BAKI,AzerVoice, Fərid Mikayılov
Türkiyənin xarici işlər naziri Hakan Fidan, İslam Əməkdaşlıq Təşkilatının (İƏT) 21-ci Fövqəladə Xarici İşlər Nazirləri Şurası çərçivəsində Misir xarici işlər naziri Bedir Abdulati ilə görüşüb.
AzerVoice xəbər verir ki, görüş Səudiyyə Ərəbistanının Ciddə şəhərində baş tutub.
Nazirlərin iki ölkə arasında ikitərəfli münasibətləri, eləcə də regional məsələləri müzakirə etdiyi bildirilir.