Əsas səhifə » Britaniyadakı təyyarə qəzasında 4 nəfər ölüb

Britaniyadakı təyyarə qəzasında 4 nəfər ölüb

BAKI, AzerVoice

London yaxınlığında yerləşən Soutend hava limanında baş verən təyyarə qəzası nəticəsində 4 nəfər həlak olub.

AzerVoice xəbər verir ki, bu barədə PA agentliyi məlumat yayıb.

Qəza iyulun 13-də, yerli vaxtla saat 15:45-də (Bakı vaxtı ilə 18:45) baş verib. Hadisəyə "Beechcraft King Air B200" tipli kiçik biznes təyyarəsinin havaya qalxdıqdan dərhal sonra yerə çırpılması səbəb olub.

Hadisə şahidlərinin sözlərinə görə, iki mühərrikli turbovintli təyyarə göyə qalxdıqdan cəmi bir neçə saniyə sonra yerə düşüb, ardınca isə güclü partlayış baş verib.

Qəzadan sonra Soutend hava limanı müvəqqəti olaraq bağlanıb. Hazırda hadisə yerində Böyük Britaniyanın Aviasiya Qəzalarını Araşdırma Bürosu (AAIB) araşdırmalara başlayıb. Rəsmi qurum hələlik qurbanlarla bağlı dəqiq məlumat verməyib.

Digər Kateqoriyalar

2025 © Azervoice