Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Türkiyə

    Türkiyə ilə İndoneziya arasında 48 ədəd KAAN döyüş təyyarəsinin satışına dair müqavilə imzalandı

    26 İyul 2025 15:01
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice

    Türkiyənin Milli Döyüş Təyyarəsi KAAN layihəsi çərçivəsində, Türkiyə və İndoneziya arasında 48 ədəd KAAN təyyarəsinin satışı ilə bağlı kommersiya müqaviləsi imzalanıb.

    AzerVoice xəbər verir ki, müqavilə Türkiyə Müdafiə Sənayesi İdarəsinin təşəbbüsü və Türk Hava və Kosmos Sənayesi (TUSAŞ) tərəfindən hazırlanan layihə çərçivəsində həyata keçirilib.

    İmzalanma mərasimində Türkiyə Müdafiə Sənayesi İdarəsinin sədri Haluk Görgün, İndoneziya Müdafiə naziri Sjafrie Sjamsoeddin, TUSAŞ İdarə Heyətinin sədri Ömer Cihad Vardan, Milli Müdafiə nazirinin müavini və TUSAŞ sədr müavini Şuay Alpay və TUSAŞ baş direktoru Mehmet Demiroğlu iştirak ediblər.

    Mərasimdən sonra çıxış edən Müdafiə Sənayesi İdarəsinin sədri Haluk Görgün bu müqaviləni “tarixin içində tarixi bir an” adlandırıb və bildirib ki, bu əməkdaşlıq Rəcəb Tayyib Ərdoğan və İndoneziya Prezidenti Prabowo Subiantonun liderliyi və siyasi iradəsi ilə mümkün olub.

    Görgün bildirib ki, 11 iyun 2025-ci il tarixində imzalanmış “Dövlətdən-dövlətə (G2G) Təchizat Sazişi” çərçivəsində bu kommersiya müqaviləsi, 48 ədəd KAAN təyyarəsinin İndoneziyaya tədarükünü və texniki detalları əhatə edir.

    Əməkdaşlıq çərçivəsində İndoneziyada yerli sənaye infrastrukturu yaradılacaq, iki ölkə arasında istehsal və mühəndislik sahəsində əlaqələrin inkişaf etdirilməsi planlaşdırılır. Görgün, layihədə iştirak edəcək İndoneziya tərəfdaşları – başda PT RAD və PTDI olmaqla – bütün qurumlara təşəkkür edib və müqavilənin hər iki ölkə üçün faydalı olacağına ümid etdiyini bildirib.

    #Türkiyə #Rəcəb Tayyib Ərdoğan #Türkiyənin Milli Müdafiə nazirliyi #TUSAŞ #KAAN #Türkiyə müdafiə sənayesi #Haluk Görgün #İndoneziya #Müdafiə sənayesi əməkdaşlığı #Mehmet Demiroğlu
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Bakıda Azərbaycan-Türkiyə hərbi əməkdaşlığına dair müzakirələr aparılıb

    17 Dekabr 2025 12:27

    Azərbaycan və Ermənistan sülhə heç vaxt olmadığı qədər yaxındır - Ərdoğan

    16 Dekabr 2025 16:40

    Azərbaycan və Türkiyə silahlı təcavüzə məruz qaldıqda bir-birinə hərbi yardım göstərəcək

    16 Dekabr 2025 12:39

    Türkiyənin hava məkanını pozan PUA F-16-lar tərəfindən zərərsizləşdirilib

    15 Dekabr 2025 23:04

    Bakı-Naxçıvan dəhlizi Türk dövlətləri arasında ticarəti gücləndirəcək - Ərdoğan

    15 Dekabr 2025 17:12

    Rusiya–Ukrayna müharibəsində diplomatik dialoq üçün İstanbul əsas mərkəz olaraq qalır - Hakan Fidan

    15 Dekabr 2025 16:05

    Türkiyənin Qəzzada nizamlanma ilə bağlı mövqeyinin dəyişməz olaraq qalır - Ərdoğan

    14 Dekabr 2025 21:42

    Türkiyə Qəzzaya humanitar yardım gəmisi göndərdi

    13 Dekabr 2025 17:06

    "Qalatasaray" "Real"ın müdafiəçisi ilə maraqlanır

    13 Dekabr 2025 16:49

    ABŞ ilə 100 milyard dollarlıq ticarət hədəfi üçün işlər davam edir - Ömər Bolat

    13 Dekabr 2025 15:55

    Vəzifəsindən azad olunan CHP-li Bələdiyyə Başçısı, Bahçeli ilə görüşüb

    13 Dekabr 2025 15:30

    Ərdoğan Qara Dənizdə gəmilərə edilən hücumlara münasibət bildirib

    13 Dekabr 2025 15:10
    Demo
    XƏBƏR LENTİ

    Ərdoğan Qəzzada həlak olan Hind Rəcəbin ailəsi ilə görüşüb

    Suriya Livana göndərilən silah partiyasını müsadirə edib

    Səudiyyə Ərəbistanına qar yağıb

    Tacikistan Rusiyada məktəblinin öldürülməsini etnik nifrət zəminində hücum kimi qiymətləndirib

    Çinin yeni aviadaşıyan gəmisi Fuçzyan ilk dəfə Tayvan boğazından keçib

    Hanuka bayramının dördüncü günündə 600-dən çox israilli Əl-Əqsaya daxil olub

    Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində işəgötürənlərlə növbəti görüş olub

    Qarabağ DOST Evinə daha 21 yeni benefisiar qəbul edilib

    Atlantikadan boşluğa: Trampın strategiyası qarışıqlığın manifesti kimi

    Türkiyədən Özbəkistana sement ixracı artıb (ÖZƏL)

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2025 Azervoice.
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.