Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Yaxın Şərq

    İsrail ordusu HƏMAS hücumu ərəfəsində kəşfiyyat məlumatlarını düzgün dəyərləndirməyib - İsrail mediası

    20 Dekabr 2025 18:36
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice, Orxan Qədirzadə

    İsrail ordusunun 2023-cü il oktyabrın 7-də HƏMAS-ın İsrailə qarşı həyata keçirdiyi hücumdan bir gün əvvəl əldə edilən kəşfiyyat məlumatlarını nəzərə almadığı iddia olunur.

    AzerVoice xəbər verir ki,bu barədə İsrailin dövlət yayımçısı Kan məlumat yayıb, xəbər The Times of Israel nəşrində dərc olunub.

    Məlumata görə, 2023-cü il oktyabrın 6-da, Qəzza zolağı üzərində pilotsuz uçuş aparatları vasitəsilə aparılan kəşfiyyat əməliyyatı zamanı HƏMAS-ın tunel mühafizəçilərinin fəaliyyəti müşahidə edilib. İsrail tərəfi həmin tuneldə israilli girov Avera Mengistu-nun saxlanıldığını ehtimal edirdi.

    Kəşfiyyat əməliyyatı zamanı əldə edilən, lakin dəqiq izah olunmayan məlumatların təhlükə siqnalı yaratdığı və bunun İsrail ordusunun Cənub Komandanlığına ötürüldüyü bildirilir. Lakin Kan-ın mənbələrinə görə, komandanlıq bu məlumatı HƏMAS-ın növbəti hücuma hazırlığı deyil, təlim fəaliyyəti kimi qiymətləndirib.

    Qeyd olunur ki, oktyabrın 6-da aparıldığı iddia edilən bu əməliyyat İsrail ordusunun rəsmi qeydlərində yer almayıb və nə oktyabrın 7-də baş verən hücumla bağlı aparılan ilkin araşdırmalarda, nə də sonrakı təhqiqatlarda qeyd edilib. Məlumatın niyə sənədləşdirilmədiyi hələlik açıqlanmır.

    Kan bu kəşfiyyat fəaliyyəti barədə ilk dəfə ayın əvvəlində məlumat vermişdi. Həmin vaxt yayımlanan xəbərdə əməliyyatın nə girov Mengistu ilə bağlı irəliləyişə, nə də yaxınlaşan hücumla bağlı açıq siqnala səbəb olmadığı bildirilirdi.

    Məlumata görə, bu açıqlamalar İsrail ordusunun Baş Qərargah rəisi Eyal Zamirin 2018-ci ildən bəri daxil olan və HƏMAS-ın genişmiqyaslı hücum planlarını əks etdirən kəşfiyyat hesabatlarının düzgün qiymətləndirilməməsi ilə bağlı xüsusi ekspert qrupu yaratmasından təxminən iki həftə sonra səsləndirilib. Sözügedən məsələ İsrail ordusunun 7 oktyabr hadisələri ilə bağlı ilkin daxili araşdırmalarına daxil edilməmişdi.

    #İsrail ordusu HƏMAS hücumundan bir gün əvvəlki kəşfiyyatı nəzərə almayıb – Kan #Oktyabrın 6-da əldə edilən məlumatlar niyə qiymətləndirilmədi? #İsrail mediası: Hücumdan əvvəl təhlükə siqnalları mövcud olub #İsrailin 7 oktyabr hücumundan əvvəl buraxdığı kritik səhv #HƏMAS hücumu ərəfəsində nəzərə alınmayan kəşfiyyat məlumatı #İsrail ordusunun kəşfiyyat boşluğu necə yarandı? #Kan: İsrail ordusu hücumdan əvvəlki məlumatı rədd edib #HƏMAS hücumu öncəsi xəbərdarlıq iddiaları #İsrail ordusunun qərarları yenidən araşdırılır #İsrail ordusu HƏMAS hücumu ərəfəsində kəşfiyyatı dəyərləndirməyib
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Doha Livan ordusuna dəstək üzrə beynəlxalq hazırlıq görüşünə ev sahibliyi edəcək

    13 Fevral 2026 13:31

    Suriyadan İraqa köçürülən minlərlə İŞİD üzvü istintaqa cəlb edilib

    13 Fevral 2026 12:01

    Səudiyyə Ərəbistanı və Pakistan strateji müdafiə tərəfdaşlığını gücləndirir

    13 Fevral 2026 09:53

    Səudiyyə Ərəbistanında kadr islahatı: Kral Salmandan şok təyinatlar - Kəşfiyyat rəhbəri də dəyişdi

    13 Fevral 2026 07:29

    Epstein sənədlərində MİT-in Suriyada ABŞ-a qarşı əməliyyatı barədə məlumat verilib

    12 Fevral 2026 18:38

    Suriya Səudiyyə Ərəbistanı ilə münasibətlərin möhkəmliyini bir daha təsdiqlədi

    12 Fevral 2026 13:06

    İŞİD-in Suriya prezidentinə qarşı sui-qəsd planı ifşa edildi

    12 Fevral 2026 10:58

    ABŞ-ın Suriyadakı hərbi mövqelərində dəyişiklik

    12 Fevral 2026 09:24

    Tramp və Netanyahu Ağ Evdə bir araya gəldi: Masada İran və Qəzza var

    11 Fevral 2026 22:17

    Qəzzada atəşkəs dövründə 573 nəfər həlak olub

    10 Fevral 2026 14:23

    Səudiyyə Ərəbistanı və Suriya XİN rəhbərləri Suriyanın təhlükəsizliyi və iqtisadiyyatını müzakirə ediblər

    10 Fevral 2026 12:52

    İordan çayının qərb sahilində iqtisadi çöküş: 100 min fələstinli işsiz və ac qalıb

    10 Fevral 2026 10:17
    XƏBƏR LENTİ

    Bu gün SSRİ və ÇXR arasında qarşılıqlı müdafiə müqaviləsi imzalanıb

    Prezident İlham Əliyev: Bizə hər hansı ölkə, o cümlədən Fransa ilə heç bir problem lazım deyil

    Prezident İlham Əliyev “France 24”ə qanunsuz separatçı rejimin liderlərinə verilən cəzadan danışdı

    Prezident İlham Əliyev: Normallaşma prosesi uğurla irəliləyir

    Prezident İlham Əliyev: Biz daimi olacağına ümid etdiyimiz sülh dövrünə qədəm qoymuşuq

    Prezident İlham Əliyev Münxendə “France 24” telekanalına müsahibə verib

    Bu gün Xomeyni Salman Rüşdi haqqında ölüm hökmü verdi

    14 Fevral: Həririnin Qətli və YouTube-un Doğuşu: 14 Fevral Dosyesi

    Prezident İlham Əliyev: Bu gün Azərbaycan həm Şərqdə, həm də Qərbdə ehtiyac duyulan ölkədir

    Prezident İlham Əliyev: Yeni dünya nizamı “kim güclüdür, o da haqlıdır” anlamına gəlməməlidir

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.