Əsas səhifə » Devlet Bahçeli DEM Partiyası İlə Görüşüb

Devlet Bahçeli DEM Partiyası İlə Görüşüb

BAKI, AzerVoice

Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Devlet Bahçeli ilə Xalqların Bərabərliyi və Demokratiya Partiyasının (DEM Parti) nümayəndə heyəti arasında görüş baş tutub.

AzerVoice xəbər veir ki, görüş Türkiyə Böyük Millət Məclisində (TBMM), Bahçelinin parlamentdəki qəbul otağında keçirilib.

Görüşdə TBMM sədr müavini və DEM Partiyanın Van millət vəkili Pərvin Buldan, həmçinin partiyanın Şanlıurfa millət vəkili Midhat Sancar iştirak edib.

Tərəflər arasında aparılan müzakirələrdə "Terrorsuz Türkiyə" prosesi çərçivəsindəki son inkişafların və siyasi dialoq imkanlarının dəyərləndirildiyi gözlənilir. Hələlik görüşlə bağlı rəsmi açıqlama verilməyib.

DEM Partiya heyətinin siyasi dialoq ziyarətləri çərçivəsində 17 iyul cümə axşamı günü Cümhuriyyət Xalq Partiyasının (CHP) mərkəzində partiya sədri Özgür Özəl ilə də görüşəcəyi bildirilib.

Digər Kateqoriyalar

2025 © Azervoice