BAKI, AzerVoice
ABŞ Prezidenti Donald Tramp bildirib ki, Vaşinqton Ukraynada əbədi sülhə nail olmaq niyyətindədir.
AzerVoice xəbər verir ki, o, bu açıqlamanı NATO baş katibi Mark Rutte ilə Ağ Evdə keçirilən görüş zamanı verib.
“Biz əbədi sülh istəyirik” – deyə, Tramp bəyan edib və əlavə edib ki, həm Moskva, həm də Kiyev arasında münaqişənin həlli üçün lazım olan əsas parametrlər artıq məlumdur. “Hər iki tərəfin bildiyi müəyyən parametrlər var. Nə etməli olduğumuzu artıq bilirik” – deyə, ABŞ prezidenti vurğulayıb.
Trampın sözlərinə görə, ABŞ və Rusiya daha əvvəl də bir neçə dəfə Ukrayna üzrə razılığa gələ bilərdilər.
“Dörd dəfə elə hiss etdim ki, razılaşma əldə olunub. Bu Trampın savaşı deyil. Biz buradayıq ki, bu müharibəyə son qoyaq. Bu münaqişənin qalibi olmayacaq. Hər baxımdan uğursuzluğa məhkum olunmuş bir prosesdir” – deyə, o əlavə edib.
Tramp, Ukraynada baş verən hərbi əməliyyatlara görə əsas məsuliyyətin sabiq prezident Co Baydenin və digər bəzi şəxslərin üzərində olduğunu iddia edib:
“Bu, Baydenin və digərlərinin işidir. Bu, olduqca kədərli bir vəziyyətdir.”