Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Azərbaycan İslam Ensiklopediyası

    Min illik sirr: Zəm-zəm suyunun mənşəyi və əfsanəsi

    14 İyul 2025 14:39
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,AzerVoice

    Zəm-zəm suyu Məkkə şəhərində, Məscidül-Həram ərazisində, İslam dininin ən müqəddəs yeri sayılan Kəbədən 20 metr şərqdə yerləşən bulaqdır. Bu bulaq min illər əvvəl, İbrahim peyğəmbərin körpə oğlu İsmayıl susuzluqdan ağladığı zaman möcüzəvi şəkildə Allah tərəfindən yaradılmışdır. Hər il milyonlarla zəvvar Həcc və ya Ümrə ziyarətləri zamanı bu bulağın suyundan içir və özü ilə aparır.

    Zəm-zəm suyu müsəlmanlar tərəfindən müqəddəs sayılır.

    İmam əl-Buxari “Səhih” əsərində İbn Abbasın (Allah ondan razı olsun) rəvayət etdiyi Zəm-zəm quyusunun yaradılması hekayəsini nəql edir:

    İbrahim peyğəmbər həyat yoldaşı Hacəri və kiçik oğlu İsmayılı səhrada qoyub gedir və onlara bir kisə xurma və bir qab su verir. Hacər ona deyir: “Bizi burada, insanların və heç nəyin olmadığı səhrada tək buraxırsan?” O, bu sualı israrla verir. Nəhayət soruşur: “Bunu sənə Allah əmr edib?” İbrahim peyğəmbər cavab verir: “Bəli.” Hacər isə deyir: “O halda Allah bizi tənha buraxmaz.”

    Bundan sonra İbrahim peyğəmbər üzünü Kəbəyə tutaraq dua edir: “Ey Rəbbimiz! Mən nəslimdən bir qismini Sənin Müqəddəs Evindən (Beytül-Həram) kənarda, əkinsiz bir vadidə yerləşdirdim ki, namaz qılsınlar və Sənə şükür etsinlər.”

    Yeməkləri və suları tükəndikdə Hacər su axtarmaq üçün Səfa və Mərvə təpələri arasında yeddi dəfə gedib-gəlir. Bu zaman İsmayıl torpağı qazaraq su mənbəyi tapır. Hacər İsmayılın su ilə oynadığını görür və suyun qarşısını kəsib gölməçə yaratmağa çalışır. Quranda “heç vaxt məhsul bitməyən bir vadi” olaraq ifadə edilən Məkkə vadisində onlara su verdiyi üçün Allaha şükür edir və suyu qabına dolduraraq onu əhatə etməyə çalışır.

    Peyğəmbərimiz bu haqda belə buyurur: “Allah İsmayılın anasına rəhmət eləsin. Əgər o, suyun yolunu kəsməsəydi, Zəm-zəm axar çay olardı.”

    Hacərə, Zəm-zəm suyunu içib övladını əmizdirərkən, Cəbrail (ə) deyir: “Qorxma, bu su tükənməyəcək və yox olmayacaq. Bu, Allahın evidir. Allah öz dostlarını qoruyar. Bu su, Allahın qonaqlarının içəcəyi sudur.”

    Zəm-zəm suyunun, İsmayılın topuqları ilə yerə vurması nəticəsində yer üzünə çıxdığı da rəvayət olunur. Digər tərəfdən, Hacərin Səfa və Mərvə təpələri arasında yeddi dəfə qaçması Həcc və Ümrə ibadətlərində yer alan “sə’i” ibadətinin əsasını təşkil edir.

    Kəbə əslində bir təpə üzərində idi və yağışlar zamanı sellər onun sağ və sol tərəflərindən axardı. Daha sonra Curhum qəbiləsi gəlib burada məskunlaşdı. Onlar, İbrahim peyğəmbərin arvadı Hacər və oğlu İsmayıl ilə birlikdə bu vadidə yaşamışdılar.

    Rəvayətə görə, Curhum qəbiləsi susuz səhrada uzaqdan Kəbənin üzərində dövrə vuran quşları görür və orada su olduğunu anlayır. Onlar Hacərə yaxınlaşaraq deyirlər: “Bu vadidə yaşamağa icazə verirsənmi?” Hacər cavab verir: “Bəli, burada qala bilərsiniz, lakin suya sahiblənmək haqqınız yoxdur.”

