Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    AzerVoice təhlil mərkəzi

    Əsəd hökuməti kütləvi qətliamların izlərini gizlətmək üçün gizli məzarlığı köçürüb

    15 Oktyabr 2025 10:18
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,AzerVoice Analitik Təhlil Mərkəzi

    Sabiq Suriya prezidenti Bəşşar Əsədin hökuməti iki il ərzində minlərlə cəsədi gizli şəkildə bir kütləvi məzarlıqdən başqa bir uzaq səhralıq əraziyə köçürüb. Məqsəd - illərlə davam edən qətliamların izlərini ört-basdır etmək olub.2019–2021-ci illər arasında “Torpağın daşınması əməliyyatı” adlandırılan bu proses zamanı Dəməşq yaxınlığındakı Qətifə bölgəsində yerləşən kütləvi məzarlıqdan cəsədlər Zəmir səhrasında yaradılmış yeni gizli məzarlığa daşınıb. Bu barədə “Reuters” 13 nəfərlə - əməliyyatda birbaşa iştirak etmiş hərbçilər, sürücülər və texniki işçilərlə - müsahibə aparıb, dövlət sənədlərini araşdırıb və peyk şəkillərini təhlil edib.

    Şahidlərin dediyinə görə, Əsəd rejimi bu addımı beynəlxalq aləmdə imicini yaxşılaşdırmaq və hərbi cinayətlərin dəlillərini məhv etmək üçün atıb.

    Əməliyyat zamanı hər həftə 6–8 yük maşını cəsədlərlə dolu torpaq daşıyıb. Bütün proses ciddi gizlilik şəraitində aparılıb.

    Əldə olunan peyk təsvirləri göstərir ki, Zəmir səhrasında 2 kilometr uzunluğunda, 34 xəndəkdən ibarət nəhəng məzarlıq yaradılıb - bu da Suriya vətəndaş müharibəsi dövründəki ən böyük kütləvi dəfn yerlərindən biridir.Mənbələr bildirir ki, orada on minlərlə insanın qalıqları ola bilər.

    Suriya hüquq-müdafiə təşkilatlarının məlumatına görə, 160 mindən çox insan Əsədin təhlükəsizlik aparatının nəzarəti altında itkin düşüb. Onların çoxunun belə məzarlıqlarda dəfn edildiyi ehtimal olunur.

    Yeni hakimiyyətin nümayəndələri isə hələlik bu məzarlıqlarda kimlərin dəfn olunduğuna dair heç bir rəsmi sənəd təqdim etməyib.

    Milli İtkinlər Komissiyasının rəhbəri Məhəmməd Rıza Cəlxi bildirib ki, ölkədə itkin düşənlərin sayı on minlərlə ola bilər və bu məsələ elmi, tibbi və genetik ekspertiza tələb edir.
    Fövqəladə Hallar və Fəlakətlərin İdarə Olunması naziri Raid Saleh isə avqust ayında bəyan edib ki, “Bu yara hələ sağalmayıb - analar övladlarının, qadınlar ərələrinin, uşaqlar isə atalarının məzarlarını gözləyirlər.”
    “Reuters” araşdırmanın nəticələrini hazırkı Suriya hökumətinə təqdim edib, lakin hələlik rəsmi cavab verilməyib.

    Agentlik, həmçinin, yaxın günlərdə Əsəd hökumətinin bu gizli əməliyyatı necə həyata keçirdiyini və jurnalistlərin onu necə ifşa etdiyini ətraflı izah edən ayrıca hesabat dərc edəcəyini bildirib.
    “Mərkəzi Ədalət və Hesabatlılıq” təşkilatının direktoru Məhəmməd əl-Abdullah bildirib ki, Qətifədən Zəmiyrə cəsədlərin nizamsız köçürülməsi “qurban ailələri üçün faciəvi nəticələrə” səbəb olub.

    “Bu qalıqları ailələrə tam şəkildə qaytarmaq artıq çox mürəkkəb proses olacaq.”-deyə o bildirib.

    #Suriya #Bəşşar Əsəd #Mahir Əsəd #Əsəd Həsən Şeybani #Əsəd rejimi #Əsəd ailəsi #Bəşşar Əsəd və Dürzilər #Bəşşar Əsəd rejimi #Bəşşar Əsədin keçmiş nazirləri yeni hökumətə daxil olubmu? #Əhməd əl-Əsədi siyasi mövqeyi #Bəşər Əsəd və yəhudilər #Bəşşar Əsəd rejiminin sonu #Bəşşar Əsəd rejiminin devrilməsi #Suriyada kütləvi məzarlıqlar
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Kanada Suriyanı “terrorizmi dəstəkləyən dövlətlər” siyahısından çıxardı

    6 Dekabr 2025 11:57

    BMT Təhlükəsizlik Şurası 14 İldən Sonra İlk Dəfə Suriyaya Səfər Edib

    4 Dekabr 2025 14:40

    Suriya Colanın tamamını geri almaq haqqını təsdiqlədi

    3 Dekabr 2025 10:35

    Suriya Prezidenti ABŞ-ın xüsusi təmsilçisi ilə görüşüb

    2 Dekabr 2025 12:31

    Dirçəliş Hələbdən başladı – Prezident Əhməd əş-Şəraa

    1 Dekabr 2025 15:32

    Suriya Aralıq dənizi əməkdaşlıq forumunda iştirakını bərpa edib

    1 Dekabr 2025 14:47

    Suriya ərazisində İsrail qüvvələrinin hərbi fəaliyyəti artıb

    1 Dekabr 2025 14:05

    İran İsrailin Suriyaya hücumlarını pisləyib

    29 Noyabr 2025 13:45

    İsrail ordusu helikopter və top atəşi ilə Suriyaya hücum edib

    28 Noyabr 2025 10:55

    Çin Dəməşqdəki səfirliyini 2026-cı ilin əvvəlində yenidən açacaq

    24 Noyabr 2025 13:21

    İsrail son bir ildə Suriyanın əlavə 800 kvadrat kilometr ərazisini işğal edib

    22 Noyabr 2025 13:50

    Suriya ordusu ilə PKK arasında Rakka vilayətində toqquşmalar baş verib

    21 Noyabr 2025 12:35
    Demo
    XƏBƏR LENTİ

    Hikmət Hacıyev Körfəz Əməkdaşlıq Şurasının rəhbəri ilə görüşüb

    Makron Zelenski ilə telefon danışığı aparıb

    Türkiyədən Özbəkistana hazır geyim ixracı 28 milyon dolları keçib (ÖZƏL)

    Noyabr ayında Türkiyədə 55 mindən çox qəza baş verib (ÖZƏL)

    Türkiyədən Azərbaycana avtomobil ixracı 82 milyon dolları keçib (ÖZƏL)

    HƏMAS silahlarını təhvil verməyə hazır olduğunu bəyan edir

    Əbu Şəbabın varisi HƏMAS-a qarşı mübarizə aparacağını deyib

    Çin Qəzza üçün 100 milyon dollarlıq yardım ayıracaq

    Birtərəfli addımlar dövlət suverenliyini zəiflədir, Husiləri gücləndirir - Alimi

    Tarixdə bu gün – 7 Dekabr

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2025 Azervoice.
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.