BAKI, AzerVoice, Səməd Əyyubov
Avqustun 10-da Türkiyə hava məkanından 1 873 tranzit uçuş həyata keçirilib və bu göstərici bütün zamanların rekordunu yeniləyib.
AzerVoice xəbər verir ki, Türkiyə Nəqliyyat və İnfrastruktur Nazirliyinin məlumatına görə, həmin gün 1 873 tranzit uçuşla tarixdə ən yüksək göstərici qeydə alınıb. Avqustun 9-da isə ümumilikdə 6 330 uçuşla ən yüksək gündəlik hava trafiki rəqəminə çatılıb. Rekord günündə orta hesabla hər 13,6 saniyədə bir uçuş reallaşıb.
Bundan əvvəl, Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu avqustun 2-də İstanbul və Antalya hava limanlarında həm sərnişin, həm də uçuş sayında bütün zamanların rekordunun qırıldığını bildirmişdi.