BAKI, AzerVoice, Fərid Mikayılov
Çinə rəsmi səfər çərçivəsində Qurbanqulu Berdiməhəmmədov adına Uşaqlara Yardım Fondunda müalicə işləri üzrə vitse-prezident Oqulcahan Atabayeva ilə Çin Xalq Respublikasının təhsil naziri Huay Szinpen arasında görüş keçirilib.
AzerVoice xəbər verir ki, Çinli nazir bildirib ki, Prezident Si Cinpin və Türkmənistan Prezidenti Serdar Berdiməhəmmədovun strateji rəhbərliyi altında iki ölkə arasındakı əməkdaşlıq sabit inkişaf nümayiş etdirir.
Onun sözlərinə görə, təhsil sahəsi bu əməkdaşlığın mühüm istiqamətlərindən biridir və Çin humanitar mübadilələrin gücləndirilməsi üçün təcrübəsini bölüşməyə hazırdır.
Oqulcahan Atabayeva isə çıxışında Çinin təhsil sahəsində əldə etdiyi nailiyyətlərə yüksək qiymət verib.
O, Çin təhsilinin qlobal inkişafda oynadığı rolu vurğulayaraq, ikitərəfli əməkdaşlığın bundan sonra da dərinləşdirilməsinin hər iki ölkənin əlaqələrini möhkəmləndirəcəyini deyib.