Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    AzerVoice təhlil mərkəzi

    İranda ölüm statistikalarını təqdim edən ABŞ-əsaslı HRANA haqqında nə bilirik?

    15 Yanvar 2026 22:08
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,AzerVoice Analitik Təhlil Mərkəzi, Orxan Qədirzadə

    İranda iqtisadi vəziyyətin pisləşməsi fonunda başlayan etirazlar ölkədə siyasi böhranı dərinləşdirib və beynəlxalq miqyasda ciddi mübahisələrə yol açıb.

    Etiraz aksiyaları 2025-ci ilin dekabr ayının sonlarında başlayaraq tədricən İranın 1979-cu il İslam İnqilabından bəri hakimiyyətdə olan dini rəhbərliyinə qarşı daha geniş çağırışlara çevrilib. ABŞ prezidenti Donald Trampın Vaşinqtonun İranda etirazçılara qarşı sərt tədbirlər görüləcəyi təqdirdə hərbi müdaxilə edə biləcəyi ilə bağlı açıqlamaları ABŞ-İran münasibətlərində gərginliyi daha da artırıb.

    Qərbdə fəaliyyət göstərən İran hökuməti tənqidçiləri etirazlar zamanı minlərlə insanın həlak olduğunu iddia edirlər. Xüsusilə ABŞ-da yerləşən İnsan Hüquqları Fəalları Xəbər Agentliyi (HRANA) çərşənbə günü ölənlərin sayını 2 615 nəfər kimi açıqlayıb. İran hökuməti isə bu rəqəmlərin şişirdildiyini bildirərək, dövlət televiziyasının məlumatına görə, ölənlərin sayının təxminən 300 nəfər olduğunu qeyd edib.

    Eyni gün Donald Trampın ritorikasında yumşalma müşahidə olunub. O, İran tərəfinin etirazçılara qarşı qətllərin dayandırıldığı və saxlanılan nümayişçilərin edam edilməyəcəyi barədə təminat verdiyini açıqlayıb. Bununla belə, Trampın əvvəlki hərbi təhdidləri Tehranın cavab reaksiyası ilə nəticələnib və Qətər bölgədəki gərginlik səbəbindən Əl-Udeyd aviabazasında yerləşən bəzi personalın çıxarıldığını təsdiqləyib.

    İranda etirazçılarla təhlükəsizlik qüvvələri arasında toqquşmaların olduğu bildirilir. NetBlocks təşkilatının məlumatına görə, səkkizinci gününə daxil olan internet blokadası faktiki itkilərin müəyyənləşdirilməsini xeyli çətinləşdirir.

    Ölüm statistikaları ətrafında ziddiyyətlər

    İran hakimiyyəti rəsmi ölüm sayını açıqlamayıb, lakin bu həftə təhlükəsizlik qüvvələrinin 100-dən çox üzvünün həlak olduğunu bildirib. Müxalif fəallar isə ölənlərin sayının minlərlə olduğunu iddia edir.

    HRANA çərşənbə günü etirazlar zamanı azı 2 615 nəfərin öldürüldüyünü bildirib. Norveçdə yerləşən İran İnsan Hüquqları təşkilatı isə ölənlərin sayını 3 428 nəfər olaraq açıqlayıb. İran dövlət televiziyası isə Tehranda keçirilən kütləvi dəfn mərasimlərində 300 cəsədin yer aldığını qeyd edib.

    İranın xarici işlər naziri Abbas Araqçi Fox News-a müsahibəsində etirazçıların edam olunması planlarının olmadığını deyib və açıqlanan rəqəmləri dezinformasiya kampaniyası adlandırıb. Al Jazeera isə təqdim edilən rəqəmlərin heç birini müstəqil şəkildə təsdiqləyə bilmədiyini bildirib.

    HRANA nədir?

    HRANA özünü ABŞ-da fəaliyyət göstərən və “İranda İnsan Hüquqları Fəalları” təşkilatına bağlı xəbər agentliyi kimi təqdim edir. Qurum qeyri-siyasi və qeyri-hökumət təşkilatı olduğunu bildirir. Saytında qeyd olunur ki, təşkilat 2005-ci ildə formalaşıb, lakin təsisçiləri barədə məlumat verilmir.

    2006-cı ildə bir qrup iranlı fəal insan hüquqları pozuntularına etiraz məqsədilə bir araya gəlib. İlkin mərhələdə fəaliyyət siyasi məhbusların müdafiəsinə, pozuntuların sənədləşdirilməsinə və maarifləndirməyə yönəlib.

    ABŞ-a köçürülməsinin səbəbləri

    2010-cu ildə təşkilat İranda rəsmi qeydiyyatdan keçsə də, həmin ilin martında təhlükəsizlik qüvvələrinin genişmiqyaslı əməliyyatı nəticəsində üzvləri saxlanılıb. Amnesty International-ın məlumatına görə, ən azı 29 üzvün evinə və iş yerinə basqın edilib, 15 nəfər həbs olunub.

