Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Türkiyə

    Türkiyədən İsrail və Yunanıstana F‑35 xəbərdarlığı

    20 Dekabr 2025 13:08
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,AzerVoice, Fərid Mikayılov

    Türkiyənin Milli Müdafiə Naziri Yaşar Gülər İsrail və Yunanıstanın Türkiyəyə F‑35 döyüş təyyarələrinin verilməməsi üçün lobbiçilik fəaliyyəti apardığını bildirib.

    AzerVoice xəbər verir ki, nazir vurğulayıb ki, Ankara və Vaşinqton bu məsələləri qarşılıqlı şəkildə həll edəcək.

    “F‑16 tədarükü ilə bağlı problem görmürük. Bizim əsas prioritetimiz F‑35-lərdir. İsrail və Yunanıstanın bu təyyarələrin bizə verilməməsi üçün lobbiçilik etdiyini bilirik. Türkiyə və ABŞ bu problemləri həll edəcək,” – deyə Gülər açıqlayıb.

    Güler bildirib ki, Türkiyə Böyük Britaniya ilə bağladığı razılaşma çərçivəsində 20 yeni Eurofighter döyüş təyyarəsi alacaq. Təyyarələrin tədarük planı belədir:

    • 2030: 6 təyyarə
    • 2031: 8 təyyarə
    • 2032: 6 təyyarə

    Bundan əlavə, Qətər və Oman ilə Eurofighter tədarükü üzrə danışıqlar müsbət istiqamətdə davam edir. Qətərdən alınacaq təyyarələr az uçuş saatına malik hazır təyyarələrdir. Oman variantları isə AESA radarları, METEOR raketləri və modern avionika sistemləri ilə təchiz ediləcək. Modernizasiya işlərinin 12 təyyarə üçün 2028-ci ildə tamamlanması planlaşdırılır.

    Eurofighter təyyarələri METEOR raketləri ilə birlikdə alınacaq və platformalarda Türkiyənin milli proqram təminatı və silah sistemləri istifadə ediləcək. Gülər vurğulayıb ki, Türkiyə METEOR-dan daha inkişaf etmiş raket sistemi hazırlayacaq və istəsələr, onu digər ölkələrə də sata biləcək.

    Nazir qeyd edib ki, ABŞ prezidenti Donald Tramp CAATSA sanksiyalarının ləğvi məsələsini Senata təqdim etmək üçün təşəbbüs göstərib və bu istiqamətdə işlər davam edir. Türkiyə də F‑35 proqramı və sanksiyaların ləğvi ilə bağlı işçi qrupları yaradıb. Gülər bildirib ki, proses yekunlaşdıqda ictimaiyyətə məlumat veriləcək.

    Nazir Yunanıstan, İsrail və Cənubi Kipr Rum Administrasiyasının (GKRY) əməkdaşlığının Türkiyə üçün təhlükə yaratmadığını açıqlayıb.

    “Biz də bir çox ölkə ilə anlaşmalar imzalayırıq, amma bunu hansısa ölkəyə qarşı etmirik”- deyə o buldirib.

    O, qeyri‑hərbi statuslu adalara İsraildən hava hücumundan müdafiə sistemlərinin yerləşdirilməsi xəbərlərinə də toxunaraq bunların beynəlxalq hüquqa zidd olduğunu qeyd edib.

    Güler bildirib ki, Yunanıstan ordusunda ciddi kadr çatışmazlığı mövcuddur. Quru və Dəniz Qüvvələrinə müraciət edənlərin sayı azdır və son günlər hərbi aviasiya personalı arasında etirazlar baş verib.

    #Türkiyə #İsrail #ABŞ #Böyük Britaniya #Qətər #Yunanıstan #Yaşar Gülər #Eurofighter #Oman #F-35A #Türkiyə-ABŞ münasibətləri #CAATSA #METEOR raketi və milli silah #F‑35 proqramı və sanksiyalar
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Azərbaycan və İsrail elm sahəsində tərəfdaşlığını gücləndirir

    4 Fevral 2026 15:29

    Türkiyənin Alagöz Holdinq Şirkətlər Qrupu Azərbaycana sərmayə qoyuluşunda maraqlıdır

    4 Fevral 2026 14:02

    ABŞ Nigeriyaya hərbi dəstə göndərib

    4 Fevral 2026 12:42

    Fənərbaxça prezidenti Kante transferinə görə Ərdoğana təşəkkür edib

    4 Fevral 2026 11:54

    Tramp və Vens arasında Epşteyn işi ilə bağlı fikir ayrılığı yaranıb

    4 Fevral 2026 11:25

    Ərdoğan Misirə səfər edəcək

    4 Fevral 2026 11:03

    Türkiyə Ordusunun hərbi qulluqçusu şəhid olub

    4 Fevral 2026 10:58

    Türkiyədə kibertəhlükəsizlik əməliyyatları - 60-a yaxın şübhəli saxlanılıb

    4 Fevral 2026 09:20

    Azərbaycan ilə ABŞ arasında mədəniyyət sahəsində əlaqələr müzakirə edilib

    3 Fevral 2026 17:33

    Türkiyə zəlzələ bölgələrində bərpa işlərini beynəlxalq mediaya təqdim edir

    3 Fevral 2026 15:38

    UİD Azərbaycan tərəfindən səhər yeməyi proqramı təşkil olunub

    3 Fevral 2026 14:25

    İran zənginləşdirilmiş urandan imtina etmək niyyətində deyil - Şamxani

    3 Fevral 2026 11:52
    Demo
    XƏBƏR LENTİ

    Dəməşqi SDQ-yə qarşı uğurlu edən faktorlar nələr idi?

    Bu gün ABŞ-da Miqrasiya Aktı Prezidentin vetosuna baxmayaraq qəbul edildi

    Tarixdə bu gün - 5 fevral

    Ölkə üzrə heyvanlar arasında xüsusi təhlükəli xəstəliklərə qarşı peyvəndləmə tədbirlərinə başlanılıb

    İqtisadi artım üzrə işçi qrupunun iclası keçirilib

    Bakıda şaxtalı hava ilə əlaqədar bir sıra yollarda sürət həddi endirildi

    Prezident İlham Əliyev Qafqazda və onun hüdudlarından kənarda sülh və sabitliyin qətiyyətli carçısı kimi tanınır - Pakistanın Baş naziri

    “VECON Consulting”dən bazarda ilk: 2 milyonluq sublimitsiz peşə riskləri sığortası tətbiq edilib

    Qəzzanın bərpasında Misirlə birgə işləmək istəyirik - Ərdoğan

    Balistik raketlər danışıqların gündəminə daxil edilməlidir - ABŞ

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.