Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Yaxın Şərq

    Suriya Hələb şəhərində İŞİD-in Yeni il bayramı ilə bağlı terror planının qarşısının alındığını açıqlayıb

    1 Yanvar 2026 16:31
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email


    BAKI, AzerVoice

    Suriya Daxili İşlər Nazirliyi cümə axşamı günü İŞİD terror təşkilatının ölkənin şimalındakı Hələb şəhərində Yeni il bayramı münasibətilə mülki əhali və kilsələrə qarşı planlaşdırdığı terror aktlarının qarşısının alındığını bəyan edib.

    Nazirliyin açıqlamasında bildirilir ki, əldə olunan kəşfiyyat məlumatlarına əsasən, İŞİD üzvləri bir sıra əyalətlərdə, xüsusilə Hələb şəhərində intihar hücumları və silahlı basqınlar həyata keçirməyi planlaşdırıb. Hədəflər arasında Yeni il qeyd etmələrinin keçirildiyi mülki toplaşma yerləri və kilsələr olub.

    Daxili İşlər Nazirliyi qeyd edib ki, bu məlumatlar terrorla mübarizə istiqamətində aparılan davamlı fəaliyyət, İŞİD-in hüceyrə şəbəkələrinin hərəkətlərinin dəqiq izlənilməsi və tərəfdaş qurumlarla aparılan kəşfiyyat əməkdaşlığı nəticəsində əldə edilib.
    Nazirliyin açıqlamasına görə, təhlükənin qarşısını almaq məqsədilə qabaqlayıcı təhlükəsizlik tədbirləri görülüb. Bu tədbirlər çərçivəsində kilsələrin ətrafında mühafizə gücləndirilib, daimi və səyyar patrul xidmətləri təşkil olunub, şəhərin müxtəlif bölgələrində yoxlama-keçid məntəqələri qurulub.

    Hələb hadisəsi: terrorçu özünü partlatdı

    Nazirlik bildirib ki, çərşənbə axşamı axşam saatlarında Hələbin Bab əl-Fərəc bölgəsində yerləşən nəzarət-buraxılış məntəqəsində polis əməkdaşlarından biri şübhəli şəxsə diqqət yetirib. Sonradan həmin şəxsin İŞİD üzvü olduğu müəyyən edilib.

    Şəxsin kimliyi yoxlanılarkən o, polis əməkdaşlarına atəş açıb, nəticədə bir polis əməkdaşı həlak olub. Daha sonra terrorçu özünü partladıb, hadisə zamanı onu zərərsizləşdirməyə çalışan iki polis əməkdaşı yaralanıb.

    Daxili İşlər Nazirliyi açıqlamasında qeyd edib ki, təhlükəsizlik qüvvələrinin göstərdiyi bu “qəhrəmanlıq” sayəsində mülki əhalinin həyatını hədəf alan ciddi terror planının qarşısı alınıb.

    Xatırladaq ki, Suriya ötən ilin noyabr ayında ABŞ-ın rəhbərliyi ilə 2014-cü ildə yaradılmış beynəlxalq anti-İŞİD koalisiyasına qoşulub. Koalisiya çərçivəsində İŞİD-ə qarşı Suriya və İraq ərazisində hərbi əməliyyatlar həyata keçirilib, lakin devrilmiş prezident Bəşər Əsədin hakimiyyəti dövründə Suriya bu koalisiyaya qoşulmamışdı.

    2024-cü il dekabrın 8-də suriyalı müxalif qüvvələr Dəməşqə daxil olaraq, 2000–2024-cü illərdə hakimiyyətdə olan Bəşər Əsəd rejiminin devrildiyini elan ediblər.

    Hazırda Suriyanın yeni administrasiyası ölkədə təhlükəsizliyin təmin olunması, dövlət nəzarətinin bərpa edilməsi, müharibənin ağır nəticələrinin aradan qaldırılması və bərpa prosesinin sürətləndirilməsi istiqamətində intensiv tədbirlər həyata keçirir.

    #ABŞ #İŞİD #Suriya #terror aktı #Bəşər Əsəd #terrorçu
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Suriya Səudiyyə Ərəbistanı ilə münasibətlərin möhkəmliyini bir daha təsdiqlədi

    12 Fevral 2026 13:06

    NATO Qrenlandiyada mövqeyini gücləndirir

    12 Fevral 2026 10:38

    ABŞ İranla bağlı ikinci aviadaşıyıcının Yaxın Şərqə göndərilməsini nəzərdən keçirir

    12 Fevral 2026 09:59

    ABŞ-ın Suriyadakı hərbi mövqelərində dəyişiklik

    12 Fevral 2026 09:24

    Biz ümumi maraqlar əsasında çıxış edə və bir-birimizlə daha böyük işlər qura bilərik - ABŞ-ın Vitse-prezidenti

    10 Fevral 2026 22:51

    Cey. Di. Vens regional təhlükəsizlik barədə: Bu, Prezident İlham Əliyevin liderliyinin bariz nümunəsidir

    10 Fevral 2026 22:47

    Düşünürəm ki, Prezident Donald Trampın və Prezident İlham Əliyevin rəhbərliyi ilə daha güclü münasibətlər qurulacaq - Vens

    10 Fevral 2026 22:42

    Azərbaycanla ABŞ arasında yeni səhifələr açılır - ABŞ-nin Vitse-prezidenti

    10 Fevral 2026 22:40

    Azərbaycanlılar Əfqanıstandan çıxan ən sonuncu tərəf oldu - Vens

    10 Fevral 2026 22:39

    Amerika Birləşmiş Ştatlarının Vitse-prezidenti Azərbaycana rəsmi səfərə gəlib

    10 Fevral 2026 17:50

    Joze Mourinyo 2026 Dünya Kubokundan sonra Portuqaliya millisinin baş məşqçisi ola bilər

    10 Fevral 2026 17:26

    Ceyhun Bayramov ABŞ Ticarət Palatasının baş vitse-prezidenti ilə əməkdaşlıq perspektivlərini müzakirə edib

    10 Fevral 2026 13:08
    XƏBƏR LENTİ

    Türkiyənin D-8 idxalı azalıb, ixrac isə yüksəlib (ÖZƏL)

    SOCAR-ın qaz hasilatı 1,4 faiz artıb

    Güclü külək Fransada 850 min evi işıqsız qoyub

    Dövlət Komitəsi Çağrı Mərkəzini istifadəyə verib

    Bu il 1336 nəfər Dövlət Məşğulluq Agentliyinin peşə kurslarına cəlb olunub

    Energetika naziri İranın ölkəmizdəki səfirini qəbul etdi

    Kəpəz BOKT 1 milyon manatlıq istiqraz yerləşdirib

    Finca Azerbaijan 1 milyon dollarlıq istiqraz yerləşdirib

    Vecon Consulting 300 illik tarixi olan nəhəng şirkətlə müqavilə imzalayıb

    Mərkəzi Bankın 10 milyonluq notları yerləşdirilib

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.