BAKI, AzerVoice
Türkiyənin Ədirnə və Konya şəhərlərində yanğın baş verib.
AzerVoice xəbər verir ki, Ədirnədə buğda və günəbaxan tarlalarında yanğın baş verib.
Külək tərəfindən idarə olunan alov yayıldıqca səmanı qatı tüstü bürüdü. Əraziyə polis, jandarma və yanğınsöndürənlər göndərilib. Tüstü basan magistral hər iki istiqamətdə nəqliyyatın hərəkəti üçün bağlanıb. Yanğınsöndürənlər alovun nəzarət altına alınması üçün çalışırlar.
Konyanın Doğanhisar rayonunda isə meşə yanğını baş verib. Əraziyə ezam olunmuş ekipajlar alovla qurudan və havadan mübarizə aparır.
Doğanhisarın Güvendik məhəlləsinin Darvras məhəlləsində səhər yerli saatla 11:00 radələrində meşə yanğını baş verib. Xəbər alındıqdan sonra əraziyə Doğanhisar və İlgın meşə idarəsi və yanğınsöndürmə qrupları sövq edilib, yanğını yerdən söndürmək üçün yanğınsöndürmə vertolyotu da səfərbər edilib.
Konya Qubernatorluğunun "X" hesabından edilən açıqlamada, "Doğanhisar mahalına bağlı Güvendik məhəlləsinin Davras bölgəsində saat 11:08-də başlayan meşə yanğını Valiliğimizin koordinasiyasında bütün ekipajlarımızla qurudan və havadan davamlı olaraq mübarizə aparır" ifadələri işlədilib.
Ekipajlar yanğınla mübarizəni davam etdirir.
Qeyd edək ki, Türkiyədə artan meşə yanğınlarının əsas səbəbi İlk növbədə, iqlim dəyişikliyi nəticəsində ölkədə yay aylarında havanın həddindən artıq isti və quraq keçməsidir. Bundan əlavə, insan faktoru da mühüm rol oynayır. Siqaret izmaritlərinin yerə atılması, nəzarətsiz şəkildə od qalamaq, anız yandırmaq və digər ehtiyatsız davranışlar yanğınlara səbəb ola bilir. Bəzi hallarda isə yanğınların qəsdən törədildiyi, xüsusilə torpaq əldə etmək və ya turizm məqsədilə meşə ərazilərinin yandırıldığı qeyd olunur.