Əsas səhifə » Boluda yanğın - heyvanlar və evlər külə dönüb

Boluda yanğın - heyvanlar və evlər külə dönüb

BAKI, AzerVoice

Bolu kəndində gecə saatlarında baş verən güclü yanğında 2 ev və 10 samanlıq külə dönüb, çox sayda heyvan tələf olub.

AzerVoice xəbər verir ki, Türkiyənin Bolu şəhərinin Mudurnu rayonuna bağlı Çamyurdu kəndində gecə saatlarında güclü yanğın baş verib.

Hadisə nəticəsində Seyfəddin Aldemir və Ahmet Baştürkə məxsus iki ev və on otlaq tamamilə yanaraq külə dönüb. Yanğının təsir dairəsi səhər açılanda tam bəlli olub.

İlkin məlumata görə, naməlum səbəblərdən otluqda başlayan yanğın qısa müddətdə yaxınlıqdakı digər ot tayalarına və taxta konstruksiyalı evlərə keçib. Alovun sürətlə yayılması nəticəsində çoxlu sayda mal-qara və qoyun yanaraq tələf olub.

Hadisə yerinə Mudurnu və Taşkesti bölgələrindən yanğınsöndürənlər, Meşə Təsərrüfatı Müdirliyinin su maşınları və jandarma qüvvələri cəlb olunub. Kənd sakinlərinin dəstəyi ilə alov səhər saatlarında nəzarətə alınıb və tamamilə söndürülüb.

Qeyd edək ki, yanğının səbəbi ilə bağlı araşdırmalara başlanılıb. Ərazidə dəymiş zərərin miqyasının qiymətləndirilməsi və zərərçəkənlərin dəstəklənməsi üçün müvafiq qurumlar işə başlayıb.

Digər Kateqoriyalar

2025 © Azervoice