BAKI,AzerVoice
Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ordu generalı Metin Gürak, rəsmi dəvəti ilə Ankarada səfərdə olan Fransa Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ordu generalı Tyerri Burxardı hərbi mərasimlə qarşılayıb.
AzerVoice xəbər verir ki, hərbi qarşılama mərasimindən sonra general Gürak və general Burxard arasında Türkiyə Baş Qərargah İdarəsində nümayəndə heyətlərinin iştirakı ilə görüş keçirilib.
Görüşdə iki ölkə arasında hərbi əməkdaşlıq və təhlükəsizlik sahəsində mövcud əlaqələr, regional və beynəlxalq məsələlər müzakirə olunub.
Səfər çərçivəsində Fransa Baş Qərargah rəisi, həmçinin Türkiyənin Milli Müdafiə naziri Yaşar Gülərlə də görüşüb. Nazirin qəbulunda general Metin Gürak da iştirak edib.
Tərəflər arasında keçirilən yüksək səviyyəli görüşlər, Türkiyə ilə Fransa arasında hərbi və müdafiə sahəsində əməkdaşlığın inkişaf etdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.







