Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    AzerVoice təhlil mərkəzi

    Peresdən Netanyahuya – İsrail “yumuşaq” və “sərt” güc arasında

    5 Oktyabr 2025 20:00
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,AzerVoice Analitik Təhlil Mərkəzi

    İsrail hərbi təyyarələri bölgənin səmalarında dolaşır. Raketlər və bombalar ataraq dağıdır, öldürür, sui-qəsdlər törədir və beynəlxalq hüquq normalarını yaranından bəri görünməmiş şəkildə param-parça edir. İsrail qüvvələri son dövrdə müxtəlif formalarda və dərəcələrdə beş ərəb ölkəsini bombaladı. Əvvəlcə, təbii ki, Fələstin, sonra isə Livan, Suriya, Yəmən və Qətər. Əgər buna İranı da əlavə etsək, say Yaxın Şərqdə altıya çatır. Eyni zamanda “Böyük İsrail” haqqında söhbətlər İsrail hökuməti dairələrinin və başqalarının dilində dolaşır.

    Bəziləri düşünür ki, bu, artıq İsrailin bölgəyə hökm etməsinin sübutudur. Onlardan bəziləri daha da irəli gedərək bunun İsrail hegemoniyası dövrü olduğunu danışır və ya yazırlar. Bu isə əsassız bir qənaətdir. Çünki həqiqətən hökm edən tərəf bütün bunları etməyə, özünü beynəlxalq təcridə sürükləməyə və illərlə formalaşdırmağa çalışdığı imici ordusu və silahları ilə dağıtmağa ehtiyac duymur. Hegemon güc istədiyini bu qədər hücuma əl atmadan əldə edə bilir. Məhz bu, hegemonluq anlayışının mahiyyətidir: liderlik, nüfuz və hökmranlığın qarışığı ki, digərlərini məhz hökm edən tərəfə görə addımlarını ölçüb-biçməyə məcbur edir.

    Hegemonluq anlayışı həm də hökm olunanların yeni reallıqlar yaranana qədər bu vəziyyəti qəbul etməsini və ya boyun əyməsini ehtiva edir. Hegemonluq tərəflərin imzaladığı əməkdaşlıq sazişlərində də təzahür edir: burada hökm edən tərəf böyük şərik olur, hökm olunanlar isə kiçik tərəfdaş rolunu oynayır.

    Hakim (üstün) güc öz maraqlarını həyata keçirmək üçün hər zaman zor tətbiq etməyə məcbur deyil. Çünki ona tabe olanlar, onun maraqlarını ya nəzərə alırlar, ya da öz təşəbbüsləri ilə buna uyğun davranırlar. Lakin Yaxın Şərqdə indi belə bir vəziyyət mövcud deyil və bunun baş verəcəyinə dair heç bir əlamət də yoxdur. İsrailin hegemonluğu ərəb dövlətləri tərəfindən qəbul edilmir. Bu, xüsusilə Dohada keçirilmiş son Ərəb-İslam sammitində qəbul edilən mövqelərdə açıq şəkildə öz əksini tapıb.

    Məsələnin mahiyyəti ondan ibarətdir ki, İsrail bu hegemonluğu qanuni və ya əxlaqi əsaslardan məhrum açıq zor tətbiqi ilə -“sərt güc” vasitəsilə - reallaşdırmağa çalışır. Halbuki o, əvvəllər bu məqsədə “yumşaq güc” və regional əməkdaşlıq layihələri ilə çatmağa cəhd göstərmiş, lakin uğursuz olmuşdu. Bu cəhdlər 1993-cü ildə imzalanmış “Oslo sazişindən” sonra həyata keçirilmişdi.

    Həmin dövrdə İsrailin xarici işlər naziri Şimon Peres bu hegemonluğu sülh və əməkdaşlıq yanaşmaları ilə qurmaq üçün böyük səylər göstərdi. O, 1994-cü ildə nəşr etdirdiyi “Yeni Yaxın Şərq” adlı kitabında İsrailin bölgəyə sülh yolu ilə inteqrasiyasını nəzərdə tutan, onu regional lider kimi yerləşdirən geniş bir konsepsiya təqdim etmişdi.

