Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    AzerVoice təhlil mərkəzi

    Misir–İsrail münasibətlərində gərginliyin səviyyəsi nə qədərdir?

    4 Avqust 2025 11:32
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,AzerVoice Analitik Təhlil Mərkəzi

    Misir ilə İsrail arasında münasibətlərdə nəzərəçarpan və artan gərginlik yaşanır. Bu gərginlik siyasi, hökumət və diplomatik rəhbərlik səviyyəsində rəsmi soyuqluq mərhələsinə çatıb. Bununla belə, tərəflər arasında yalnız ortaq təhlükəsizlik məsələləri və Qəzzadakı müharibə ilə bağlı əlaqələr davam edir.

    Hazırda prezident, hökumət, hətta xarici işlər naziri səviyyəsində İsraillə heç bir əlaqə yoxdur. Əlaqə yalnız Sülh Müqaviləsinin təhlükəsizlik bəndlərinin icrası üzrə ortaq hərbi komitə vasitəsilə və Misirin Qəzzada atəşkəs vasitəçiliyi ilə bağlı koordinasiyası çərçivəsində aparılır.

    Qahirə, Qəzza zolağında israillilərin törətdiyi müharibə cinayətlərindən – öldürmə, aclıq və mühasirədən – qəzəblə yanaşı, İsrailin təxribatlarından, xüsusilə də Qəzza sakinlərini sərhədə sıxışdıraraq Misir ərazisinə qaçmağa məcbur etmə cəhdlərindən, məcburi köçürmə ssenarisini irəli sürməsindən, həmçinin Qəzzaya yardımın qarşısının alınmasına görə Misiri ittiham etmək istəyindən narazıdır. Bundan əlavə, İsrailin atəşkəs danışıqlarında göstərdiyi sərt mövqe və sərhəd bölgələrini işğal etməsi, iki ölkə arasındakı sülh müqaviləsinin “yaxşı qonşuluq prinsipləri”ni pozur.

    Son vaxtlar Qahirənin İsrail əleyhinə sərt bəyanatlar verməsi diqqət çəkir. Son nümunə isə Misir Xarici İşlər Nazirliyinin ötən cümə axşamı verdiyi açıqlama olub. Nazirlik, Rəfah keçid məntəqəsinin bağlanması və Qəzzaya yardımların qarşısının alınması ilə bağlı iddiaları təkzib edib. Nazirliyə görə, bu iddialar Misirin Fələstin məsələsindəki rolunu məqsədli şəkildə təhrif edir və İsrailə beynəlxalq təzyiqlərin azalması üçün “pulsuz hədiyyə” verir.

    Misirin sabiq xarici işlər naziri və Misir Xarici Əlaqələr Şurasının rəhbəri Məhəmməd əl-Orabi bildirib ki, Qahirə hazırda İsraillə “soyuq sülh” siyasəti yürüdür, münasibətlər ən aşağı səviyyədə və yalnız zərurət olduqda saxlanılır. Onun sözlərinə görə, İsrail regionun qaydalarını pozub və təkcə Misir üçün deyil, bütün dünya üçün yükə çevrilib. Lakin Orabi, Misirin İsraillə münasibətləri tamamilə kəsməsi və əlaqələri dayandırması fikrini real saymır, çünki bu, nə Qəzzaya qarşı hücumları, nə də bölgəyə yönəlik təhdidləri dayandıracaq.

    Keçən ay İsrail mediası Misirin Tel-Əvivə Rəfahdakı hərbi planlardan imtina etməsi üçün xəbərdarlıq etdiyini yazıb. Qəzzaya dair vasitəçilikdə iştirak edən misirli təhlükəsizlik heyəti İsrailin yeni hərbi yayılma xəritəsinə qarşı çıxıb və bu planların Misirin milli təhlükəsizliyinə təhdid olduğunu vurğulayıb. Misir, İsrailin sərhəddə “çadır şəhəri” layihəsini “insani mina” kimi qiymətləndirir, çünki plana əsasən yüz minlərlə fələstinli qaçqın buraya köçürüləcək. İddialara görə, Misirin Sinayda hərbi qüvvə yerləşdirməsi də Tel-Əvivə mesaj xarakteri daşıyıb və İsrailin pozuntuları açıq təhlükə yaratsa, Qahirə sülh müqaviləsinə yenidən baxa bilər.