    Zəm-zəm quyusunun mənbəyi zamanla daraldıqda, Allah bu quyunu Əbdül-Müttəlibin əli ilə yenidən üzə çıxarır.

    Əli ibn Əbu Talib bu barədə belə nəql edir: “İsti yay günü idi... Əbdül-Müttəlib Kəbənin yaxınlığındakı Hicr yerində kölgədə uzanmışdı. Yuxusunda bir şəxs ona səsləndi: ‘Qalx, Tayyibanı qaz!’ Əbdül-Müttəlib soruşdu: ‘Tayyibə nədir?’ Ancaq həmin şəxs cavab vermədən uzaqlaşdı. O, yuxudan ayılıb həyəcanlandı.”

    Ertəsi gün yenə eyni yerdə yuxuya gedir. Bu dəfə həmin şəxs yenə peyda olub deyir: “Qalx, Bərrəni qaz.” Əbdül-Müttəlib yenə soruşur: “Bərrə nədir?” Yenə cavab verilmir. Üçüncü gün “Qalx, Mədnunəni qaz!” deyə səslənir. O, yenə soruşur: “Mədnunə nədir?” Amma heç bir cavab almır.

    Nəhayət, dördüncü gün həmin şəxs deyir: “Qalx, Zəm-zəmi qaz!” Əbdül-Müttəlib soruşur: “Zəm-zəm nədir və haradadır?” Cavab gəlir: “Zəm-zəm heç vaxt kəsilməyən və toxunulmayan bir sudur. Bu su zəvvarların ehtiyaclarını ödəyəcək. Kəbədə qurbanların qanının töküldüyü yer ilə heyvanların basdırıldığı yer arasındadır.”

    Bu dəfə Əbdül-Müttəlib yuxudan sevinc və həyəcanla oyanır. Çünki artıq Zəm-zəmin yerini tapmağa dair ipucları var idi. Curhumlular zamanında düşmən hücumu qorxusu ilə Məkkədən çəkilərkən Kəbənin qiymətli əşyalarını Zəm-zəm quyusuna ataraq onu torpaqla örtmüşdülər. Bu səbəbdən quyunun yeri unudulmuşdu. Amma adı yaşayırdı.

    Əbdül-Müttəlib başa düşdü ki, indi ona bu quyunu tapmaq və yenidən üzə çıxarmaq tapşırılıb. O, dərhal hərəkətə keçdi. Yuxusunda göstərilən yerə gedərkən bir qarğanın enib dimdiyi ilə yerə toxunduğunu və sonra göyə qalxdığını gördü. Bu, onun üçün işarə oldu.

    Sevincini sözlə ifadə etmək çətin idi. O, həyat verən bu quyunu tapıb üzə çıxarmaq şərəfinə nail olacaqdı. Ertəsi gün yeganə oğlu Harisi ilə birlikdə həmin yerə gedib qazmağa başladı. Nəhayət, dairəvi divar daşları və quyunun ağzı göründü. Əbdül-Müttəlib təkrar-təkrar “Allahu Əkbər!” deyərək sevincini ifadə etdi.

    Əbdül-Müttəlibin bu hərəkətini əvvəldən müşahidə edən Qüreyşlilər vəziyyətdən xəbərdar olduqdan sonra böyüklərini oraya göndərdilər. Onlar gəlib dedilər: “Əbdül-Müttəlib! Bu, atamız İsmayılın quyusudur. Bizim də buna haqqımız var. Bizi də bu işə şərik et.” Əbdül-Müttəlib isə qəti şəkildə cavab verdi: “Xeyr! Bu iş yalnız mənə tapşırılıb!”

    Onların narazılığı artdı. Aralarından biri, Ədiyy ibn Nəvvəl dedi: “Sən tək adamsan. Yeganə oğlundan başqa kimsən yoxdur. Bizə qarşı necə təkbaşına çıxırsan?” Bu sözlər Əbdül-Müttəlibin qəlbini yaraladı. Qureyş onu tək olduğu üçün kiçik görürdü. Bu, onu dərin düşüncəyə saldı. Kədər içində bir müddət susdu və sonra əllərini göyə qaldıraraq dedi:

    “And içirəm, əgər Allah mənə on oğul bəxş etsə, onlardan birini Kəbənin yanında qurban verəcəyəm.”

