BAKI, AzerVoice, Nərmin Ağayeva
Türkiyədə İstanbul Böyükşəhər Bələdiyyəsinə qarşı keçirilən əməliyyat nəticəsində 14 nəfər barəsində həbs qərarı çıxarılıb.
AzerVoice xəbər verir ki, jandarm qüvvələri tərəfindən aparılan əməliyyat çərçivəsində İstanbul Böyükşəhər Bələdiyyəsinə bağlı müxtəlif ünvanlarda axtarışlar aparılıb. Əməliyyat nəticəsində 14 nəfər saxlanılaraq həbs olunub.
Qeyd edək ki, İstanbul Böyükşəhər Bələdiyyəsinə qarşı son aylarda bir neçə dəfə hüquq-mühafizə orqanları tərəfindən araşdırmalar və əməliyyatlar həyata keçirilib.