    Misir Xarici Əlaqələr Şurasının üzvü Rəha Əhməd Həsən isə deyib ki, iki ölkə arasında münasibətlər hazırda soyuq, gərgin və aşağı səviyyədədir. Misir səfirini İsraildən geri çağırıb, hazırda yalnız Tel-Əvivdə və Qahirədə işləri idarə edən müvəqqəti işçilər var. Əlaqələr yalnız təhlükəsizlik koordinasiyası və Qəzzaya dair vasitəçi missiyaları çərçivəsində davam edir.

    “Əl-Əhram” Siyasi və Strateji Araşdırmalar Mərkəzinin eksperti Məhəmməd Səid İdris isə bildirib ki, Misir–İsrail münasibətləri hazırda donmuş vəziyyətdədir, amma hələ tam qırılmayıb. Onun sözlərinə görə, yalnız birbaşa hərbi toqquşma baş verərsə, münasibətlərin tam kəsilməsi gündəmə gələ bilər.

    #Qəzza #Misir #Əbdülfəttah əs-Sisi #Qahirə #misir xəbərləri #Qəzzanın yenidən qurulması #Qəzza müharibəsi #Qəzza blokadası #Ərəb dövlətləri və Qəzza #HƏMAS və Qəzzanın gələcəyi #Misir və Səudiyyə Qəzza planı #Qəzzanın yenidənqurma xərcləri #Qəzza böhranı və Qərbin mövqeyi #Əbdülfəttah əs-Sisi Giorgia Meloni görüşü #Sisi və Əl-Əzhər arasında əvvəllər hansı fikir ayrılıqları olub? #Sisi Netanyahu əlaqələri #Əbdülfəttah Sisi Tramp münasibətləri
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    KAAN layihəsində Səudiyyə Ərəbistanı ilə ortaq investisiya hər an reallaşa bilər - Ərdoğan

    5 Fevral 2026 14:46

    ABŞ və İran arasındakı gərginliyi azaltmaq üçün əlimizdən gələni edirik - Ərdoğan

    5 Fevral 2026 14:17

    Rəfah sərhəd məntəqəsi vasitəsilə xəstələrin təxliyəsi dayandırılıb

    4 Fevral 2026 13:01

    İsrail ordusu HƏMAS-ın silahlarını təhvil verməsi üçün toplama məntəqələri qurub

    4 Fevral 2026 11:28

    Ərdoğan Misirə səfər edəcək

    4 Fevral 2026 11:03

    İsrail ordusunun Qəzzaya artilleriya hücumları nəticəsində biri uşaq olmaqla 9 fələstinli həlak olub

    4 Fevral 2026 10:31

    Türkiyə və Səudiyyə Ərəbistanı arasında ticarət dövriyyəsinin 30 milyard dollara çatdırılması planlaşdırılır

    3 Fevral 2026 17:26

    İsrail yalnız 12 fələstinlinin Rəfah sərhəd keçid məntəqəsindən Qəzzaya qayıtmasına icazə verib

    3 Fevral 2026 12:39

    Ərdoğanın Yaxın Şərq səfərində Qəzza və Vaşinqton ilə Tehran arasındakı gərginlik müzakirə olunacaq

    3 Fevral 2026 12:10

    Fironların varisləri olduqlarını iddia edən Misir qiptilərinin keçmişi və bu günü

    2 Fevral 2026 20:00

    Rəfah keçidi yenidən açıldı

    2 Fevral 2026 11:49

    İsrailin Qəzzaya hücumları nəticəsində 12 fələstinli həlak oldu

    31 Yanvar 2026 11:23
    Demo
    XƏBƏR LENTİ

    Ermənistan vətəndaşlarının məhkəməsində hökm elan olunub

    İran Fars körfəzində iki xarici neft tankerini saxlayıb

    Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Əbu-Dabidə əfqanıstanlı qadın hüquqları fəalı və tədqiqatçısı Zarqa Yaftalı ilə görüşüb

    Aİ-də İsrailə qarşı sanksiyalar məsələsi gündəmdə saxlanılır

    İran müharibə yox, danışıqlar istəyir - Tramp

    Dövlət Komitəsi ilə ADA Universiteti arasında Anlaşma Memorandumu imzalandı

    Xarici diplomatlar üçün Azərbaycan turizminin təqdimatı keçirilib

    Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Birləşmiş Ərəb Əmirliklərinə işgüzar səfəri ilə bağlı görüntülər paylaşılıb

    Yanvar ayında Türkiyədən Azərbaycana hazır geyim ixracı 3 milyon dolları keçib (ÖZƏL)

    Dövlət Komitəsinin sədri Sumqayıtda vətəndaşları qəbul edib

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.