Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    AzerVoice təhlil mərkəzi

    Qrenlandiya böhranı: Avropa Vaşinqtonun iddialarına qarşı mövqe sərgiləyir

    16 Yanvar 2026 15:00
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,AzerVoice Analitik Təhlil Mərkəzi

    Çərşənbə günü Ağ Evdə ABŞ, Danimarka və Qrenlandiya nümayəndələrinin iştirakı ilə keçirilən yüksək səviyyəli üçtərəfli görüşün nəticəsiz qalması Kopenhagenin, Qrenlandiyanın paytaxtı Nuuk şəhərinin və Avropa paytaxtlarının ABŞ Prezidenti Donald Trampı adanın ələ keçirilməsi ilə bağlı açıq niyyətindən geri çəkindirmək ümidlərini puça çıxardı.

    Amerika mətbuatının yazdığına görə, ABŞ-ın vitse-prezidenti Cey Di Vens, dövlət katibi və milli təhlükəsizlik üzrə müşaviri Marko Rubio Trampın adaya nəzarəti ələ keçirmək niyyətində tam qətiyyətli olduğunu açıq şəkildə ifadə ediblər. Bunun iki əsas səbəbi göstərilir: birincisi, Danimarkanın zəif müdafiə imkanları səbəbindən Qrenlandiyanın Rusiya və Çin təsiri altına düşməsinin qarşısını almaq; ikincisi isə ABŞ-ın milli təhlükəsizlik ehtiyacları. Tərəflər danışıqları davam etdirmək üçün “işçi qrupunun” yaradılması barədə razılığa gəliblər.

    Baş verənlər Danimarkanın baş naziri Mette Frederiksenin narazılığına səbəb olub. O, cümə axşamı yaydığı yazılı bəyanatda Vaşinqtonla “əsaslı fikir ayrılığı” olduğunu bildirib və qeyd edib ki, “ABŞ-ın Qrenlandiyanı ələ keçirmə niyyəti dəyişməz olaraq qalır”. Frederiksen bəyanatında bu ssenarinin son dərəcə təhlükəli olduğunu vurğulayaraq, onun reallaşmasının qarşısını almaq üçün səylərin davam etdiriləcəyini bildirib.

    Qrenlandiyanın baş naziri Yens Frederik Nielsen isə “Facebook” hesabında etdiyi paylaşımda adanın ABŞ tərəfindən idarə olunmaq və ya sahib olunmaq istəmədiyini, Danimarkanın və NATO-nun tərkibində qalacağını bəyan edib. O, daxili mübahisələrə yer olmadığını, hazırda birliyin və məsuliyyətin vacibliyini qeyd edərək, Vaşinqtonun Kopenhagenlə Nuuk arasında mövcud ziddiyyətlərdən istifadə etmək cəhdlərinin qarşısını almağa çalışıb.

    Məlumdur ki, Danimarka hökuməti aylardır Avropa İttifaqı və NATO-dakı tərəfdaşlarını səfərbər edərək Trampı planlarından daşındırmağa çalışırdı. Lakin ABŞ prezidentinin ardıcıl açıqlamaları və Venslə Rubionun mövqeyi Avropa–Atlantik arqumentlərinin təsirini sıfıra endirib.

    Avropalıların əsas arqumentlərindən biri Rusiya və Çin tərəfindən birbaşa təhlükənin mövcud olmaması idi. Son aylarda Moskva və Pekinin dəniz fəallığının artmadığı, Qrenlandiyaya nəzarət planlarının görünmədiyi vurğulanırdı. Digər arqument isə ABŞ-ın artıq Nuuk yaxınlığında hərbi-kosmik bazaya sahib olması və 1954-cü ildə Danimarka ilə imzalanmış, hələ də qüvvədə olan saziş əsasında adadakı hərbi mövcudluğunu gücləndirə bilməsi idi.

    Bununla yanaşı, Avropa və NATO ölkələri Qrenlandiyanın və Arktika regionunun təhlükəsizliyini təmin etmək üçün Danimarkaya hərbi dəstək verməyə hazır olduqlarını bildiriblər. Lakin Danimarkanın xarici işlər naziri Lars Lokke Rasmussen Ağ Evdə keçirilən görüşdən sonra Vaşinqtonda verdiyi mətbuat konfransında ABŞ mövqeyini dəyişdirə bilmədiyini etiraf edib və Trampın Qrenlandiyanı işğal etmək istədiyini açıq şəkildə bildirib.

    Mövcud vəziyyətdə Kopenhagen və Avropa paytaxtları alternativ axtarışına çıxıblar. Lakin Avropa ölkələri Trampı qıcıqlandırmamaq üçün ehtiyatlı davranmağa çalışırlar, çünki Ukrayna müharibəsi və İran ətrafında baş verən proseslərdə Vaşinqtona ehtiyac duyurlar.

    Danimarkanın baş naziri NATO çərçivəsində Arktika bölgəsində hərbi mövcudluğun gücləndirilməsinin Avropa və Şimali Amerikanın təhlükəsizliyi üçün zəruri olduğu barədə razılaşmanın mövcud olduğunu bildirib. Danimarka artıq dəniz və quru qüvvələrinin mövcudluğunu artırıb, müdafiə xərclərini yüksəldib.

    Eyni zamanda, Avropa ölkələri Danimarkanın çağırışına cavab olaraq ilkin mərhələdə “simvolik və azsaylı” hərbi birliklər göndəriblər. İsveç, Almaniya, Norveç, Fransa və Niderlandın göndərdiyi bölmələr Nuuk şəhərinə çatıb. Bu missiya gələcəkdə keçiriləcək “Arktikada dayanıqlıq” adlı genişmiqyaslı hərbi təlimlər üçün kəşfiyyat xarakteri daşıyır.