    Bu hadisələrdən sonra təşkilat ABŞ-da qeyri-kommersiya qurumu kimi qeydiyyatdan keçərək fəaliyyətini oradan davam etdirib.

    HRANA-nın mövcud hesabatları

    HRANA-nın açıqlamasına görə, ölənlərin 2 435-i etirazçı, 153-ü hökumət və ya hərbi strukturlarla əlaqəli şəxslər, 14-ü isə etirazlarda iştirak etməyən mülki şəxslərdir. Təşkilat həmçinin 187 şəhərdə keçirilən 617 etiraz aksiyası zamanı 18 470 nəfərin saxlanıldığını iddia edir.

    Qurum bəzi hallarda saxlanılan və ya həlak olan şəxslərin adlarını, yaşlarını və fotolarını da dərc edir. Lakin HRANA üzvləri, maliyyə mənbələri və məlumatların toplanma metodologiyası barədə açıqlama vermir.

    2025-ci ilin iyununda İranla İsrail arasında baş vermiş 12 günlük müharibə zamanı HRANA 1 190 nəfərin öldüyünü bildirmişdi. İran Səhiyyə Nazirliyi isə həmin dövrdə 610 nəfərin həlak olduğunu açıqlamışdı.

    2022-ci ildə Məhsa Əmininin ölümü ilə bağlı etirazlar zamanı HRANA-nın açıqladığı ölüm sayı isə sonradan İran hökumətinin təqdim etdiyi rəsmi rəqəmlərlə üst-üstə düşmüşdü.

    #HRANA nədir və İranda ölüm statistikasını necə açıqlayır #ABŞ-əsaslı HRANA qurumu İranda etirazlarla bağlı rəqəmləri yayır #İranda etirazlar: HRANA və rəsmi rəqəmlər arasında fərq #HRANA-nın İrandakı böhranla bağlı hesabatları mübahisə doğurur #ABŞ-da yerləşən HRANA İranda minlərlə ölən olduğunu iddia edir #İranda etirazların qurbanları: HRANA məlumatları nə qədər etibarlıdır #HRANA nedir #İran’daki ölü sayıları nasıl açıklıyor #ABD merkezli HRANA İran protestolarını raporluyor #İran’daki kriz: HRANA ve resmi rakamlar #HRANA’nın İran verileri tartışma yaratıyor #İran protestolarında can kaybı iddiaları #HRANA İran’daki ölümleri dünyaya duyuruyor
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    İranda etirazlarda ölənlərin sayı 7 mini keçib

    12 Fevral 2026 10:42

    Tramp Netanyahunu əmin etdi ki, Tehranla danışıqlar davam edəcək

    12 Fevral 2026 07:56

    “Yolun düşsə bu dünyaya bir də gəl” və ya reinkarnasıya haqqında kiçik bir tarixi-dini dəyərləndirmə

    11 Fevral 2026 10:55

    Raket proqramı yoxdur, yalnız nüvə: Tehranın danışıqlardakı "qırmızı xətti"

    10 Fevral 2026 14:56

    İsraildə fələstinli məhbuslar üçün edam hazırlığı: Xüsusi kameralar tikilir

    9 Fevral 2026 15:55

    Türkiyənin İran qorxusu: Miqrasiya dalğası, enerji böhranı və yeni terror aktları

    9 Fevral 2026 10:00

    Qəzza üçün bərpa yoxsa yeni siyasi mərhələ?

    9 Fevral 2026 04:00

    Rusiya neftinə son, Venesuela və ABŞ-a "hə": Hindistanın yeni enerji strategiyası

    8 Fevral 2026 19:00

    Avropa zindanında yeni müttəfiqlər: İsrail niyə ifrat sağa sığınır?

    8 Fevral 2026 18:00

    İrandakı etirazlarda ölənlərin sayı 5 mini keçib

    24 Yanvar 2026 11:27

    İranda etirazlar zamanı həlak olanların sayı 4 mini keçib

    20 Yanvar 2026 09:15

    İranda iqtisadi etirazlar zamanı ölənlərin sayı 4 minə yaxınlaşır

    19 Yanvar 2026 10:05
    XƏBƏR LENTİ

    Türkiyənin D-8 idxalı azalır, ixrac isə yüksəlib (ÖZƏL)

    SOCAR-ın qaz hasilatı 1,4 faiz artıb

    Güclü külək Fransada 850 min evi işıqsız qoyub

    Dövlət Komitəsi Çağrı Mərkəzini istifadəyə verib

    Bu il 1336 nəfər Dövlət Məşğulluq Agentliyinin peşə kurslarına cəlb olunub

    Energetika naziri İranın ölkəmizdəki səfirini qəbul etdi

    Kəpəz BOKT 1 milyon manatlıq istiqraz yerləşdirib

    Finca Azerbaijan 1 milyon dollarlıq istiqraz yerləşdirib

    Vecon Consulting 300 illik tarixi olan nəhəng şirkətlə müqavilə imzalayıb

    Mərkəzi Bankın 10 milyonluq notları yerləşdirilib

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.