BAKI, AzerVoice
İstanbul Böyükşəhər Bələdiyyə Başçısı Əkrəm İmamoğlu dövlət məmurunu təhdid ittihamı ilə həbs cəzası alıb.
AzerVoice xəbər verir ki, İstanbul
Böyükşəhər Bələdiyyəsinin başçısı Əkrəm İmamoğlu İstanbul
Respublika Baş prokuroru Akın Gürlekə ünvanladığı ifadələrlə bağlı
məhkəmə qarşısına çıxarılıb.
İmamoğlu “dövlət məmurunu təhqir və təhdid etmək” ittihamı ilə 1 il
8 ay müddətinə azadlıqdan məhrum edilib.
Məhkəmə qərarına əsasən, İmamoğlunun cəzası ertələnməyib. Qərarın qüvvəyə minməsi halında hüquqi prosesin davam edəcəyi və İmamoğlunun siyasi gələcəyinə təsir edə biləcəyi bildirilir.
Qeyd edək ki, İmamoğlunun Gürlekə yönəlik açıqlamaları daha əvvəl ictimai və siyasi çevrələrdə geniş müzakirələrə səbəb olmuşdu. Vəkilləri qərardan apellyasiya şikayəti verəcəklərini bəyan ediblər.