    Almaniyanın bu təşəbbüsdə iştirakı xüsusi əhəmiyyət kəsb edir. Çünki Berlin Vaşinqtonla dərin hərbi əlaqələrə malikdir və ölkə ərazisində ABŞ qüvvələri, o cümlədən nüvə başlıqları daşıyan sistemlər yerləşdirilib.

    Fransa Prezidenti Emmanuel Makron Avropanın “strateji muxtariyyət” ideyasının əsas tərəfdarlarından biri kimi ABŞ-ın Qrenlandiya ilə bağlı iddialarını ən sərt tənqid edən liderlərdəndir. O, Marsel yaxınlığındakı İster aviabazasında çıxışı zamanı Fransanın ilkin olaraq 15 nəfərlik hərbi kontingent göndərəcəyini, yaxın günlərdə isə hava, dəniz və quru vasitələrinin də əlavə olunacağını bildirib.

    Makron vurğulayıb ki, Fransa suveren dövlətin ərazi bütövlüyünü qorumaq üçün onun yanında olmalıdır. Onun sözlərinə görə, Avropa ölkələri maraqları təhlükə altına düşdüyü hər yerdə mövcudluqlarını qoruyacaq, lakin eskalasiyaya yol verməyəcəklər.

    Avropalılar bu məhdud hərbi mövcudluğun ABŞ-ın mövqeyinə ciddi təsir göstərəcəyinə inanmırlar. Məqsəd Vaşinqtonu hərbi qarşıdurmanın NATO daxilində yaradacağı siyasi və imic fəsadları ilə üz-üzə qoymaqdır. Eyni zamanda, bu addım Trampın Qrenlandiyanın müdafiəsi ilə bağlı tələblərinə “cavab” kimi təqdim olunur.

    Greenland military deployment Europe European troops in Arctic US Greenland ambitions Denmark Greenland security NATO Arctic strategy European symbolic military presence Greenland geopolitical tensions Arctic security confrontation why Europe deployed symbolic troops in Greenland European response to US Greenland plans Greenland dispute between Europe and Washington role of NATO in Arctic security Greenland how Denmark mobilized European allies over Greenland symbolic military deployment meaning in geopolitics Greenland strategic importance for US and Europe Гренландия военное присутствие Европы Grönland askeri kriz Avrupa ABD التواجد العسكري الأوروبي في غرينلاند Arctic military balance Europe US

    #Avropa Qrenlandiyada simvolik hərbi mövcudluqla ABŞ-a mesaj göndərir #Qrenlandiya böhranı: Avropa Vaşinqtonun iddialarına qarşı mövqe sərgiləyir #Trampın Qrenlandiya planı Avropanı hərbi addıma vadar etdi #Avropa ölkələri Qrenlandiyada hərbi mövcudluğunu artırır #Qrenlandiya uğrunda geosiyasi qarşıdurma dərinləşir
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Qrenlandiya böhranı: Avropa Vaşinqtonun iddialarına qarşı mövqe sərgiləyir

    16 Yanvar 2026 15:00

    İslam dünyasında təhlükəsizlik əməkdaşlığının yeni formatı: Ər-Riyad, Ankara və İslamabad daha da yaxınlaşır

    16 Yanvar 2026 12:06

    Pakistan ərəb dünyasında hərbi təsirini genişləndirir

    16 Yanvar 2026 11:20

    İranda ölüm statistikalarını təqdim edən ABŞ-əsaslı HRANA haqqında nə bilirik?

    15 Yanvar 2026 22:08

    İran: uzun sürən çürümə və bir günün içində çökmə

    14 Yanvar 2026 12:54

    Azərbaycan–Suriya Biznes Şurasının yaradılması regional iqtisadi inteqrasiya üçün qapı açır

    13 Yanvar 2026 12:00

    Netanyahu Qəzza öhdəliklərindən yayınmaq üçün Livanı mümkün müharibə meydanına çevirir

    12 Yanvar 2026 21:37

    Venesuela nefti ABŞ şist sənayesini niyə risk altına salır?

    12 Yanvar 2026 19:22

    İranda əsas müxalifət qrupları hansılardır?

    12 Yanvar 2026 18:45

    Şeyx Məhəmməd Mehdi Şəmsəddin: İran şiə dünyasının Vatikanı deyil - Şiələr İranın ardınca sürüklənməməlidir

    12 Yanvar 2026 15:00

    İranda nə baş verir?

    12 Yanvar 2026 09:00

    BƏƏ terrorla mübarizədə oyunun qaydalarını necə dəyişir?

    11 Yanvar 2026 09:00
    Demo
    XƏBƏR LENTİ

    Keçən il Türkiyədən Qazaxıstana polad ixracı 35 milyon dolları keçib (ÖZƏL)

    Baş prokuror Şirvan şəhərində regional vətəndaş qəbulunu keçirib

    Pakistan Baş naziri Şahbaz Şərif ASAN Xidmət nümayəndə heyətini qəbul edib

    Suriya Prezidenti Əhməd əş-Şara Almaniyaya səfər edəcək

    Ötən il Energetika Nazirliyi tərəfindən 157 icazə verilib

    Qrenlandiya böhranı: Avropa Vaşinqtonun iddialarına qarşı mövqe sərgiləyir

    Türkiyədə 4 bal gücündə zəlzələ baş verib

    Türkiyənin tam elektrikli zirehli daşıyıcısı E-ZPT sınaqlardan uğurla keçib

    Azərbaycana qarşı ikili standart tətbiq edənlər əvvəlcə öz ölkələrindəki ədalətsizliklərə baxmalıdır - Abbas Abbasov

    IPU vitse-prezidenti Sevil Mikayılova Dohada Qətər parlamentinin sədr müavini ilə görüşüb

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.