Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Digər Dövlətlər

    ABŞ İsraildən Suriyaya hücumlarını dayandırmağı xahiş edib

    16 İyul 2025 18:49
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice

    ABŞ prezidenti Donald Trampın administrasiyası İsrailə müraciət edərək Suriyaya ərazisinə hərbi hava zərbələrini dayandırmağı xahiş edib.

    AzerVoice xəbər verir ki, bu barədə “Axios” portalı amerikalı rəsmilərə istinadən məlumat verib.

    “İyulun 16-da Tramp administrasiyası İsrailə yenidən müraciət edərək Suriyaya qarşı hücumları dayandırmağı və gərginliyin azaldılması məqsədilə Dəməşq hakimiyyəti ilə dialoqa başlamağı tövsiyə edib” – deyə, məlumatda bildirilib.

    Xatırladaq ki, bir qədər əvvəl İsrail ordusu Dəməşqdə Suriya Baş Qərargah binasına zərbə endirdiyini açıqlamışdı. Bundan əvvəl isə İsrailin müdafiə naziri İsrael Kats xəbərdarlıq etmişdi ki, əgər Suriya hakimiyyəti cənubdakı Əs-Süveyda şəhərindən qoşunlarını geri çəkməsə, İsrail bu ölkəyə qarşı hücumlarını davam etdirəcək.

    Qeyd edək ki, İsrail hökuməti ötən ilin sonlarında Dəməşqdə hakimiyyətin dəyişməsindən sonra dəfələrlə Suriyada yaşayan druzların müdafiəsini dəstəklədiyini ifadə edib və lazım gəldikdə onlara özünümüdafiə məqsədilə yardım göstərməyə hazır olduğunu bəyan edib.

    Məlumat üçün bildirək ki, druzlar – Suriya, Livan, İsrail və İordaniyada yaşayan, ərəb dilli və dini baxımdan özünəməxsus etnokonfessional qrupdur. Suriyada təxminən 700 min druz yaşayır ki, bu da kürdlər və ələvilərdən sonra ölkədəki üçüncü ən böyük dini-etnik azlıqdır.

    #İsrail #ABŞ #Suriya #Dəməşq #hava hücumu #Druz #Tramp administrasiyası #İsrailin hava hücumları #İsrailin Suriyaya müdaxiləsi #Suriyalı druzlar və İsrailin mövqeyi #Druz icması #druzlar #İsrailin hava zərbələri #İsrailin Suriyaya hava hücumları #İsrailin Suriya daxilində druz və kürdlərlə əlaqələri #Druzların qorunması bəhanəsi #Suveyda hadisələri #Suriya ordusu və druz icması #İsrail druz siyasəti #Druzların İsrailə münasibəti #Suriyada druz liderləri #Suriyada druz təriqəti #Süveyda druzlar #Suriya druzlarının siyasi mövqeyi #İsrail və druz siyasəti #Suriyada druzların bölünməsi
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    BMT Təhlükəsizlik Şurası Suriya Prezidenti və daxili işlər nazirinə qarşı sanksiyaları ləğv edib

    7 Noyabr 2025 06:58

    İsrail Qəzzaya yardım əvəzinə cips və şokolad göndərir

    7 Noyabr 2025 04:00

    Sudanda atəşkəs elan edildi

    7 Noyabr 2025 02:00

    Ceyhun Bayramov NATO nümayəndə heyəti ilə görüşüb

    6 Noyabr 2025 18:34

    İsrail ordusu Livanın cənubuna hava hücumu həyata keçirib

    6 Noyabr 2025 14:56

    ABŞ-ın Qəzza ilə bağlı BMT qətnamə layihəsinə Səudiyyə Ərəbistanı, Qətər və BƏƏ dəstək verib

    6 Noyabr 2025 09:38

    Əsəd dövründə ordudan ayrılan zabitlər geri qayıda biləcək - Suriya Müdafiə Nazirliyi

    6 Noyabr 2025 09:20

    C5+1 formatı Azərbaycanla birlikdə C6 formatına çevrilməlidir - Riçard Hoqland

    5 Noyabr 2025 20:17

    Azərbaycan və Suriya: köhnə Yaxın Şərqdə yeni enerji geosiyasəti

    5 Noyabr 2025 13:58

    Türkiyə Suriya və İordaniya üzərindən körfəzə quru dəhliz açmağı planlaşdırır

    5 Noyabr 2025 13:15

    Merts Suriya Prezidentini Almaniyaya dəvət edib

    4 Noyabr 2025 13:04

    ABŞ-dan İraq-Türkiyə su əməkdaşlığına dəstək

    4 Noyabr 2025 11:46
    Demo
    XƏBƏR LENTİ

    Yuxuda zürafə görmək

    Qazaxıstan “İbrahim Razılaşmalarına” qoşulacaq - Tramp

    Beynəlxalq sabitlik qüvvələri çox yaxın vaxtda Qəzzəyə yerləşdiriləcək - Tramp

    Yuxuda səhabə görmək

    BMT Təhlükəsizlik Şurası Suriya Prezidenti və daxili işlər nazirinə qarşı sanksiyaları ləğv edib

    İsrail Qəzzaya yardım əvəzinə cips və şokolad göndərir

    Sudanda atəşkəs elan edildi

    Bu gün ABŞ siyasətində iki Afrika əsilli amerikalı ilkə imza atdı

    Tarixdə bu gün - 7 noyabr

    44 günlük Vətən müharibəsinin xronikası: 7 noyabr

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2025 Azervoice.
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.