Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Digər Dövlətlər

    Britaniyada aclıq aksiyası keçirən “Palestine Action” təşkilatının üzvü olan məhbuslar kimlərdir?

    1 Yanvar 2026 20:36
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,AzerVocie, Orxan Qədirzadə

    Böyük Britaniyada terror təşkilatı kimi tanınan Palestine Action qrupunun dörd üzvü ölkənin müxtəlif həbsxanalarında aclıq aksiyasını davam etdirir. Daha dörd nəfər isə sağlamlıq vəziyyətlərinin ağırlaşması, o cümlədən xəstəxanaya yerləşdirilmələri səbəbindən aclıq aksiyasını dayandırıb.

    Hazırda aclıq edən dörd məhbus Böyük Britaniyada məhkəməyə qədər həbsdə saxlanılır və onlara qarşı müxtəlif cinayət ittihamları irəli sürülüb.

    Aclıq aksiyasının səbəbləri

    Məlumata görə, Palestine Action üzvləri Böyük Britaniyada 50 gündən artıqdır ki, həbsxanalarda aclıq aksiyası keçirirlər. Onlar İsrailin silah istehsalçısı Elbit Systems şirkətinin Bristol yaxınlığındakı Filton qəsəbəsində yerləşən Böyük Britaniya filialında baş vermiş basqınlarda, eləcə də Oksfordşirdə yerləşən Kral Hərbi Hava Qüvvələrinə (RAF) məxsus bazada hərbi təyyarələrin qırmızı boya ilə rənglənməsi hadisəsində iştirakda ittiham olunurlar.

    İttihamlara oğurluq və zorakı iğtişaşların təşkili daxildir. Məhbuslar isə bütün ittihamları rədd edir.

    Aclıq aksiyasını davam etdirən dörd nəfərdən üçü 2024-cü ilin noyabrında Filtondakı Elbit Systems obyektində avadanlıqlara ziyan vurulması ilə əlaqədar saxlanılıb. Digər şəxs isə 2025-ci ilin iyulundan RAF bazasında baş vermiş hadisə ilə bağlı həbsdədir.

    “Palestine Action” və qadağa qərarı

    2020-ci ilin iyulunda yaradılan Palestine Action özünü “İsrailin soyqırım və aparteid rejimində qlobal iştirakın dayandırılmasına sadiq hərəkat” kimi təqdim edir.

    Böyük Britaniya parlamenti 2025-ci il iyulun 2-də qrupun terror təşkilatı kimi tanınmasına səs verib. Qərarla təşkilat “əl-Qaidə” və İŞİD kimi silahlı qruplarla eyni kateqoriyaya daxil edilib. Tənqidçilər isə bildiriblər ki, qrup üzvləri mülkiyyətə ziyan vursalar da, terror aktı səviyyəsində zorakılıq törətməyiblər.

    Qadağadan sonrakı üç ay ərzində Palestine Action-a dəstək ittihamı ilə 1 600-dən çox şəxs saxlanılıb. Qərar hazırda məhkəmədə mübahisələndirilir.

    Aclıq edən məhbuslar beş əsas tələb irəli sürür:

    dərhal girov qarşılığında azadlıq,

    ədalətli məhkəmə hüququ və sənədlərin açıqlanması,

    yazışmalarına qoyulan senzuranın ləğvi,

    təşkilatın terror siyahısından çıxarılması,

    Böyük Britaniyada Elbit Systems obyektlərinin bağlanması.

    Aclıq aksiyasını davam etdirən şəxslər

    Hazırda aclıq aksiyasını davam etdirən dörd nəfərin yaşı 20 ilə 31 arasında dəyişir.

    Heba Muraisi (31)

    Muraisi Qərbi Yorkşirdə yerləşən HMP New Hall həbsxanasında saxlanılır və aclıq aksiyasının 60-cı gününü geridə qoyub. O, 2024-cü ilin noyabrında Bristol şəhərində Elbit Systems obyektinə basqında iştirakda ittiham olunub. Hadisə nəticəsində şirkətə təxminən 1,34 milyon dollar dəyərində ziyan dəydiyi bildirilir. Muraisi 2025-ci ilin oktyabrında HMP Bronzefield həbsxanasından New Hall-a köçürülüb. Onun tibbi baxımdan laqeydliklə üzləşdiyi iddia olunur. Məhkəməsi 2026-cı ilin iyun ayına təyin edilib.

    Kamran Ahmed (28)

    Ahmed 2024-cü ilin noyabrında saxlanılıb və Londonun şimalındakı HMP Pentonville həbsxanasında yerləşdirilib. O da Elbit Systems basqını ilə bağlı ittiham olunur. 50 gündən artıqdır aclıq aksiyası keçirən Ahmed son aylarda dəfələrlə xəstəxanaya yerləşdirilib. Onun çəkisinin 74 kiloqramdan 60 kiloqrama düşdüyü bildirilir.

    Teuta Hoxha (29)

    Hoxha HMP Peterborough həbsxanasında saxlanılır və aclıq aksiyasının 54-cü gününü keçirib. O da Filtondakı basqında iştirakda ittiham olunur. Bildirilir ki, o, aclıq aksiyası zamanı ürək döyüntülərinin pozulması və yuxusuzluqdan əziyyət çəkir.

