BAKI, AzerVoice
Türkiyənin daxili işlər naziri Ali Yerlikaya FETÖ-yə qarşı son iki həftə ərzində keçirilən əməliyyatların nəticələri ilə bağlı açıqlama verib.
AzerVoice xəbər verir ki , nazir
bildirib ki, aparılan əməliyyatlar zamanı 50 şübhəli saxlanılıb,
onlardan 33 nəfəri barəsində həbs qərarı verilib, 5 nəfər məhkəmə
nəzarəti ilə sərbəst buraxılıb.
Digərləri ilə bağlı istintaq tədbirləri davam etdirilir.
Nazir əlavə edib ki, 2025-ci il ərzində FETÖ-yə qarşı əməliyyatlarda ümumilikdə 910 nəfər həbs edilib, 1006 nəfər barəsində isə məhkəmə nəzarəti qərarı təyin edilib.
Əməliyyatlar Aksaray, Amasya, Ankara, Aydın, Balıkəsir, Batman, Bursa, Ədirnə, Elazığ, Qaziantep, Hatay, İzmir, Karaman, Kırıkkale, Kocaeli, Kütahya, Manisa, Mersin, Şanlıurfa və Yozgat daxil olmaqla 20 şəhərdə keçirilib. Saxlanılan şəxslər FETÖ-nün strukturunda aktiv fəaliyyət göstərməkdə, gizli rabitə vasitələri (pak telefonlar) ilə təşkilat nümayəndələri ilə əlaqə saxlamaqda, maliyyə dəstəyi verməkdə və sosial şəbəkələrdə təbliğat aparmaqda ittiham olunurlar.
"Millətimizin birliyinə və dövlətimizin bütövlüyünə təhlükə yaradanlara qarşı qətiyyətli mübarizəmiz davam edəcək." - deyə Nazir Yerlikaya əməliyyatlara rəhbərlik edən hüquq-mühafizə orqanlarını təbrik edərək bildirib.