    Bu kitabda Peres İsrailin Yaxın Şərqin mərkəzinə çevriləcəyi, təhlükəsizlik və sabitliyin təminatçısı, iqtisadi və sosial inkişafın lokomotivi olacağı bir model təsvir edirdi. O, xüsusilə 8-ci ilə 11-ci fəsillər arasında su ehtiyatları, turizm, sənaye, kənd təsərrüfatı və limanlar kimi əməkdaşlıq sahələrini müəyyənləşdirmişdi. Məqsəd İsrailin bütün bu sahələrdə istiqamətverici və idarəedici rola sahib olması idi.

    Peres və onunla həmfikir bir çox israillilər hesab edirdilər ki, iki sülh müqaviləsinin imzalanmasından sonra bu “sülh yolu ilə hegemonluq” layihəsi üçün əlverişli şərait yaranıb. 1993-cü ilin sentyabrında imzalanmış “Oslo sazişi”nin mürəkkəbi qurumamış, 1994-cü ilin oktyabrında İsraillə İordaniya arasında “Vadi Araba” sülh müqaviləsi imzalandı.

    Bu sazişlərdən sonra İsrailin bölgə ölkələri ilə rəsmi təmasları genişləndi. Bəzi azsaylı ərəb ziyalıları ilə israilli həmkarları arasında rəsmi olmayan görüşlər keçirildi. Məqsəd xalqlar səviyyəsində münasibətləri normallaşdırmaq idi.

    Lakin bu cəhdlər nəticə vermədi - heç başlanğıc nöqtəsindən irəli gedə bilmədi. Ərəb dövlətləri İsrailin “yumşaq hegemonluğunu” qəbul etmədi, ictimaiyyətin geniş təbəqələrindəki antipatiya isə normallaşma cəhdlərini iflasa uğratdı. Bu təşəbbüslərə qoşulan ərəb ziyalıları isə cəmiyyət tərəfindən sərt tənqid olundu və davranışları qınandı.

    O dövrdə Misirin xarici işlər naziri olan Amr Musa özünün “Kitabiyə” adlı xatirələrinin birinci cildində Qahirənin İsrailin regional təşəbbüslərinə necə müqavimət göstərdiyini ətraflı izah edir.

    O, belə bir hadisəni nəql edir:

    “1994-cü il oktyabrın 30-da, Vadi Araba sazişi imzalandıqdan bir neçə gün sonra Şimon Peres mənə zəng vurdu. O bildirdi ki, bölgə ölkələri və ABŞ-ın iştirakı ilə toplantı keçirmək barədə razılıq əldə olunub. Mən soruşdum: Kim kimlə razılaşıb və bu toplantının mövzusu nədir? Peres cavab verdi: İsrail, Misir, İordaniya, Türkiyə, Tunis, Mərakeş və bəlkə də başqa ərəb ölkələri, həmçinin ABŞ iştirak edəcək. Mən dedim: Misir bu görüşə razılıq veribmi? O cavab verdi: Elə buna görə indi sizinlə əlaqə saxlayıram. Mən məqsədi soruşanda, o dedi: Mövzu bölgədə təhlükəsizlikdir. Mən cavab verdim: Belə mühüm bir məsələ üzrə sabah görüş keçiriləcəyini indi öyrənməyim çox təhlükəlidir. Belə bir toplantıya məsləhətləşmələr olmadan razılıq verə bilmərəm. Ancaq məsələnin əhəmiyyətinə görə məsələni prezident Hüsnü Mübarəklə müzakirə edəcəyəm. Mən dərhal prezidentlə əlaqə saxladım və ona söhbətimizin məzmununu danışdım. Mübarək bir dəqiqədən də az düşündü və dedi: Sən haqlısan. Mən də sənin mövqeyini dəstəkləyirəm. Söhbətin sonunda isə o, bu cümləni dedi – hələ də səsini xatırlayıram: Poz o toplantını!”