    Rəsulullahın bibisi, Səfiyə binti Əbdül-Müttəlib (Allah ondan razı olsun) bu şərəfli işin atası Əbdül-Müttəlibə nəsib olmasına görə Allaha həmd edərək belə deyirdi:

    “Zəm-zəmi qazdıq,
    Həccilər üçün şəfa və qida olan Zəm-zəmi çıxardıq.”

    #Məkkə #Məkkə Yolu #Əhməd Hələbi #Məkkə və Mədinə #Məkkənin mühasirəsi #Məkkənin coğrafiyası #Zəmzəm suyu #Məkkə surələri #Məkkə Fəthi #Ramazanda Məkkə səyahəti #Məkkənin dini və tarixi məkanları #Ramazan ayında Məkkədə zəvvarlar üçün mədəni turizm #Məkkədə arxeoloji və tarixi yerlərə bələdçili səfərlər #Həzrət İbrahimin izləri ilə Məkkə ekskursiyası #Zəvvarlar üçün Məkkənin ən vacib dini məkanları #Məkkədə ümrə zamanı tarixi yerləri necə gəzmək olar #Ramazanda Məkkədə zəvvarlar hara gedə bilər? #Məkkənin dini və mədəni məkanları hansılardır?
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Ümrə vizası olmadan ümrə etmək olacq - Səudiyyə Həcc Nazirliyi

    7 Oktyabr 2025 14:38

    Yunus Surəsi və Yunus Peyğəmbər

    2 Oktyabr 2025 15:32

    Zübeydə xanımdan Kral Salmana: Həcc ziyarətçiləri üçün su xidmətləri

    23 Sentyabr 2025 09:00

    Dövrünün siyasi xadimi və sahəbə - Abdullah ibn Zübeyr

    14 Sentyabr 2025 15:55

    Çarlz Daouti Ramazan ayı ilə bağlı müsəlmanların təəssüratlarını önə çıxarır

    13 Sentyabr 2025 10:15

    Alman şərqşünası Con Vayldın Həcc səfəri müşahidələri

    9 Sentyabr 2025 10:00

    Məkkə haqqında "Qızıl Kitab" nəşr olundu

    1 Sentyabr 2025 19:56

    Bəyyinə Surəsi nədən bəhs edir?

    25 Avqust 2025 16:14

    Mədinə ÜST-dən “Sağlam Şəhər” statusunu yenidən aldı

    1 Avqust 2025 10:49

    Adları bizə məlum olan neçə səhabə var?

    26 İyul 2025 13:36

    Səudiyyə 2026-cı ildən əcnəbilərə əmlak almağa imkan verəcək

    9 İyul 2025 09:35

    İki müqəddəs ocağın memarlıq tarixini anladan sərgi

    14 İyun 2025 18:15
    Demo
    XƏBƏR LENTİ

    Hizbullah yenidən qurulur: İsrail yeni və daha çevik təhdidlə üz-üzə

    İHH İnsani Yardım Vəqfi Qəzzada bərpa işlərinə başlayıb

    Azərbaycan Ordusunda Müstəqilliyin Bərpası Günü qeyd olunub

    Rəfah buraxılış məntəqəsi növbəti xəbərdarlığa qədər bağlı qalacaq - Netanyahu

    Misir İranın nüvə proqramı ilə bağlı danışıqlar prosesini bərpa etməyə çalışır

    İran daxilində Snapback böhranı: keçmiş diplomatlar üz-üzə gəldi

    Azərbaycanla ABŞ arasında hərbi əməkdaşlığın yeni perspektivləri müzakirə olunub

    Ərdoğan Azərbaycanı Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik edib

    Prezident İlham Əliyev ABŞ Mərkəzi Komandanlığının komandanını qəbul edib

    Netanyahu 2026-cı il seçkilərini qazanmaq üçün Səudiyyə Ərəbistanı ilə sülh sazişinə ümid edir

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2025 Azervoice.
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.