Əsas səhifə » İsrail Yəmən ərazisindən atılan raketi ələ keçirib

İsrail Yəmən ərazisindən atılan raketi ələ keçirib

BAKI, AzerVoice

İsrail ordusu Yəmən ərazisindən ölkə istiqamətinə növbəti raket hücumunun qeydə alındığını bildirib.

AzerVoice xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, raket hava hücumundan müdafiə (HHM) sistemi tərəfindən ələ keçirilib.

Raket təhlükəsi ilə əlaqədar olaraq ölkənin bir sıra bölgələrində, xüsusilə Negev səhrasında və Ölü dəniz ətrafında həyəcan siqnalları səsləndirilib.

Hazırda hadisə nəticəsində xəsarət alanlar və dağıntılar barədə məlumat yoxdur.

Qeyd edək ki, bu, Yəməndən İsrailə doğru 10 iyul tarixindən bəri qeydə alınan ilk raket hücumudur. Həmin gün də bir raketin buraxıldığı və HHM sistemi tərəfindən məhv edildiyi bildirilmişdi.

Digər Kateqoriyalar

2025 © Azervoice