BAKI, AzerVoice, Nərmin Ağayeva
Antalya Böyükşəhər Bələdiyyəsində rüşvət əməliyyatı zamanı 17 nəfər saxlanılıb.
AzerVoice xəbər verir ki, Türkiyənin Antalya şəhərində aparılan istintaq çərçivəsində bələdiyyə ilə bağlı rüşvət iddialarına görə keçirilən əməliyyatda 17 şübhəli nəzarətə götürülüb.
Qeyd edək ki, əməliyyat yerli polis və prokurorluğun koordinasiyalı fəaliyyəti nəticəsində həyata keçirilib. Saxlanılan şəxslərin ifadələri əsasında istintaq davam etdirilir.