ABŞ-nin Vitse-prezidentinin Azərbaycana səfəri müzakirə olunub

    13 Fevral 2026 11:58

    ABŞ Yaxın Şərqdə hərbi mövqeyini gücləndirir, ikinci təyyarədaşıyan yoldadır

    13 Fevral 2026 09:16

    NATO Qrenlandiyada mövqeyini gücləndirir

    12 Fevral 2026 10:38

    Tramp və Netanyahu İran məsələsində yekun razılığa gələ bilmədi

    12 Fevral 2026 10:21

    ABŞ İranla bağlı ikinci aviadaşıyıcının Yaxın Şərqə göndərilməsini nəzərdən keçirir

    12 Fevral 2026 09:59

    İranın raketləri müzakirə mövzusu deyil - Əraqçi

    11 Fevral 2026 15:10
    XƏBƏR LENTİ

    Bu gün Kolin Pauellin İraq haqqında saxta iddialarına qarşı BMT binası qarşısındakı 200 minlik qəzəb aksiyası keçirildi

    15 Fevral: Əfqanıstan müharibəsinin sonu, İmralı prosesinin başlanğıcı və göydən yağan alov

    Azərbaycan və Almaniya xarici işlər nazirləri ikitərəfli münasibətləri müzakirə ediblər

    Prezident İlham Əliyev Münxendə “The Goldman Sachs Group Inc.” şirkətinin qlobal məsələlər üzrə prezidenti ilə görüşüb

    Vladimir Zelenski Ukraynada seçkilərin keçirilməsi şərtini açıqlayıb

    ABŞ ordusu Suriyada İŞİD-ə məxsus 30-dan çox hədəfi vurub

    Azərbaycan Hərbi Hava Qüvvələrinin yaranması günü qeyd olundu

    Biz həmişə Azərbaycanın “yumşaq gücü”nə heyran olmuşuq - Vanq Huiyao

    Prezident İlham Əliyev: TRIPP-in Prezident Trampın adını daşıması o deməkdir ki, həmin dəhliz bu administrasiya üçün vacib olacaq

    Ermənistanla Azərbaycan arasındakı sülh mümkün olmayan bir qapını açdı - Marta Kos

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.