BAKI,AzerVoice, Fərid Mikayılov
Kahramanmaraş Böyükşəhər Bələdiyyəsinin Yanğın və Fəlakət İdarəetmə İdarəsi 4 ədəd nərdivanlı yanğınsöndürən maşının alınması üçün tender keçirəcəyini açıqlayıb.
Tenderdə yerli və əcnəbi şirkətlər iştirak edə bilər. Tender çərçivəsində alınacaq maşınların 15 təqvim günü ərzində təhvil verilməsi nəzərdə tutulur.
Tender iştirakçıları aşağıdakı meyarlara sahib olmalıdırlar:
- Türkiyə Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklər olmamalı;
- Müvafiq sahibkarlıq fəaliyyəti növünün həyata keçirilməsi və ya müəyyən hərəkətlərin yerinə yetirilməsi üçün müvafiq lisenziyaya və ya icazəyə malik olmalı;
- Müflis elan olunmamalı, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmamalıdır.
Tender təklifinin təqdim edilməsinin son tarix vaxtı:
- Tender təklifləri 29 yanvar 2026-cı il tarixinə qədər "İsmetpaşa Mahallesi Azerbaycan Dulkadiroğlu/Kahramanmaraş " ünvanına bağlı və küncləri möhürlənmiş zərflər şəklində təqdim edilməlidir