Əsas səhifə » Sanksiyalar cavabsız qalmayacaq - İran

Sanksiyalar cavabsız qalmayacaq - İran

BAKI, AzerVoic

BMT sanksiyalarının bərpası münaqişə sayılacaq.

AzerVoic xəbər verir ki, İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bekayi Tehranda keçirilən mətbuat konfransında 2015-ci il Nüvə Sazişinə istinadla bildirib ki, əgər Avropa ölkələri – Böyük Britaniya, Fransa və Almaniya – BMT sanksiyalarını yenidən tətbiq etməyə çalışsalar, bu, siyasi təzyiq və razılaşmanın sonu kimi dəyərləndiriləcək.

“Əgər Avropa öhdəliklərini yerinə yetirsəydi, biz bu vəziyyətə düşməzdik. Bu addım sazişə ziddir və cavabsız qalmayacaq,” – deyə Bekayi bildirib.

İran rəsmisi əlavə edib ki, ölkəsi hələ də sazişin iştirakçısı olduğunu qəbul edir, lakin öhdəliklərini azaltması digər tərəflərin pozuntularına cavab idi. Bekayi həmçinin Avropanın öz öhdəliklərinə əməl etmədiyini və bu mexanizmi işə salmaqla özlərini diplomatik proseslərdən kənarlaşdırdığını vurğulayıb.

Bekayi ABŞ-la nüvə danışıqlarının yenidən başlaması üçün konkret vaxt və yerin müəyyən edilmədiyini də əlavə edib.

Bekayi həmçinin Almaniyanı və Beynəlxalq Atom Enerjisi Agentliyini (IAEA) İsrailin hərbi hücumlarını dəstəkləməkdə və ikili standartlar tətbiq etməkdə ittiham edib.

Konfransda iştirak edən İran Qızıl Aypara Cəmiyyətinin rəhbəri Pir Hüseyn Kolivend isə İsrailin son hücumlarında mülki şəxslərin hədəf alındığını deyib.

“Şəhid olanlar arasında 126 qadın və 41 uşaq var. Qızıl Ayparaya məxsus təcili yardım maşınları və hətta helikopterə hücum edilib. Bu, Cenevrə Konvensiyalarının açıq-aşkar pozulmasıdır.” - deyə o bildirib.

Digər Kateqoriyalar

2025 © Azervoice