BAKI, AzerVoice
Türkiyədə başda Ankara olmaqla 4 şəhərdə FETÖ-yə qarşı əməliyyat keçirilib.
AzerVoice xəbər verir ki, bu barədə Ankara Respublika Baş Prokurorluğu açıqlama yayıb.
Terror Cinayətləri İstintaq Bürosu Xarici İşlər Nazirliyi daxilində FETÖ-nün gizli strukturunun üzvü olduğu təsbit edilən şübhəlilər haqqında araşdırmalara başlayıb. Bu şübhəlilərin təşkilatın gizli rabitə vasitəsi olan ByLock-dan istifadə etdikləri, taksofonlardan və sabit telefonlardan ardıcıl zənglərin qeydinə malik olduqları və təşkilata üzv olduqlarını təsdiq edən şahid ifadələri olduğu müəyyən edilib.
Bu çərçivədə təşkilatla əlaqəsi olduğuna görə Xarici İşlər Nazirliyindəki işlərindən uzaqlaşdırılan 5 şübhəli və hələ də qurumda işləyən 3 şübhəli haqqında həbs qərarı verilib.
Qeyd edək ki, Türkiyədə başda Ankara olmaqla 4 şəhərdə başladılan istintaq çərçivəsində Terrorla Mübarizə Şöbə Müdirliyinə bağlı qrupların şübhəlilərin tutulması üçün əməliyyatların davam etdiyi bildirilir.