Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Baş xəbər

    İranın Britaniyada 15 sui-qəsd cəhdi ifşa olunub

    11 İyul 2025 09:44
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,AzerVoice Analitik Təhlil Mərkəzi

    Böyük Britaniya Parlamentinin Kəşfiyyat və Təhlükəsizlik Komitəsi cümə axşamı yaydığı hesabatda İranın Britaniya ərazisində fiziki hücumlar həyata keçirmək təhlükəsinin “kəskin şəkildə artdığını” və 2022-ci ildən bu yana azı 15 qətl və ya oğurluq cəhdinin qeydə alındığını açıqlayıb. Müşahidəçilər bu hesabatın son illərdə daha çox radikal qrupların izlənməsinə fokuslanan Qərb kəşfiyyat orqanlarının fəaliyyət istiqamətini dəyişdirə biləcəyini bildirirlər.

    Cümə axşamı Britaniya parlamentinin üzvləri İranın Birləşmiş Krallığın təhlükəsizliyi üçün artan və genişmiqyaslı bir təhdidə çevrildiyini vurğulayan yeni hesabat yayımlayıb. Bildirilib ki, Tehran hələ Rusiya və Çin kimi strateji təhlükə səviyyəsinə çatmasa da, bu kateqoriyaya yaxınlaşır, xüsusilə də Britaniya ərazisində düşmən fəaliyyətləri fonunda.

    Hesabatda İran “bizi narahat etməli olan bütün təhdid növlərində mövcuddur” deyə xarakterizə olunub – Britaniyada müxaliflərin qətlinə cəhdlərdən tutmuş kiber hücumlara, casusluğa və gizli siyasi fəaliyyətlərə qədər.

    Hesabatda həmçinin bildirilib ki, Böyük Britaniya hökuməti İran təhdidinə qarşı düzgün siyasət yürütməyib – diqqətin əsasən İranın nüvə proqramına yönəldilməsi fonunda ölkə daxilində sakit şəkildə artan digər təhlükələrə laqeyd yanaşılıb.

    Komitə qeyd edib ki, bu təhdidlər həm say, həm də intensivlik baxımından “əhəmiyyətli dərəcədə artıb” və xüsusilə İran rejiminə qarşı çıxan müxalifləri hədəf alır. Bu fəaliyyətlər Rusiya tərəfindən törədilən təhdidlərlə müqayisə olunub.

    Tehranın Londondakı səfirliyi isə yayımlanan iddiaları “əsassız, düşməncəsinə və siyasi motivli” adlandıraraq təkzib edib. Səfirlik bəyan edib ki, bu ittihamlar “məsuliyyətsizdir” və İranın regional və milli qanuni maraqlarını hədəfə alan “daha geniş bir təhrif kampaniyasının” tərkib hissəsidir.

    İranın casus şəbəkələri və terror riski

    Kəşfiyyat və Təhlükəsizlik Komitəsinin rəhbəri Kevin Conz bildirib ki : “İran, Birləşmiş Krallıq və onun vətəndaşları üçün ciddi, davamlı və gözlənilməz təhdiddir”.

    Hesabata əsasən, Tehran “hücum xarakterli fəaliyyətlərdə risk almağa yüksək meyllidir” və onun kəşfiyyat xidmətləri “xüsusi sahələrdə qeyri-mütənasib üstünlüklər verən geniş resurslara malikdir”.

    Kəşfiyyat Mərkəzinin rəyinə görə, İranın Britaniyadakı fəaliyyəti hələlik Rusiya və Çinlə müqayisədə “daha az strateji və kiçikmiqyaslıdır”, lakin bu, “əhəmiyyətsiz olduğu anlamına gəlməməlidir”.

    Hesabatda qeyd olunub ki, İranın kəşfiyyat orqanları Britaniya ərazisində qətl və oğurluq planlaşdırmaq üçün çox vaxt üçüncü tərəflərin – yəni cinayətkar şəbəkələrin, silahlı qrupların, terror təşkilatlarının və özəl kiber aktorların xidmətindən istifadə edir. 2022-ci ilin əvvəlindən bu yana belə 15 hadisə qeydə alınıb.

    Yəhudi və israilli hədəflərə artan təhdidlər

    Hesabatda “Britaniyada yəhudi və israilli maraqlara qarşı artan təhlükə” də vurğulanıb. Baxmayaraq ki, hesabatda istifadə edilən məlumatlar 2023-cü ilin avqust ayına qədər olan dövrü əhatə edir, komitə bu tövsiyələrin hələ də qüvvədə olduğunu, çünki İran rejiminin düşmən fəaliyyəti davam etdiyini və artan gərginliyin göstəricilərinin mövcud olduğunu bildirib.

