Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Türkiyə

    Türkiyənin bəzi vilayətlərində məktəblərdə dəsrslərəf fasilə verilib

    1 Yanvar 2026 16:38
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice

    Türkiyənin Kahramanmaraş vilayətində intensiv qar yağışı səbəbindən bütün məktəblərdə tədrisə bir günlük fasilə verilib.

    AzerVoice xəbər verir ki, Kahramanmaraş Valiliyindən verilən məlumata görə, ötən gündən başlayan və bu gün də davam edən qar yağışı, eləcə də qarşıdakı günlərdə gözlənilən güclü buzlanma və şaxta riski nəzərə alınaraq, 2 yanvar 2026-cı il, cümə günü vilayət üzrə rəsmi və özəl bütün təhsil müəssisələrində dərslər dayandırılıb.

    Valiliyin açıqlamasında bildirilir ki, Meteorologiya Xidmətinin məlumatlarına əsasən, qar yağışı axşam saatlarınadək fasilələrlə davam edəcək, cümə və şənbə günləri isə güclü buzlanma və don hadisələri gözlənilir. Şagirdlərin və vətəndaşların təhlükəsizliyi əsas götürülərək bu qərar qəbul edilib.

    Qərara əsasən, dövlət qurumlarında çalışan hamilə qadınlar, əlilliyi olan şəxslər, uşaqları uşaq bağçasına və ya körpələr evinə gedən analar, həmçinin xroniki xəstəliyi olan əməkdaşlar inzibati məzuniyyətə buraxılacaq. Vətəndaşlara buzlanma və şaxta ilə bağlı ehtiyatlı olmaları tövsiyə edilib.

    Elazığda da dərslər dayandırılıb
    Elazığ vilayətində də davam edən qar yağışı səbəbindən tədrisə bir gün daha fasilə verilib.

    Elazığ valisi Numan Hatipoğlu sosial şəbəkə hesabında paylaşdığı açıqlamada bildirib ki, 2 yanvar 2026-cı il tarixində də məktəblərdə dərs olmayacaq. O, şagirdlərə müraciət edərək bazar ertəsi dərslərə hazır və enerjili qayıtmalarını arzulayıb, bu müddətdə kitab oxumağı və dərslərlə məşğul olmağı tövsiyə edib.

    #Türkiyə #Kahramanmaraş #Numan Hatipoğlu
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    İRİA-nın tərəfdaşlığı ilə Azərbaycan-Türkiyə İKT Biznes Forumu baş tutub

    11 Fevral 2026 17:14

    Ankarada Türk Dünyası Bərpa və Konservasiya Şəbəkəsi üzrə beynəlxalq proqram başladı

    11 Fevral 2026 15:14

    Türkiyə ilə əməkdaşlıq üçün konkret təkliflərə açığıq - Sərdar Berdiməhəmmədov

    11 Fevral 2026 12:26

    Yunanıstanın Baş naziri Türkiyəyə rəsmi səfər edəcək

    11 Fevral 2026 11:29

    Mustafa Çiftçi yeni daxili işlər naziri kimi ilk açıqlamasını verib

    11 Fevral 2026 10:59

    Ərdoğan üç ölkənin səfirlərini qəbul edib

    10 Fevral 2026 16:28

    Aşqabadda Türkiyənin ixrac məhsullarının 12-ci sərgisi açılıb

    10 Fevral 2026 13:30

    Qalatasarayın əfsanə futbolçusu Candemir Berkman vəfat edib

    10 Fevral 2026 12:17

    Türkiyədə FETÖ-nün maliyyə şəbəkəsinə qarşı əməliyyat həyata keçirilib

    10 Fevral 2026 11:42

    İran ABŞ-la nüvə danışıqları barədə region ölkələrini məlumatlandırıb

    10 Fevral 2026 10:11

    Azərbaycan Türkiyə şirkəti ilə biznes imkanlarını müzakirə etdi

    9 Fevral 2026 17:48

    Türkiyə və müttəfiqlərindən ortaq bəyanat: İsrailin qanunsuz qərarları beynəlxalq hüquqa ziddir

    9 Fevral 2026 15:31
    XƏBƏR LENTİ

    Qənimət Zahid 2013-cü ildə Azərbaycanı KTMT-yə üzv etmək vədini verib

    Ramiz Mehdiyevin səs yazısı yayıldı - Xarici xidmət orqanları ilə danışır

    Əli Kərimli iyul hadisələrində AZTV-ni ələ keçirməklə bağlı tapşırıq verib – DTX

    Milli Şura xarici xüsusi xidmət orqanlarının dəstəyi ilə iğtişaşlara hazırlaşıb - DTX

    Suriyadakı inkişafları yaxından izləyirik - Türkiyə MN

    DTX Ramiz Mehdiyev, Abbas Abbasov, Əli Kərimli və digərləri barədə məlumat yayımladı

    Türkiyənin Qazaxıstana kimyəvi maddə ixracı yanvar ayında 14,8 faiz azalıb (ÖZƏL)

    Suriya Səudiyyə Ərəbistanı ilə münasibətlərin möhkəmliyini bir daha təsdiqlədi

    ICESCO-nun Baş direktoru Prezident İlham Əliyevə məktub ünvanlayıb

    BP-Azerbaijan hesabat yaydı: Şahdənizdə qaz hasilatı 3,6 faiz azalıb

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.