Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Yaxın Şərq

    Tramp İranla danışıqlara başlanacağı təqdirdə, sanksiyaların qaldırıla biləcəyini bəyan edib

    13 Oktyabr 2025 20:25
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice, Orxan Qədirzadə

    ABŞ prezidenti Donald Tramp İranın danışıqlara hazır olması və mümkün sanksiyaların yüngülləşdirilməsi ilə bağlı nikbin olduğunu bildirib.

    AzerVoice bu barədə xarici KİV-lərə istinadən xəbər verir.

    "Onlar ağır günlər keçiriblər, sözün əsl mənasında döyülüblər və yaralanıblar. Onların köməyə ehtiyacı var. Onlar çox sərt, nəhəng sanksiyalar altındadırlar. Tehran danışıqlara hazır olduqda, mən onları qaldırmaqdan məmnun olaram", - deyə Tramp Misir prezidenti Əbdülfəttah əs-Sisi ilə görüşdən əvvəl deyib.

    Amerika liderinin sözlərinə görə, İrana qarşı sanksiyaların təzyiqi əhəmiyyətli olaraq qalır. "Onlar bu sanksiyalarla sağ qala bilməyəcəklər. Çox sərtdirlər. Amma nə vaxtsa Tehran deyəcək: "Biz sanksiyaların aradan qaldırılmasını istəyirik” və sonra sülh tapacağıq. Düşünürəm ki, İran yaxşılaşacaq"".

    Tramp administrasiyasının İranın nüvə proqramına təzyiqini “həyatda bir dəfə” adlandırılan razılaşmanın əldə edilməsində əsas amil kimi qiymətləndirib.

    "Əgər biz nüvə məsələsində ciddi təzyiq göstərməsəydik, bu inanılmaz, tarixi razılaşmaya nail ola bilməyəcəyimizi düşünmürəm. İndi baş verənlər kimi bir şey əvvəllər baş verməyib", - o vurğulayıb.

    Prezident geniş beynəlxalq dəstəyi də qeyd edib.

    "Bütün ölkələr bir araya gəldi - hər cür ölkələr bir araya gəldi, bəziləri dost, bəziləri yox, çoxu yox. Amma hamısı bir araya gəldi. Yeri gəlmişkən, İran bu sazişi tam dəstəklədiyi barədə bəyanat verdi. Bu, özlüyündə çox şey deməkdir", - Tramp əlavə edib.

    #İran #Misir #Donald Tramp #Əbdülfəttah əs-Sisi #Ayətulla Seyid Əli Xamenei #Məsud Pezeşkian #İran İnqilab Keşikçiləri Korpusu #nüvə proqramı #İran-ABŞ münasibətləri #İran nüvə silahı #Qəzza sülh sazişi
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Türkiyənin dəri ixracında azalma, İrana satışda artım (ÖZƏL)

    15 Fevral 2026 18:00

    Yanvar ayında Türkiyədən Misirə avtomobil ixracı 17 milyon dolları keçib (ÖZƏL)

    15 Fevral 2026 16:00

    Misirdən Türkiyəyə 1 milyondan çox ton yük daşınıb (ÖZƏL)

    15 Fevral 2026 13:00

    Zelenski Trampın ultimatumuna cavab verib - Kifayət qədər kompromis edilib

    14 Fevral 2026 16:36

    ABŞ Yaxın Şərqdə hərbi mövcudluğunu artırır

    14 Fevral 2026 15:50

    ABŞ aralıq seçkilərə hazırlaşır

    14 Fevral 2026 09:14

    Tehran danışıqların davamı üçün balanslı mövqe istəyir

    13 Fevral 2026 14:42

    Doha Livan ordusuna dəstək üzrə beynəlxalq hazırlıq görüşünə ev sahibliyi edəcək

    13 Fevral 2026 13:31

    ABŞ Yaxın Şərqdə hərbi mövqeyini gücləndirir, ikinci təyyarədaşıyan yoldadır

    13 Fevral 2026 09:16

    Tramp və Netanyahu İran məsələsində yekun razılığa gələ bilmədi

    12 Fevral 2026 10:21

    ABŞ İranla bağlı ikinci aviadaşıyıcının Yaxın Şərqə göndərilməsini nəzərdən keçirir

    12 Fevral 2026 09:59

    İranın raketləri müzakirə mövzusu deyil - Əraqçi

    11 Fevral 2026 15:10
    XƏBƏR LENTİ

    Bu gaün arxeoloq Hovard Karter firon Tutanxamunun dəfn kamerasını açıb

    Navalnının ölümü, iqlim protokolu və fironun oyanışı: 16 Fevral Dosyesi

    İranın "kölgə lideri" Müctəba Xamenei: Atasının yerinə ən güclü namizəd

    Yaxın zamanlarda Belqrad və Bakı arasında birbaşa uçuşlar açılacaq - Vuçiç

    Serbiya prezidenti Azərbaycana səfər edəcək

    Ramazan 2026: Oruc ibadəti haqqında bilməli olduğumuz zəruri hökmlər

    Z nəslinə özəl: Cübran Xəlil Cübran fəlsəfəsi bir neçə dəqiqədə

    Azərbaycanın Zirə bölgəsindən ixrac edilən kənd təsərrüfatı məhsulları çox ləzizdir - Vuçiç

    Prezident İlham Əliyev: Serbiyaya təbii qazın ixracının həcmini artıracağıq

    Birinci vitse-prezident Mehriban Əliyeva təxribatçı jurnalisti belə yerinə oturtdu (VİDEO)

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.