Əsas səhifə » İsrailin Dəməşqə hücumları nəticəsində bir nəfər həlak olub

İsrailin Dəməşqə hücumları nəticəsində bir nəfər həlak olub

BAKI, AzerVoice

İsrailin Dəməşqə endirdiyi zərbələr nəticəsində azı bir nəfər həlak olub, 18 nəfər isə yaralanıb.

AzerVoice xəbər verir ki, bu barədə Suriya Səhiyyə Nazirliyi məlumat yayıb.

“İsrailin Suriya paytaxtına endirdiyi zərbələr nəticəsində bir mülki şəxs həlak olub, daha 18 nəfər xəsarət alıb” – deyə məlumatda bildirilib.

Qeyd edək ki, bir qədər əvvəl İsrail ordusu Dəməşqdə Suriya Baş Qərargah binasına zərbə endirdiyini açıqlamışdı. Bundan əvvəl isə İsrailin müdafiə naziri İsrael Kats xəbərdarlıq etmişdi ki, əgər Suriya hakimiyyəti cənubdakı Əs-Süveyda şəhərindən qoşunlarını geri çəkməsə, İsrail bu ölkəyə qarşı hücumlarını davam etdirəcək.

Əlavə edək ki, İsrail hökuməti ötən ilin sonlarında Dəməşqdə hakimiyyətin dəyişməsindən sonra dəfələrlə Suriyada yaşayan druzların müdafiəsini dəstəklədiyini ifadə edib və lazım gəldikdə onlara özünümüdafiə məqsədilə yardım göstərməyə hazır olduğunu bəyan edib.

Məlumat üçün bildirək ki, druzlar – Suriya, Livan, İsrail və İordaniyada yaşayan, ərəb dilli və dini baxımdan özünəməxsus etnokonfessional qrupdur. Suriyada təxminən 700 min druz yaşayır ki, bu da kürdlər və ələvilərdən sonra ölkədəki üçüncü ən böyük dini-etnik azlıqdır.

Digər Kateqoriyalar

2025 © Azervoice