    İranın sui-qəsd cəhdləri və hökumətin etirafı

    Britaniyanın daxili kəşfiyyat xidməti (MI5) daha əvvəl bəyan etmişdi ki, 2022-ci ilin əvvəlindən bu yana ölkədə İranın təşkil etdiyi təxminən 20 sui-qəsd və oğurluq planı ifşa olunub. Bu planların hədəfi əsasən müxaliflər və jurnalistlər olub.

    2024-cü ilin mayında üç iranlıya qarşı casusluq və zorakılıq planlaşdırmaq ittihamı irəli sürüldükdən sonra, Britaniya hökuməti ölkənin “dövlətlərdən gələn artan təhdidlərin hədəfi” olduğunu etiraf edib. Hökumət bildirib ki, 2022-ci ildən bu yana İrana bağlı olan 20-dən çox sui-qəsd planı ifşa olunub və bunlar Britaniyada yaşayan vətəndaşlar və sakinlər üçün ölümcül təhlükə yaradıb.

    2024-cü ilin martında isə İranın “terror təşkilatı” elan etdiyi “İran İnternational” kanalının müxbiri Buriya Zəraəti Londonda ayağından bıçaqlanaraq xəstəxanaya yerləşdirilib.

    #AzerVoice #İranın nüvə irəliləyişi #İranın nüvə proqramı #İranın nüvə danışıqları #İranın nüvə silahlanma ehtimalı #İranın nüvə proqramı 2025 #İranın nüvə silahı var #İranın casus şəbəkələri #Britaniyanın daxili kəşfiyyat xidməti #MI5
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    İsraildə Hizbullaha hücum vaxtı ilə bağlı fikir ayrılığı yaşanır

    8 Noyabr 2025 17:08

    Dəməşqin fransız döyüşçülərinin aqibəti necə olacaq?

    7 Noyabr 2025 15:00

    Səudiyyə, Qətər və BƏƏ regionun yeni mərkəzinə çevrilir

    7 Noyabr 2025 10:03

    İraqlılar Rusiya ordusuna necə cəlb olunur?

    6 Noyabr 2025 20:17

    İran, Çin və Rusiya səfirləri Vyanada nüvə məsələsi üzrə üçtərəfli görüş keçirib

    6 Noyabr 2025 12:28

    “Sdi Teiman” - İsrailin gizli işgəncə laboratoriyası: sağ qalanlar danışır

    5 Noyabr 2025 18:00

    İran nüvə müfəttişləri ilə əməkdaşlığı gücləndirməlidir - Qrossi

    5 Noyabr 2025 12:25

    İsrail hücumlarından ehtiyat edən Tehran İraq şiələrinə təzyiqi artırır

    3 Noyabr 2025 09:00

    ABŞ-lə nüvə danışıqları aparmayacağıq - Əraqçi

    1 Noyabr 2025 22:00

    Münqaişə husilərin varlıq mexanizmidir

    1 Noyabr 2025 07:02

    Tehran, Vaşinqtonun nüvə silahı sınaqlarını bərpa etməsini “geriyə dönüş və məsuliyyətsiz addım” adlandırdı

    31 Oktyabr 2025 11:34

    Xameneyi deyir ki, “... Bəs nüvə obyektlərimiz məhv edilməyib”

    21 Oktyabr 2025 10:53
    Demo
    XƏBƏR LENTİ

    Çin raket arsenalını genişləndirir

    Boliviyanın yeni Prezidenti Rodriqo Pas and içib

    Ərdoğan və Şərif Bakıda regional təhlükəsizlik və əməkdaşlıq məsələlərini müzakirə ediblər

    Hidayət Heydərov VI İslam Həmrəyliyi Oyunlarında qızıl medal qazanıb (FOTO)

    “Zəfər turu”: “Zirə” və “Turan Tovuz” arasında oyun qolsuz bərabərliklə başa çatıb (ƏLAVƏ OLUNUB)

    8 Noyabr - Zəfər Günü münasibətilə Bakıda təntənəli bayram konserti keçirilir (FOTO)

    Bayden İsrailin hüquq pozuntuları ilə bağlı məlumatları görməzlikdən gəlib

    Xankəndidə Zəfərin 5-ci ildönümü münasibətilə atəşfəşanlıq keçirilib (FOTO)

    Zəfərin beşinci ildönümü paradında Dövlət Təhlükəsizliyi Xidmətinin “Qartal” xüsusi təyinatlıları da iştirak edib (VİDEO)

    Suriya və Səudiyyə turizm sahəsində əməkdaşlığı gücləndirir

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2025 Azervoice.
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.