    Bu hadisə ərəb ölkələrinin İsrailin “yumşaq hegemonluq” layihəsinə qarşı necə ciddi müqavimət göstərdiyinin aydın nümunəsidir.

    O dövrdə “yumşaq hegemonluq” təşəbbüsü uğursuzluğa düçar olmuşdu. İndi vəziyyət fərqli olsa da, nəticə oxşardır: ərəb dövlətləri İsrailin “sərt güc”lə qurmaq istədiyi yeni hegemonluq planına da eyni şəkildə qarşı çıxırlar.

    Beləliklə, Netanyahunun regional hegemonluq planı da, Peresin ondan otuz il əvvəlki “Yeni Yaxın Şərq” layihəsi kimi, uğursuzluğa məhkum görünür - halbuki Peresin şansı bəlkə də qat-qat çox idi.

    #Fələstin #Livan #Qətər #Doha #Yəmən #Suriya #Yumşaq güc #Oslo #Doha partlayış #Qətər Doha finalı #Hüsni Mübarək #Böyük İsrail #Hegemon #Ərəb-İslam sammiti #sərt güc #Oslo sazişi #Şimon Peres #Yeni Yaxın Şərq #sülh yolu ilə hegemonluq #Vadi Araba sülh müqaviləsi #Kitabiyə
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Typhoon qırıcılarının tədarükü üçün Qətərdə üçtərəfli kritik görüş keçirilib

    22 Yanvar 2026 13:34

    Alət təhlükəyə çevriləndə: ABŞ niyə kürd amilini kənara çəkdi?

    22 Yanvar 2026 12:24

    PKK-nın Suriya qolu SDQ hərbi və diplomatik olaraq çökmə mərhələsindədir - Ankara

    22 Yanvar 2026 12:17

    Şəraa, Sudani və Bərzani ilə görüşdü

    21 Yanvar 2026 16:33

    Suriya Prezidenti Əhməd Əş-Şəraa Davos səfərini ləğv edib

    21 Yanvar 2026 15:42

    İsrail Livanın cənubuna hava zərbələri endirib

    21 Yanvar 2026 14:30

    Netanyahu ABŞ-ın Sülh Şurasına qoşulmağa razılıq verdi

    21 Yanvar 2026 13:49

    Fələstin məsələsi Yaxın Şərq üçün əsas prioritet olaraq qalır - Sisi

    21 Yanvar 2026 13:33

    ​Suriya erməniləri YPG terror təşkilatına açıq şəkildə dəstək verdilər

    21 Yanvar 2026 10:55

    Səudiyyə Ərəbistanı və Fələstin xarici işlər nazirləri Davosda Qəzza böhranını müzakirə ediblər

    21 Yanvar 2026 10:04

    Ərdoğan Trampla Suriyanın gələcəyini və Qəzza sülhünü müzakirə edib

    21 Yanvar 2026 09:18

    Süni böhran: Suriyada kürd separatizminin xarici faktorları və tarixi reallıq

    21 Yanvar 2026 09:00
    Demo
    XƏBƏR LENTİ

    Vaşinqton Livanda üçtərəfli komitə modelinin yaradılması üçün israr edir

    Karninin ABŞ-ı tənqidindən sonra Tramp Kanadanı “Sülh Şurası”ndan kənarlaşdırıb

    Bu gün Uinston Çörçill vəfat etdi

    Tarixdə bu gün - 24 yanvar

    Nazirliyin süni intellekt layihələri beynəlxalq “GovMesh Horizons” hesabatına daxil edilib

    Türkiyənin Baş Qərargah rəisi ABŞ və bir sıra ölkələrin baş qərargah rəisləri ilə görüşüb

    Xameneinin gizli qalxanı: Beyt-i Rəhbəri və SEPAH-ın əvəzolunmaz rolu nədən ibarətdir

    ABŞ İran neftini daşıyan gəmilərə və şirkətlərə sanksiyalar tətbiq edib

    İspaniya Trampın “Sülh Şurası” təşəbbüsünü rədd edib

    Ərdoğan İstanbulda beş Balkan ölkəsinin xarici işlər nazirlərini qəbul edib

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.