    Lewie Chiaramello (22)

    I tip diabet xəstəsi olan Chiaramello hər gün deyil, gün aşırı aclıq edir və aksiyanın 28-ci günündədir. O, 2025-ci ilin iyulundan HMP Bristol həbsxanasında saxlanılır və RAF Brize Norton bazasında baş verən hadisə ilə əlaqədar dövlət təhlükəsizliyinə zərər vurmaq məqsədilə qadağan olunmuş əraziyə daxil olmaqda ittiham olunur. Məhkəməsi 2027-ci ilin yanvarına təyin edilib.

    Aclıq aksiyasını dayandıranlar

    Daha dörd Palestine Action üzvü aclıq aksiyasını sağlamlıq vəziyyətlərinin pisləşməsi səbəbindən dayandırıb. Onların arasında Qesser Zuhrah (20), Amy Gib (30), əzələ distrofiyasından əziyyət çəkən Umar Khalid (22) və Jon Cink yer alır. Bəziləri xəstəxanaya yerləşdirildikdən sonra aksiyanı sonlandırıb.

    Qeyd olunur ki, bəzi aclıq aksiyaları 1917-ci il Balfur Bəyannaməsinin ildönümünə təsadüf edəcək şəkildə başlanıb

    #Böyük Britaniyada Palestine Action üzvlərinin aclıq aksiyası 50 günü keçib #Palestine Action fəalları Böyük Britaniya həbsxanalarında aclıq edir #Böyük Britaniyada terror siyahısına salınan qrupun üzvləri aclıq aksiyasını davam etdirir #Dörd Palestine Action üzvü aclıq aksiyası ilə etirazını davam etdirir #İngiltere’de Palestine Action üyelerinin açlık grevi sürüyor #Palestine Action mensupları İngiltere hapishanelerinde açlık grevinde #İngiltere’de tutuklu Palestine Action aktivistlerinin açlık grevi devam ediyor #İngiltere’de dört Palestine Action üyesi açlık grevini sürdürüyor #Palestine Action üyelerinin açlık grevi kritik aşamaya girdi #Palestine Action aclıq aksiyası #Böyük Britaniya həbsxanaları etiraz aksiyası #Elbit Systems Böyük Britaniya hadisəsi
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Afrika ölkələri ABŞ vətəndaşlarının girişinə qadağa tətbiq edəcək

    1 Yanvar 2026 20:58

    Britaniyada aclıq aksiyası keçirən “Palestine Action” təşkilatının üzvü olan məhbuslar kimlərdir?

    1 Yanvar 2026 20:36

    Somaliland İsrail bazalarının yerləşdirilməsi və fələstinlilərin köçürülməsi ilə bağlı iddiaları təkzib edib

    1 Yanvar 2026 20:07

    Haredi əsgərlərdən ibarət briqada Suriyanın cənubunda yerləşdirilib - İsrail ordusu

    1 Yanvar 2026 19:34

    Əş-Şaraa suriyalıları Yeni il münasibətilə təbrik etdi: “Suriya vahid, güclü və sabit olacaq”

    1 Yanvar 2026 19:22

    Yaxın Şərq yeni regional böhran ərəfəsində: Gərginlik haradan alovlana bilər?

    1 Yanvar 2026 19:06

    İsrail Baş Qərargah rəisi: 2026-cı il İsrailin təhlükəsizliyi üçün “həlledici il” olacaq

    1 Yanvar 2026 16:44

    Suriya Hələb şəhərində İŞİD-in Yeni il bayramı ilə bağlı terror planının qarşısının alındığını açıqlayıb

    1 Yanvar 2026 16:31

    İran etirazlar zamanı “Bəsic” üzvünün öldüyünü açıqlayıb

    1 Yanvar 2026 16:22

    İran ABŞ təhdidlərinə görə MAQATE-yə məktub göndərdi

    1 Yanvar 2026 13:34

    Dəməşq SDQ - yə dörd maddəlik ultimatum verdi

    30 Dekabr 2025 23:34

    ABŞ İran–Venesuela pilotsuz uçuş aparatları əməkdaşlığına görə yeni sanksiyalar tətbiq edib

    30 Dekabr 2025 21:58
    Demo
    XƏBƏR LENTİ

    Hakan Fidan Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi ilə görüşüb

    Afrika ölkələri ABŞ vətəndaşlarının girişinə qadağa tətbiq edəcək

    Britaniyada aclıq aksiyası keçirən “Palestine Action” təşkilatının üzvü olan məhbuslar kimlərdir?

    Somaliland İsrail bazalarının yerləşdirilməsi və fələstinlilərin köçürülməsi ilə bağlı iddiaları təkzib edib

    Haredi əsgərlərdən ibarət briqada Suriyanın cənubunda yerləşdirilib - İsrail ordusu

    Əş-Şaraa suriyalıları Yeni il münasibətilə təbrik etdi: “Suriya vahid, güclü və sabit olacaq”

    Yaxın Şərq yeni regional böhran ərəfəsində: Gərginlik haradan alovlana bilər?

    Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə uşaq sığınacaqlarında Yeni il şənliyi təşkil olunub

    Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva Ahıl şəxslər üçün sosial xidmət müəssisəsində bayram tədbirində iştirak ediblər

    Qlobal nizamın sarsılması və Fələstinin yenidən mərkəzə qayıdışı

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.