BAKI, AzerVoice
Türkiyə Silahlı Qüvvələri (TSK) İraqın şimalında yerləşən Pençe-Kilit əməliyyat bölgəsində PKK terror təşkilatına qarşı axtarış və təhlükəsizlik tədbirlərini davam etdirir.
AzerVoice xəbər verir ki, Türkiyə Milli Müdafiə Nazirliyi bu barədə rəsmi X hesabında məlumat yayıb.
Verilən açıqlamaya görə, iyulun 5-dən 7-dək aparılan əməliyyatlar zamanı terrorçular tərəfindən istifadə olunduğu müəyyən edilən 1800 metr uzunluğunda və 33 otaqdan ibarət nəhəng mağara kompleksi aşkarlanıb. Mağarada çoxlu sayda silah, sursat aşkarlanıb.
Əməliyyat çərçivəsində aşkarlanan və məhv edilən vasitələr arasında 53 ədəd AK-47 və M16A4 tipli avtomat silah, 9 snayper tüfəngi, 100 kiloqram partlayıcı maddə və 6 ədəd SA-7 tipli zenit raketi yer alır.
Nazirlik bildirib ki, bölgədə terrorçuların izinə düşmək, potensial təhdidləri aradan qaldırmaq və ərazini tam təhlükəsizləşdirmək məqsədilə axtarış-tarama fəaliyyətləri qətiyyətlə davam etdirilir.
5-7 Temmuz 2025
— T.C. Millî Savunma Bakanlığı (@tcsavunma) July 14, 2025
Kahraman Türk Silahlı Kuvvetlerimiz, Irak’ın kuzeyindeki arama tarama faaliyetlerine aralıksız devam ediyor.
Pençe-Kilit Operasyonu bölgesinde tespit edilen mağarada; silah, mühimmat ve yaşam malzemesi ele geçirildi.
Ele geçirilenler şu şekilde:
53… pic.twitter.com/GYbUn9veqy