Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    AzerVoice təhlil mərkəzi

    Trampın Ərdoğana Bəy Tərifi

    9 Aprel 2025 11:45
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    Bakı,AzerVoice, Azər Hüseynov Tarixçi, İstanbul Zaim Universitetinin Tarix və Mədəniyyət Bölümü Doktorantı, Qafqaz Etno-Sosial Araşdırmalar Mərkəzinin eksperti, xüsusi olaraq AzerVoice üçün

    Proses başlayandan bəri yazıram ki, ABŞ Suriyanın bölünməsində maraqlıdır. Bəs bunu niyə etmək istəyir? Əvvəlcə burada İranın və onun təsirinin aradan qaldırılmasını hədəfləyir. Ardınca isə Suriyanın yeni hökumətinin İsrail üçün təhdid yaratmayan, "urvatsız" bir struktura çevrilməsini istəyir. Digər tərəfdən, ABŞ Türkiyənin regional güc olduğunu da çox yaxşı bilir. Eyni zamanda, Türkiyədə hakimiyyətdə "islamçı" bir iqtidarın olduğunu da nəzərə alır. Amma bu "islamçılar"ın da öz içində iki qola ayrıldığını yaxşı anlayır.

    Artıq Türkiyədə hakimiyyətdə olan "islamçı" iqtidar, ulusal hakimiyyətin dadını real şəkildə dadmış, iqtidarda qalmağın şərtlərini praktik olaraq dərk etmiş, ilkin çıxış nöqtəsindən ciddi güzəştlər etmiş və nəticədə güclü bir hakimiyyətə çevrilmiş bir siyasi gücdür. Bu iqtidarın qarşısında isə əsas maneə, öz “məhləsində” qalmış bir neçə radikal idealistdir. Həmin radikal idealistlər isə adeta koronavirus kimidir – ciyərə düşəndə pandemiyaya çevrilə bilər. Arxa planda da Əl-Qaidə, Taliban və İraq təcrübəsi dayanır.

    Amerika niyə öz əsgəri və iqtisadi resurslarını bu cür radikallara qarşı xərcləyib, İslam dünyasında nüfuzunu daha da aşağı salsın ki? Bunun əvəzinə, həmin “korona” kimi radikal idealistləri artıq sekulyarlaşmış, daha praqmatik və dövlətçi “islamçılar”la üz-üzə qoymaq daha ağıllı strategiyadır.

    Elə bu səbəbdəndir ki, Tramp Türkiyənin İŞİD-lə mübarizədə xüsusi rolunu dönə-dönə vurğulamışdı. Bəli, məhz Türkiyə peşmərgə qüvvələrini öz ərazisindən arxa cəbhəyə buraxmaqla İŞİD-in ləğvində mühüm rol oynamışdı. Bu gün də Hakan Fidan dəfələrlə DAİŞ hüceyrələrinin ləğvinin xüsusi əhəmiyyətini vurğulayıb. Hətta yeni Suriya hökuməti ilə bu istiqamətdə birgə işləyə biləcəklərini belə qeyd edib.

    Yəni, Trampın “bəy tərifi” heç də Ərdoğan fenomeninin etirafı deyildir. Bunu bir yerə qeyd edək. Amma onu da qəbul etmək lazımdır ki, Ərdoğan şəxsiyyəti bir fenomendir. Güclü xarizması, praqmatikliyi və konkret məqsədləri olan, artıq idealist “məhlə”dən ayrılmış, ulusal maraqlarla hərəkət edən bir liderdir. Türkiyənin mənafeləri üçün çalışan, möhkəm dayaqlar üzərində oturmuş, möhtəşəm çıxışları ilə kütləni cuşa gətirə bilən, siyasi dəhası ilə rəqiblərini aciz qoyan bir liderdir.

    Ona görə də onun üçün Türkiyənin maraqları əsasdır. İqtidar fəlsəfəsi də tam olaraq bu prinsiplər üzərində qurulmuşdur. Bu isə sekulyar və müasir beynəlxalq münasibətlər sistemində tamamilə normal və real yanaşmadır.

    #AzerVoice #Təhlil #Azər Hüseynov
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Öncəliklər fiqhi

    1 Dekabr 2025 16:47

    Quran ilə tanışlıq

    24 Noyabr 2025 14:41

    İran kəşfiyyatı: ABŞ və İsrail Xameneini hədəf alır — Tehran “müharibə təzyiqi” altında birləşməyə çağırır

    24 Noyabr 2025 12:24

    Çayçı oğlu İslamofob Modi, pedofil Epşteyn və İsrail

    22 Noyabr 2025 07:58

    Xülasə etmək

    21 Noyabr 2025 21:38

    Salam alma mədəniyyəti və "almama" xüsusiyyəti

    19 Noyabr 2025 16:15

    Qəbirlər

    18 Noyabr 2025 16:15

    Səudiyyə Ərəbistanı F-35 klubuna qoşuldu

    18 Noyabr 2025 11:44

    Fərqliliklər

    17 Noyabr 2025 16:01

    Ümmətin tarixində ən böyük faciə şirk faciəsidir

    17 Noyabr 2025 09:49

    Ali İmran surəsindən qeydlər

    15 Noyabr 2025 18:07

    İran Hörmüz boğazında neft tankerini saxlayıb

    15 Noyabr 2025 07:00
    Demo
    XƏBƏR LENTİ

    Noyabr ayında Türkiyədə 55 mindən çox qəza baş verib (ÖZƏL)

    Türkiyədən Azərbaycana avtomobil ixracı 82 milyon dolları keçib (ÖZƏL)

    HƏMAS silahlarını təhvil verməyə hazır olduğunu bəyan edir

    Əbu Şəbabın varisi HƏMAS-a qarşı mübarizə aparacağını deyib

    Çin Qəzza üçün 100 milyon dollarlıq yardım ayıracaq

    Birtərəfli addımlar dövlət suverenliyini zəiflədir, Husiləri gücləndirir - Alimi

    Tarixdə bu gün – 7 Dekabr

    PKK/YPG Əsəd rejiminin devrilməsinin ildönümü tədbirlərini qadağan edib

    BMT nümayəndələri Cənubi Livanda tərəfləri atəşkəsə əməl etməyə çağırıb

    Kiyev və Vaşinqton sülh danışıqları üçün növbəti addımlar və formatlar barədə razılaşıb - Zelenski

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2025 Azervoice.
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.